Yarımkol flyuggeya
Yarımkol flyuggeya (lat. Flueggea suffruticosa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü.
Yarımkol flyuggeya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Phyllanthoideae Triba: Phyllantheae Cins: Növ: Yarımkol flyuggeya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
Koreya, Mancuriya, Şimal-Şərqi Çin, Xabarovsk, Amur vilayətlərində bitir.
Botaniki təsviri
Hündürlüyü 1,5-3 m olan, şaxələnmiş, çoxsaylı düz, çılpaq budaqlı, yarpağını tökən koldur. Yaşlı budaqları açıq-sarı, cavan budaqları isə yaşıldır. Cavan zoğları nazik, açıq-yaşıl və ya açıqyaşılımtıl-sarıdır. Govdələrinin qabığı boz rəngdədir. Yarpaqları növbəli düzülüşlü, ellipsvari və ya yumurtavaridən yumurtavari-lansetşəkilliyə kimi dəyişir, çılpaqdır, 2-7 sm uzunluqda, 0,6-3,5 sm enində, üstdən tünd və ya sarımtıl yaşıl, altdan açıq rəngdədir. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri yaşılımtıl-ağ, yaxud yaşılımtıl-sarı olub, ləçəksizdir. Erkəkcikləri 3-12 ədəd yarpaq qoltuğunda yerləşir. Dişi çiçəklər tək-tək və bəzən 3-8 ədəd bir yerdə, 1 sm-ə qədər uzunluqdadır. Meyvəsi 3 yuvalı, 6 toxumlu qutucuqdur, diametri 5 mm-ə çatır. Hər yuvada 2 toxum vardır. Toxumu üçkünc, hamar, nazik qabıqlı, uzunluğu təxminən 2 mm-dir. Meyvəsi sentyabr-oktyabrda yetişir. Toxumla və qələmlə çoxaldılır.
Ekologiyası
Quraqlığadavamlı, daşlı yamaclarda, qumlu-çınqıllı yerlərdə, meşədə bitir.
Azərbaycanda yayılması
Mərdəkan dendrarisində introduksiya edilmişdir. Azərbaycanın bəzi rayonlarında mədəni şəraitdə rast gəlinir.
İstifadəsi
Yarpaqlarında və uc gövdələrində, 0,15-0,4 % suffrutikodin, suffrutikonin, allosekurinin, diqidrosekurinin, sekurinollar, aşı maddələri, nişasta və amin turşuları vardır. Çox yaxşı çiçəkləyir və bol meyvə verir.