Forstera hoveyası
Forstera hoveyası (lat. Howea forsteriana) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin hoveya cinsinə aid bitki növü.
Forstera hoveyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Klad: Commelinids Dəstə: Fəsilə: Yarımfəsilə: Arecoideae Triba: Areceae Yarımtriba: Linospadicinae Cins: Növ: Forstera hoveyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Vətəni Avstraliyadır.
Botaniki təsviri
Hündürlüyü 12 m-ə çatır. Palmanın gövdəsi dairə formasında yarpaq yarıqları ilə örtülmüşdür. Bünövrəsində gövdəsi enlidir. Yarpaqları lələkvari, qövsvari əyilmişdir. Gövdə ətrafında düzülən yarpaq yarıqları gövdənin düz olmasını göstərir. Alt tərəfdən xırda nöqtələrlə örtülmüş, lələkvari, tünd-yaşıl yarpaqları uzun seqmentli olub, uzunluğu 25-60 sm-dir, horizantal yerləşir, bir az sallaqdır. Bircinsli çiçəkləri çiçək qruplarında üç ədəd (iki erkək və bir dişi) yığılmışdır. Meyvələri finik palmasının meyvələrinə bənzəyir. Toxumlar və kök zolağları ilə çoxaldılır.
Ekologiyası
Soyuğu və küləyi sevmir. Quraqlığa davamlıdır. Düz günəş şüalarından orta dərəcədə qorunmalıdır. Havanı oksigenlə, ozonla, aeroionlarla zəzənginləşdirir, nəmişliyi artırır və ekoloji şəraiti yaxşılaşdırır.
Azərbaycanda yayılması
Mərdəkan dendrarisində 2009-cu ildən introduksiya olunub. Bəzi rayonlarda mədəni şəraitdə becərilir.
İstifadəsi
Alleyalarda dekorativ görünür. Tək və qrup əkinləri üçün faydalıdır.
Sinonimləri
Homotipik sinonimləri
- Denea forsteriana (F.Muell.) O.F.Cook
- Grisebachia forsteriana (F.Muell.) H.Wendl. & Drude
- Kentia forsteriana F.Muell.
Heterotipik sinonimləri
- Kentia australis T.Moore & Mast.