Four Seasons Hotel Baku

"Four Seasons Hotel Baku"Bakı şəhərində yerləşən, Four Seasons şəbəkəsinə daxil olan hotel. Neftçilər prospekti, 1 ünvanında, İçərişəhərin yanında yerləşir.

Four Seasons Hotel Baku
Ümumi məlumatlar
Növü Otel
Ölkə Azərbaycan
Şəhər Bakı
Koordinatlar 40°21′48″ şm. e. 49°50′05″ ş. u.
Veb-sayt
fourseasons.com/baku/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2006-cı ilə qədər hotel binasının yerində "Tibb İşçiləri Evi" kimi tanınan,[1] 1860-cı illərdə Karl Hippius tərəfindən tikilmiş və inqilabdan əvvəl Qubernator evi kimi tanınan bina mövcud idi. 2009-cu ildə sökülən Tibb İşçiləri Evinin yerində Paşa İnşaat yeni hotelin tikintisinə başlayıb. Layihənin icraçısı ingilis ReardonSmith şirkətidir.[2] Hotel binasının tikintisi 4 il davam edib, açılışı 2012-ci il sentyabrın 3-də ölkə prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub.

Hoteldə 27-si lüks olan 171 otaq mövcuddur. Həmçinin 2 prezident otağı — Heather və Lyman mövcuddur. Hoteldə həmçinin işgüzar görüşlər üçün "Şur", "Cahargah", "Bayatı-Şiraz", "Hümayun" və "Şüştər" muğamlarının adını daşıyan 5 iclas otağı var. Hoteldə İtalyan mətbəxi olan Zafferano restoranları, çay üçün Piazza Launge, Bentley Bar və Kaspia restoran-bar mövcuddur. Banketlər üçün iki böyük zal var: "Segah" və "Rast". Ən böyük zal 500 nəfər üçün nəzərdə tutulmuş Segah zalıdır. Rast zalı isə 350 nəfər üçün nəzərdə tutulub.[3]

Oteldə təxminən 350 nəfər çalışır. Oteldə otaq qiymətləri 300 manatdan başlayır. Ən bahalısı 6000 manat olan prezident otağıdır.[4]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.