Fort Saskaçevan
Fort Saskaçevan (ing. Fort Saskatchewan) — Kanadanın Alberta əyalətində Şimali Saskaçevan çayı boyunca salınmış şəhər. Əyalətin inzibati mərkəzi Edmonton şəhərindən 25 kilometr (16 mil) şimal-şərqdə yerləşir. Şəhər Edmontonun nüfuz dairəsinə daxildir və Edmonton Metropol Bölgəsini təşkil edən 24 bələdiyyədən biridir. 2021-ci ildə aparılmış federal siyahıyaalınmasına əsasən şəhər əhalisi 27.088 nəfərdən ibarət olmuşdur.
Fort Saskaçevan | |
---|---|
| |
53°42′46″ şm. e. 113°12′47″ q. u. | |
Ölkə | Kanada |
Əyalət | Alberta |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 610 ± 1 m |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
fortsask.ca | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər Şimal-Qərb Atlı Polisinin inzibati mərkəzi kimi yaradılmış və sonradan Alberta əyalətinin ən böyük həbsxana şəhəri kimi fəaliyyət göstərmişdir. İlkin yaşayış məskəni Lamoureux məntəqəsi yaxınlığında, çayın qarşı tərəfində yerləşirdi. 2011-ci ildə ilk şəhərin salındığı ərazidə ilkin şəhərin kiçik bir nüsxəsi yaradılmışdır.
Fort Saskaçevan cənubdan və şərqdən Stratçona qraflığı, şimal və qərbdən Storqen qraflığı və cənub-qərbdən Edmonton şəhəri ilə həmsərhəddir. Storqen qraflığı Şimali Saskaçevan çayının üzərində yerləşir. Şəhər və ətraf ərazilərində Dow Chemical, Sherritt International, Nutrien (keçmiş Agrium), Linde (Praxair) və Shell Canada kimi şirkətlərin kimya və sənaye zavodları fəaliyyət göstərməkdədir.