Fonem
Fonem (q.yun. φώνημα «səs»)— sözün mənasını dəyişən səsdir. Məsələn, tələ – dələ, zaman – saman, dağ – sağ, çağ – bağ – tağ, kal – kol və s.
Dilimizdə dil vahidləri müstəqil və qeyri-müstəqil olmaqla iki yerə bölünür. Müstəqil dil vahidləri (söz, cümlə) dilin formalaşmasında aparıcı rol oynayır. Qeyri-müstəqil dil vahidləri isə söz və ya cümlənin (müstəqil dil vahidlərinin) formalaşması vasitəsi kimi çıxış edir. Fonem belə bir qeyri-müstəqil dil vahidlərindən hesab olunur[1].
Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) sait vardır. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir. Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma' — 'alma. Omoqraflarda vurğu mənanı dəyişir: 'alma-alma', g'əlin-gəl'in. Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti[2].
İstinadlar
- "Fonem. Orfoqrafiya. Orfoqram. – Language Mag". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-21.
- "Azərbaycan dili haqqında - kayzen.az". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-21.