Foça (Bosniya və Herseqovina)

Foça (bosn. Foča, serb. Фоча / Foča, xorv. Foča) — Srbine (Srbinje/Србиње) — Bosniya və Herseqovinanın cənub-şərqində, Drina çayı üzərində yerləşən bir şəhər. Serb Respublikasına daxil olan Foça bələdiyyəsinin və Foça regionunun inzibati mərkəzidir.

Foça
Foča
Фоча / Foča
Foča
Gerb
Gerb
43°30′ şm. e. 18°47′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 208 km²
Mərkəzin hündürlüyü 442 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 12.334 nəf. (2013)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +387 58
Poçt indeksi 73300
Digər
opstinafoca.rs.ba
Foça xəritədə
Foça
Foça
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Foçenin köhnə şəhər saatı qülləsi

Foca Monteneqro və Serbiyanın sərhəddinə yaxın, qayalı Herseqovina və meşəli Bosniyanın kəsişməsində, Drina çayına tökülən Çexotin çayının mənbəyində yerləşir. Bosniya və Herseqovinanın ən yüksək nöqtəsi olan Maqliç dağı (2386 m) inzibati vadid ərazisində yerləşir. Bosniya və Herseqovinada yeganə və Avropadakı ən böyük toxunmamış meşə olan Peruçisa burada yerləşir. Suteska Milli Parkında ölkənin ən gözəl şəlaləsi və Tara çayının kanyonu vardır. Dərinliyinə görə Avropada ən böyük və dünyada ikincidir. Gözəlliyinə görə demək olar ki, ABŞ-dakı məşhur Böyük Kanyondan heç də geri qalmır.

Adı

Orta əsrlərdə şəhər müxtəlif adlarla xatırlanır: Choçe, Coçça, Choza, Coçe, Chozza, Coza, Chotza, Hoča, Hotča, məsələn, 1444-cü ilin iyul ayında Hotçe, 1467-ci ilin avqustunda Hotça kimi yazılmışdır. Hoça və Hotça adının Hotko adından gəldiyi, onunda öz növbəsində qədim slavyan hotjeti sözündən törədiyi ehtimal edilir. 1992-ci ilin aprelində şəhər Bosniya serbləri tərəfindən ələ keçirildikdən sonra boşnaklara qarşı etnik təmizləmə başladılmışdır. 1994-cü ilin yanvarında şəhərin və bələdiyyənin adının Srbine olaraq dəyişdirilməsi ilə başa çatdı, lakin Bosniya və Herseqovinanın Konstitusiya Məhkəməsi adın dəyişdirilməsini konstitusiyaya zid olduğunu elan etdi. 2004-cü ilin fevralında şəhər köhnə adına qaytarıldı.

Əhali

1971

  • Ümumi — 9257 (100 %)
  • Boşnaklar — 4309 (46,54 %)
  • Serblər — 4148 (44,80 %)
  • Xorvatlar — 152 (1,64 %)
  • Yuqoslavlar — 50 (0,54 %)
  • Digərləri — 598 (6,45 %)

1991

  • Ümumi— 14 335 (100 %)
  • Serblər — 7901 (55,11 %)
  • Boşnaklar — 5526 (38,54 %)
  • Yuqoslavlr — 312 (2,17 %)
  • Xorvatlar — 74 (0,51 %)
  • Digərləri — 522 (3,64 %)

2013

Şəhər əhalisinin sayı 2013-ci il məlumatına görə 12 334 nəfər, Foça icmasının isə 19 811 nəfər[2] təşkil etmişdir.

Təhsil

Şəhərdə Şərqi Sarayevo Universitetinin Tibb Fakültəsi fəaliyyət göstərir[3].

Görməli yerlər

1956-cı ildə şəhərdə Köhnə Hersoqovina Muzeyi açılmışdır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.