Ford Mustang
Ford Mustang — Ford Motor Company şirkəti tərəfindən istehsal olunan avtomobil. İlk dəfə 1964-cü il 17 aprel tarixində təqdim olunmuşdur ve 20.000 dən çox sifariş almışdır. Bu model Ford şirkəti tərəfindən istehsalı davam edən ən qədim üçüncü məhsul olaraq bugünkü beşinci nəslə gəlib çatana qədər bir çox dəyişikliklərə məruz qalmışdır.
Ford Mustang | |
---|---|
Ümumi məlumatlar | |
İstehsalçı | Ford |
Vikianbarda əlaqəli mediafayllar |
Mustang uzun kapotlu, gödək arxa tərəfə malik Amerikan idman avtomobili sayaq "pony car" (tərc. poni maşın) sinfini yaratdı və GM Chevrolet Camaro, AMC Javelin, yenilənmiş Chrysler Plymouth Barracuda və Dodge Challenger kimi modellərin doğulmasına rəvac vermişdir. O həmçinin Toyota Celica və Ford Capri kupelərinin (daha sonra ABŞ-yə ixrac olunmağa başladı) ilham qaynağı olmuşdur.
Yaradılması
Ford Mustang 1965-ci il istehsal ilinin başlamasından beş ay qabaq ərsəyə gətirilmişdir. İlkin versiyaları adətən 1964½ olaraq bilinir, amma Ford tərəfindən 1965 modelləri adlandırılmış və 9 mart 1964 tarixində Miçiqan ştatı, Dearborn şəhərində kütləvi istehsala başlanmış, ictimaiyyətə 17 aprel 1964-cü ildə "Nyu York Dünya Sərgisində" təqdim olunmuşdur.
İcraçı stilist Con Najjar, İkinci dünya müharibəsində istifadə olunmuş North American P-51 Mustang təyyarələrinin azarkeşi idi və adlandırma də məhz onun adına yazılmışdır. John Najjar ilk Ford Mustang prototipini həmkarı stilist Philip T. Clark ilə birlikdə 1961-ci ildə layihələndirmişdir (Ford Mustang I).
Mustang avtomobilləri illərlə modellər dəyişdikcə daha ağır, daha böyük olmağa başlamışdı, ancaq 1971–1973 modellərindən sonra Ford 1974 konsept modeli ilə maşının orijinal ölçülərini özünə qaytardı. Bəzi "poni-maşın"-ların (pony car) istehsalı bərpa olunsa da Mustang öz sinfində beş onillik ərzində fasiləsiz olaraq, istehsal olunan yeganə maşındır.
Buraxılış seriyaları
- Birinci nəsil — (1964–1973)
- İkinci nəsil — (1974–1978)
- Üçüncü nəsil — (1979–1993)
- Dördüncü nəsil — (1994–2004)
- Beşinci nəsil — (2005–indiyədək)
- Altıncı nəsil-(2015 — indiyədək)
Satış
Təqvim ili | Amerikada satış |
---|---|
1999 | 166,915 |
2000 | 113,369 |
2001 | 169,198 |
2002[1] | 138,356 |
2003 | 140,350 |
2004[2] | 129,858 |
2005 | 160,975 |
2006[3] | 166,530 |
2007 | 134,626 |
2008[4] | 91,251 |
2009[5] | 66,623 |
2010[6] | 73,716 |
2011[7] | 70,438 |
2012[8] | 82,995 |
İstinadlar
- "Ford's F-Series Truck Caps 22nd Year in a Row as America's Best-Selling Vehicle With a December Sales Record". Theautochannel.com. November 17, 2004. February 10, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 28, 2009.
- "Ford Achieves First Car Sales Increase Since 1999". Theautochannel.com. November 17, 2004. February 10, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 28, 2009.
- "Ford Motor Company 2007 sales". January 3, 2008. February 12, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 28, 2013.
- "F-Series drives ford to higher market share for third consecutive month" (PDF). Ford Motor Company. January 5, 2009. February 6, 2009 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: May 14, 2009.
- Ford Motor Company Newsroom. "Ford caps 2009 with 33 percent sales increase, first full-year market share gain since 1995". Media.ford.com. January 5, 2010. August 26, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 18, 2010.
- Ford Motor Company Newsroom. "Ford's 2010 sales" (PDF). Media.ford.com. January 4, 2011. January 24, 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: January 4, 2011.
- "Arxivlənmiş surət" (PDF). 2012-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-01-31.
- "Arxivlənmiş surət". 2015-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-28.
Xarici keçidlər
- Rəsmi saytı
- American Classic: Ford Mustang Arxivləşdirilib 2010-04-17 at the Wayback Machine
- Mustang Horsepower Specs and Pictures Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine