Foks yarımadası
Foks yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Yarımada Foks körfəzini Hudzon boğazından ayırır. Onun qərb qutaracağında olan Kuiun burnunda inuitlərə aid Keyp-Dorset kəndi vardır. Qərb sahillərində yerləşən İnuksuk Point inuksuklarla məşhurdur. Onların sayı yüzə çatır.
Foks yarımadası | |
---|---|
Yerləşməsi | |
65°00′00″ şm. e. 76°00′00″ q. u. | |
Akvatoriya | Şimal Buzlu okean |
Ölkə | Kanada |
|
Yarımadanın uzunluğu 241 km, eni isə 80–161 km arasında dəyişir[1].
Yarımada ingilis araşdırmaçısı Lyuk Foksın şərəfinə adlandırılmışdır.
Araşdırılması
Yarımadanın ilk araşdırılması 1631-ci ildə Lyuk Foks tərəfindən gerçəkləşdirilmişdir. Belə düşünülür ki, o "Çarlz" gəmisində 1631-ci ilin sentyabrında Dorçester burnuna qədər irəliləmişdir. Foks Liss yarımadası boyunca bir çox coğrafi obyektlərə ad qoymuşdur: Dorset, Kinq-Çarlz, Kuin və Dorçester burunları. Ancaq onun adlandırdığı coğrafi obyektlərin dəqiq koosdinatları bəlli deyildir. Onun adlandırdığı ehtimal edilən bu obyeklərin bugünkü yerləri Foksun təsvirini ilə üsrt-üstə düşmür.
Yarımadanın bəzi sahələri Donald Bakster Makmillan tərəfindən araşdırılmışdır. O, 1921–1922-ci illərdə Skuner buxtasında qışlamışdır. 1927-ci ildıəə isə yarımadfanın şimalında Corc Putnam olmuşdur. İnteryeri isə Cozef Soper tərəfinddən 1928 və 1929-cu illərdə araşdırılmışdır. 1928–1929-cu illərdə Soper Keyp-Dorsetdə yaşamışdır. Yarımadanın kartoqrafiya işləri 1956–1957-ci illərdə başa çatmışdır[2].
İstinadlar
- "Foks körfəzi". bartleby.com. 2000. 2005-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-24.
- Stewart, R. A. Mapping the Foxe Peninsula from Aerial Electronic Control. Photogrammetric Engineering, vol. 26, bur. 1, mart 1960, s. 119.