Folklend cərəyanı
Folklend cərəyanı— (və ya Malvin cərəyanı) Pataqoniyanın Atlantik okeanı sahili boyu şimala doğru, Rio de la Platosunun ağzına qədər uzanan soyuq okean cərəyanıdır. Cərəyanın orta sürəti 0,9–1,9
Folklend cərəyanı | |
---|---|
Ümumi məlumatlar | |
Akvatoriya | Atlantik okean |
Tip | Soyuq |
Orta axın cərəyanı | 0,9-1,9 |
Orta temperatur | −1 - +3 |
Xüsusiyyətləri
Cərəyan Qərb küləkləri soyuq cərəyanının Cənibi Amerikanın Horn burnu ətrafında hərəkəti nəticəsində formalaşmışdır və Qərb küləkləri cərəyanının bir qolu hesab edilir. Adını Folklend adalarından götürmüşdür (ispanca: Island Malvinas). Folklend soyuq cərəyanın suları isti iqlimə malik Argentina dənizində tropik Braziliya cərəyanı ilə qarışır.[1]
Cərəyan ekvatora doğru axaraq, soyuq və nisbətən şirin subantarktik suyunu daşıyır. Qərb küləkləri cərəyanının qoludur. Saniyədə bir metrdən yarım metrə qədər dəyişən sürətlə 60–90 Sv suyu daşıyır. Cərəyanın olduğu sahədə hidroloji məlumatlar çox azdır ve buna görə müxtəlif hidroqrafik dəyişkənliklərdə böyük səhvlər olur. Folklend cərəyanı Braziliya səth axımı kimi deyil, ancaq dəniz zəminə qədər uzanır. Cərəyan üçün tipik su temperaturu 6° C ətrafında, duzluluq isə 33.5–34.5 promildir.[2][3]
Həmçinin bax
Xarici keçid
İstinadlar
- Ecorregión Mar Argentino Archived November 5, 2013, at the Wayback Machine. (İspan dilində)
- Vivier, F. and C. Provost, 1999b: Volume transport of the Falkland Current: Can the flow be monitored by TOPEX/POSEIDON ? Journal of Geophysical Research, 104, 21105–21122.
- Vigan, X., C. Provost, and G. Podesta, 2000: Sea surface velocities from sea surface temperature image sequences 2. Application to the Brazil-Malvinas Confluence area. Journal of Geophysical Research, 105, 19515–19534.