Fraktal

Riyaziyyatın əsas qolu olan həndəsə insanın yaşadığı dünyanı öyrənməsi üçün vacibdir. Ancaq kainatın mükəmməl görünüşü Evklid həndəsəsi və ya klassik həndəsə ilə açıqlanmayacaq qədər mürəkkəbdir. Çünki klassik həndəsədəki formalar düz xətt, müstəvi, üçbucaq və konuslardan ibarətdir və dünyanın mürəkkəb quruluşunu anlamaq və modelləşdirmək üçün bu formalar kifayət etmir. Latın dilində "fraktus" (sınmış, qırılmış) sözündən əmələ gələn və fransız riyaziyyatçı Benua Mandelbrot tərəfindən 1975-ci ildə əsası qoyulmuş həndəsənin bu yeni sahəsi qarışıq, ancaq mükəmməl uyğunluq və gözəllikdəki dünyanın qüsursuz quruluşunu öyrənir. Fraktal həndəsənin əsasını təşkil edən başlıca xüsusiyyətlər Allah’ın yaratdığı varlıqlardakı ölçünü və dəqiq hesablamanı göstərir.

Başlanğıc forma. Cismin forması, əslində, bir formanın iç-içə keçmiş kiçik surətləri şəklində ardıcıl təkrar olunur. Ölçüləri kiçilən və bir-birini izləyən formalar zəncirvarı şəkildə davam edir. Ancaq bu formalar çox simmetrik düzülürlər. Buna ən yaxşı misal qar dənəcikləri və ilbiz qabığıdır.

Möhtəşəm nizam. Təbiətdə gördüyünüz bütün cisimlər, hətta orqanizminizdəki sistemlər belə çoxlu mürəkkəb formadan təşkil olunmuş kimi görünsə də, əslində, müəyyən nizamla yerləşiblər. Bu xüsusiyyətlər mürəkkəb göründüyü halda, əslində, çox simmetrik şəkildə təkrarlanan naxışların varlığını göstərir.

Fraktal həndəsəyə misallar

Öz orqanizmimizdən nəfəs borusunu misal çəkək. Nəfəs borumuz iki yerə ayrılaraq iki bronx əmələ gətirir. Bunu başlanğıc forma qəbul edək. Bu iki qolun hər biri başlanğıc forma görünüşündə yenidən iki yerə ayrılır və borucuqlar ağciyər kisələrinin içində də getdikcə ölçüsü kiçilərək, lakin başlanğıc forma şəklində şaxələnməkdə davam edir. Bu nümunəni dünyadakı bir çox cisimdə görmək mümkündür. Bir-birinin içinə keçmiş əzələ lifləri, ağacların budaqları, aortadan kapillyarlara qədər bütün qan damarları, qasırğa kimi güclü küləklərdən yerdəki yarpaqları tərpədən mehlərə qədər azalan hava axınlarının düzülüşü, uzaqdan baxdıqda görünməyən, lakin yaxından baxdıqda insanı heyrətə salan naxışlı qar dənəcikləri, hətta normal ürək döyüntüsü ritminin belə ürək əzələlərindəki sinir liflərinin fraktal quruluşuna uyğun olması Allah’ın fraktal həndəsə elmindəki üstün yaratma sənətinin dəlillərindəndir.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.