Fonologiya

Fonologiya — Fonologiya dil sisteminin birincisi və dilçilik elminin sahələrindən biri olmaq etibarilə dilin fonoloji sistemi ilə məşğul olur[1].

Strukturu

O, nitq səslərini və morfemlərin səs cildini fərqləndirən bir vasitə kimi öyrənir, səslərin, səs birləşmələrinin və prosodik vasitələrin semioloji münasibətini və funksional xüsusiyyətlərini tədqiq edir. Fonologiya struktur dilçilik metodlarını dil hadisələrinə tətbiq edən ilk dilçilik şöbəsidir. Fonologiyanın vahidi fonemdir. Fonem dilin ən kiçik vahidi olub, müəyyən fərqləndirici əlamətlər məcmuyudur. O, söz və morfemlərin səs cildini fərqləndirməyə xidmət edir. Fonem dildə seqment, fonem və superseqment şəklində təzahür edir. Birinciyə linqivistik vəzifəli səslər(saitlər və samitlər), ikinciyə isə vurğu,intonasiya kimi fonoloji vahidlər daxildir. Müasir dövrün dilçiliyində geniş şəkildə işləndiyinə baxmayaraq,fonem yenə də mübahisəli olan mühim probləmlərdən biridir[1].

Tarixi

Fonem probleminin tarixi rus dilçisi İ.A.Boduen de Kurtenedən başlayır. İndi işlənən mənada fonem məsələsini ilk dəfə o.dilçiliyə gətirmiş və onun ilk izahını vermişdir. Boduen fonemi ilk dəfə etimoloji-morfoloji bir hadisə kimi izah etmişdir ki,bu fikir də onun şagirdi N.V.Kruşevski (1851-1887)tərəfindən inkişaf etdirilmişdir. Boduenin fonem haqqındakı fikri sabot olmamışdır. Əvvəlcə fonemə etimoloji-morfoloji hadisə kimi baxan görkəmli alim sonralar psixoloji nmövqeyə keçmiş və fonem məsələsini məhz bu mövqedən izah etmişdir. Fonemin ilk tədqiqatçısı Boduen 1917-ci ildə çap olunmuş "Введение в языкознаие" ("Dilçiliyə giriş") adlı əsərində yazmışdır:"Biz psixikamızda mövcud olan səsin anlayışını ,yəni tələffüz əməlinin eyni zamanlı mürəkkəb kompleksini və bundan alınan təəssüratı fonem adlandıracağıq."

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.