Fovo boğazı
Fovo boğazı (ing. Foveaux Strait ,mao. Te Ara a Kiwa). Yeni Zelandiya adalarına aid olan Styuart və Cənub adalarını ayırır. Sakit okean və Tasman dənizini isə birləşdirir. Boğazın şimal hissəsində üç buxta var: Te Uaceuae, Oreti Biç, Taumauc-Bey. Burada iri olmayan Bloff qəsəbəsi yerləşir. Boğazda Solender, Puapuke və Styuarart adaları vardır. Uzunluğu 130 km olaraq Puapuke adası ilə Styuart adası arasında yerləşir. Eni isə 14 – 50 km arası dəyişir. Ən dərin yeri 120 m-dir. Suyun istiqaməti qərbdən şərqədir. Axınların gücü 3 dəniz milinə çatır. Dənizdə güclü dalğalar və tufanlar baş verir. Boğaz kontinental şelf sərhədində yerləşir.
Fovo boğazı | |
---|---|
ing. Fovearux Strait,mao. Te Ara a Kiwa | |
| |
Ümumi məlumatlar | |
Eni | 14 km |
Uzunluğu | 130 km |
Ən böyük dərinliyi | 120 m |
Yerləşməsi | |
46°38′55″ c. e. 167°50′39″ ş. u. | |
Ölkə | Yeni Zelandiya |
Akvatoriyası | |
Ayırır | Styoart adasını Cənub adasından |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Boğazın şərq hissəsi ilk dəfə Ceyms Kuk tərəfindən aşkarlanır. Bu hadisə 1770-ci ilin 6 martında baş verir. O, boğazı üzüb keçmədiyindən Syuart adasını yarmada bilir. Onu ilk dəfə üzüb keçən amerikalı kapitan Ouen Folger Şmit olur. O, suiti ovu üçün əlverişli yer axtararkən boğazı aşkarlayır (1804). Kapitan boğazı Şmit adlandırır (ing. Smith's Strait). Sidneyə qayıtdıqdan sonra kəşfi barədə Yeni Cənubi Uels qubernatorunu məlumatlandırır və boğazın xəritəsini ona təqdim edir. Bir müddət sonra bölgədə suitinə qoyulan qadağa kəşfi yaddan çıxarır. Boğazı bəzən Fovarita adlandırırdılar. Səbəb isə bu adın Şmitin gəmisinin adı olmasıdır. 1809-cu ildə boğaz haqqında məlumat dərc edilir. Elə həmin ildən boğazın adı Fovo adlandırılır. Bu isə Yeni Cənubi Uels qubernatoru Cozef Fovonun şərəfinə adlandırılır. Bir müddət balina ovu yeri kimi məşhurlaşır. XIX əsrin sonunda isə Balina ovuna son verilir. Burada dəniz məhsuları tədarük edilir.