Florensiya vəftizxanasının tavan mozaikaları

Florensiya vəftizxanasının tavan mozaikaları (it. Mosaici del battistero di Firenze) — Florensiya vəftizxanasının günbəzinin daxilini və apsidalarını bəzəyən mozaikalardır. 1225-1330-cu illərdə məşhur rəssamlar Çimabue, Koppo di Markovaldo, Meliore di YakopoMaestro della Maddalenanın eskizləri əsasında hazırlanmış mozaikalar orta əsrlər İtaliya mozaika sənətinin öyrənilməsi üçün ən mühüm mənbələrdən biridir.

Florensiya vəftizxanasının tavan mozaikaları
it. Mosaici del battistero di Firenze
Tavanın ümumi görünüşü
Tavanın ümumi görünüşü
Rəssam Çimabue
Koppo di Markovaldo
Meliore di Yakopo
Maestro della Maddalena
Tarixi təxm. 1225-1330
Üslubu dini incəsənət[d]
Texnikası mozaika
Saxlanıldığı yer Florensiya vəftizxanası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Vəftizxananın apsidalarında ilk mozaikalar Fransiskan rahib Yakopo tərəfindən yaradılmışdır. Vazari özünün Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı əsərində həmin rahibi səhvən Yakopo Torriti ilə qarışdırır. Dörd apsidaya bölünmüş kitabədə işlərin başlanması tarixi qeyd edilmişdir.[1]

Mozaika hazırlanması çətin və bahalı bir iş idi. Vəftizxananın bəzədilməsi və saxlanılmasına Arte di Calimala adlı balıqçı gildiyası cavabdeh idi; gildiya tikilinin günbəzinin bəzədilməsi üçün 1271-ci ildə kanonla müqavilə bağlayır və işlərə başlanılır. Lakin, hazırda günbəzin fənərə yaxın hissəsini bəzəyən mozaikaların daha erkən dövrdə - 1228-ci ildə, skrasellanın (düzbucaqlı apsida) mozaikalarının tamamlanmasından dərhal sonra rahib Yakopo tərəfindən başlanılmasına daha çox inanılır. İşlər XIV əsrin əvvəlinə kimi davam etdirilmiş və Covanni Villaninin əsərində qeyd olunduğu kimi təxminən 1330-cu illərdə tamamlanmışdır.[2]

Vazarinin verdiyi məlumata görə vəftizxananın ilk günbəz mozaikaları yarı-əfsanəvi şəxs olan Andrea Tafi tərəfindən, onun Venesiyada qarşılaşdığı Apollonio adlı yunanın köməkliyi ilə yaradılmış mələklər iyerarxiyası və Pontokrator Məsih mozaikalarıdır.[2] Qalan işlərin müəllifliyini isə o, Qaddo Qaddinin adına yazır. Günbəzin ən erkən mozaikaları Venesiyanın San-Marko bazilikasıSanta-Mariya Assunta bazilikası, həmçinin Romada Papa III Honorinin dəvəti ilə 1218-ci ildə Venesiya sənətkarlarının iştirakı ilə bəzədilmiş San-Paolo-fuori-le-Mura bazilikasının mozaikaları ilə çox bənzər olsa da, Vazarinin məlumatlarını təsdiqləmək mümkün olmamışdır.[2]

Hazırda əksər incəsənət tarixçiləri mozaikaların müəlliflərinin bir neçə Toskana rəssamı olduğunu, hazır eskizlərin reallaşdırma işinin isə Venesiya və ya şərqi Aralıq dənizi sahillərindən olan ərazilərdən gəlmiş sənətkarlar tərəfindən həyata keçirildiyini düşünürlər. Stilistik analogiyalar mozaikalardan bəzilərini XIII əsrin ən görkəmli sənətkarları və onların həmkarları ilə identikləşdirməyə imkan verir. Roberto Longi bu yolla vəftizxanada Cotto“proto-Cottistlər”in izlərini axtarır, həmçinin müəlliflərdən birini “Vəftizxananın son sənətkarı” (ing. Last Master of the Baptistery) adlandırır.[2] XIV əsrdən etibarən vəftizxananın mozaikaları mütəmmadi olaraq bərpa və yenidənqurma işlərinə məruz qalmış, 1402, 1481, 1483-1499-cu illərdə (“Mozaik bəzəklərin rəsmi bərpaçısı” vəzifəsini daşımış Alesso Baldovinettinin nəzarəti altında) xüsusi yenidənqurma işləri həyata keçirilmişdir. 1781-1782-ci illərdə vəftizananın mozaikalarında əsaslı təmizlik işləri aparılmış, 1821-1823-cü illərdə Nuhun hekayəsi ilə bağlı mozaikalarda ciddi zədələnmə baş vermiş, 1898-1907-ci illərdə isə kütləvi reinteqrasiya işləri həyata keçirilmişdir.[2]

İkonoqrafiya

Apsida mozaikaları

Apsida

Altarın üstündəki ikiqat tağ Məsih, Bakirə Məryəm, həvarilərpeyğəmbərlərin büstləri ilə bəzədilmiş, bölmələrə bölünmüş hissələr isə yarpaq naxışları ilə örtülmüşdür. Həmin naxışlar ola bilsin ki, sonradan XIII əsrin sonlarında əlavə olunmuşdur. Düzbucaqlı apsidada klipeyalar arasında yerləşən frizdə xeruvimserafimlər təsvir edilib. Onların üstündə rahib Yakopo tərəfindən yaradılmış və Venesiyadakı San-Marko bazilikasının mozaikaları ilə oxşarlıq təşkil edən tağ mozaikaları yerləşir.[1]

Hər iki qurtaracaqda qarışıq xəttli fiqurlar yerləşir, onların üstündə yazılar, yazıların üstündə isə dəqiq çəkilmiş xəttlərə malik, olduqca parlaq rənglərlə işlənmiş çiçəklərlə bəzədilmiş dörd kapitel vardır. Kapitellər üzərində təkər formasında dayanmış dörd telamon təsvir olunub. Telamonların canlı plastikliyi Benedetto Antelaminin studiyasında yaradılmış və Fidenza kafedralının fasadını bəzəyən heykəlləri xatırladır. Telamonlardan sol tərəfdə taxtda Vəftizçi İohann, sağ tərəfdə isə taxtda Madonna və Körpə təsvirləri vardır. Hər iki təsvir, xüsusilə personajların baş hissəsi əsaslı bərpa edilmişdir. Taxtlar isə KarolinqOtton miniatürləri əsasında modelləndirilmişdir.[1]

Təkərlərin strukturu klassik burumlar və şüalardan ibarətdir ki, onlar da kandelyabrları saxlayırlar. Kandelyabrların fantastik kompozisiyası XV-XVI əsrlərin qrotesk incəsənətini geridə qoyur. Aşağıda yerləşən vazlar marallar (XXXXI Psalma görə “Maral su axtardığı kimi, ruh da Tanrını axtarır”), quşlar və başında üzgəclər olan qəribə balıq-insanlarla əhatələnmişdir.[1]

Bir az yuxarıda bitki motivləri və onların arasında insan başları təsvir olunub, bir az yuxarıda isə üstündə “Tanrı quzusu” (Agnus Dei) olan medalyonu saxlayan bələklər vardır. Medalyonun ətrafında qırmızı fon üzərində qızıl hərflərlə latın dilində "HIC DEUS EST MAGNUS MITIS QUEM DENOTAT AGNUS" (azərb. Burda böyük tanrı, yumşaq quzu kimi təsvir olunub) yazılmışdır. Medalyondan çıxan səkkiz tam ölçülü şüa arasında Bizans stilində peyğəmbər təsvirləri yerləşdirilmişdir. Təsvirlərin altında peyğəmbərlərin adları qeyd edilmiş lövhələr vardır. Saat oxu istiqaməti üzrə peyğəmbərlər Musa, İbrahim, İsaak, Yakov, Daniil, İezekiil, Yeremiya və Yesayadır.[1]

Günbəz

Günbəz mozaikalarının düzülüş sxemi
1. Böyük məhkəmə
2. Mələklər iyerarxiyası
3. Yaradılış hekayələri
4. İosifin həyatı
5. Bakirə Məryəm və Məsihin həyatı
6. Vəftizçi İohannın həyatı

Günbəzin qızılı mozaikalarla örtülmüş interyeri səkkiz seqmentə bölünmüşdür. Bəzi tədqiqatçılar ehtimal edirlər ki, günbəz mozaikaları Venesiya sənətkarları tərəfindən işlənmiş, eskizlər isə Koppo di Markovaldo (Cəhənnəm) və Meliore di Yakopo (Cənnət mozaikasının bir hissəsi) kimi yerli rəssamlar tərəfindən verilmişdir.

Yuxarı frizdə səkkiz seqment ətrafında Mələklər iyerarxiyası, digər üç seqmentdə isə Böyük məhkəmə səhnəsi təsvir edilib. Böyük məhkəmə səhnəsinin dominant fiquru ayaqlarının altında dirilmiş insanlar olan nəhəng Məsihdir. Məsihdən sağda yenicə Cənnətə qəbul olanlar, solda isə Cəhənnəm və onun iblisləri göstərilib.

Digər beş seqment dörd horizontal registirə bölünüb və həmin registrlərdə yuxarıdan aşağıya istiqamətlənməklə Yaradılış kitabı (3), İosifin həyatı (4) Bakirə Məryəm (5), Məsih (5) və Vəftizçi İohannın (6) həyatından hadisələr təsvir olunmuşdur. Tədqiqatçılar belə hesab edirlər ki, Vəftizçi İohannın həyatından olan ilk səhnələr Master della MaddalenaÇimabuenin eskizləri əsasında yaradılmışdır.

Mələklər iyerarxiyası

Mələklər iyerarxiyası

Günbəzin mərkəzinə ən yaxın hissədəki sıra canlı bitki təsvirləri ilə bəzədilmişdir. Ondan sonrakı sırada spiral və apsidadakı təkərləri xatırladan ritmik təsvirlər verləşir. Hər küncdə yerləşdirilmiş vazlardan iki budaq çıxır və onlar birləşərək əsas gövdəni formalaşdırırlar. Budaqların yuxarıda birləşdiyi hissənin ortasında kiçik insan başları, budaqların altında isə erkən xristian incəsənətinə əsaslanan marallar, tovuzquşular, qoyunlar, vağ və sair heyvanların su içdiyi mürəkkəb fontan təsvirləri vardır. Bu sıradan aşağıda balıqqulağılardan yaradılmış naxışla bəzədilmiş sıra yerləşmişdir.

Növbəti halqada Saxta Dionisi Areopagitin yazılı Mələklər iyerarxiyası təsvir edilmişdir. Mərkəzdə əlində açıq kitab tutmuş xeyir-dua verən Məsihin təsviri vardır. Məsih qırmızı serafimlər və göy xeruvimlərlə əhatə olunmuşdur. Ona yaxın olan serafimxeruvimlər üç cüt qanada malikdirlər. Daha sonra soldan sağa istiqamətlənməklə kiçik sütunlarla ayrılmış hər növdən iki cüt yerləşdirilmişdir. İsa ilə eyni oxda yerləşib bir-birinin güzgü əksi olanlar xaric, digərləri hər biri iki cüt qanada malik olmaqla cütlükdəki tayı ilə identikdir:

  • Taxt mələkləri – Tanrı taxtının daşıyıcılarıdırlar və parlaq mandorlalarla təsvir olunublar, Bizans incəsənətində ilahi taxtın simvolu hesab edilirlər.[3]

Dominion mələklər – dünyada vəziyyətə nəzarət edirlər; onlar ucu üçbaşlı kleverlə (Müqəddəs üçlüyün simvolu) tamamlanan uzun skipeter tutmuş vəziyyətdə təsvir olunublar.

  • Fəzilət mələkləri – İlahi fəziləti yaymaqla məşğuldurlar; onlar yanlarında oturmuş kiçik insanların canlarından cin çıxararkən təsvir ediliblər.
  • Hakimiyyət mələkləri – bəşəriyyətə güc bəxş etmək onlara həvalə edilmişdir; başlarında dəbilqə ilə təsvir olunmuşlar.
  • Knyaz mələklər – millətlətə nəzarət onlara həvalə olunub; əllərində səlib bayraqları ilə təsvir olunublar.
  • Arxangellər - əsas məsləhətçi mələklər; onlar ilahi xəbərlərin simvolu olan kartuşlarla bəzədilmiş eleqant geyimlərdə təsvir olunublar.
  • Mələklər – insanlara ən yaxın olan mələklərdir və onların qayğılarına cavab verirlər.

Pyetro Toeskanın sözlərinə görə, birinci registrin təsvirləri Venesiya sənətkarlarından təsirlənmiş rahib Yakopo tərəfindən işlənmişdir.[2] Mələklər iyerarxiyasındakı təsvirləri ənənəvi olaraq Andrea Tafi və Apollinionun işi hesab etsələr də, Raqianti bildirir ki, Məsih fiqurunun eskizi Koppo di Markovaldo, onun ordusu isə Maestro della Maddalena tərəfindən işlənmişdir.[2]

Böyük məhkəmə

Böyük mozaikalarının ümumi görünüşü

Altarın üstündə yerləşən üç seqmentdə Böyük məhkəmə səhnəsi təsvir edilmişdir. Mərkəzi seqmenti nəhəng İsa fiquru tutur. O, Cənnət halqaları üzərində oturub və çarmıxa çəkilmədən əlində qalmış yaraları göstərir. O, bir əlini yuxarı qaldırıb, digər əli ilə isə Cənnətə yolu göstərir. Onun ayaqlarında da çarmıxa çəkilmədən qalmış yaralar görünür. İsanın geyiminin mürəkkəb qatları qızılı tesseralarla vurğulanmışdır. Xaçvarı oreol isə güzgü effektli kubik formalı emallı hissələrlə işlənmişdir. Mandrolanın hər iki tərəfində üç paralel registr yerləşir. Onlarda İsanın əziyyətlərinin simvollarını və Böyük məhkəmə atributlarını daşıyan mələklər, həmçinin Apokalipsis zamanı ölmüşləri diriltmək üçün kərənay çalan mələklər təsvir olunmuşdur.

İkinci registrda Bakirə Məryəm (İsadan sağda əllərini qaldırmış vəziyyətdə), Vəftizçi İohann (İsadan solda əlində kağız tutub) və taxt kimi bəzədilmiş iki uzun oturacaqda əyləşmiş on iki həvari təsvir olunub. Həvarilərin hər biri əlində açıq kitab tutub və kitabda müxtəlif xalqların əlifbalarından hərflər qeyd edilib. Bu yolla mozaika müəllifi Müqəddəs üçlük günündən sonra həvarilərin xristianlığı bütün dünyaya yaymağa başladıqlarına işarə edir. Həvarilərin arxasında mələklərin başları görünür. Raqqianti bu səhnəni Melioreyə aid edir və Müqəddəs Pyotr fiqurunu rəssamın Uffitsi qalereyasında saxlanan “Xilaskar Məsih dörd müqəddəs ilə” əsəri ilə müqayisə edir.

Koppo di Markovaldo - Şeytan mozaiksı. Alovlu taxtında oturmuş Şeytan lənətlənmişləri yeyir, əzir və cəzalandırır.

Aşağı registrda sağda cənnət, solda isə cəhənnəm təsvir edilmiş, həmin səhnələrdə müvafiq olaraq mələklər və cinlərin insan ruhlarını aparmaları qeyd olunub. Seçilmişlər Tanrıya təşəkkür edən insalar dəstəsinin yanından keçərək aparılır. Onlara yol göstərən iri mələk fiquru əlində tutduğu kağızdan "Venite Beneditti Patris Mei / Ossidete Preparatum" (azərb. "Gəlin [siz] atamızdan xeyir-dua almışlar/ oturun [sizin üçün] hazırlanmış yerdə”[4]) oxuyaraq onları Səmavi Yerusəlimə aparır. Bəzəkli geyimdə olan digər mələk isə balaca insanın əlindən tutaraq onun üçün qapını açır. Şəhərdə oturmuş üç böyük patriarx qeyri-adi ekzotik bitkilərlə əhatə olunub, qucaqlarında isə körpə uşaqlar tutublar. Seçilmişlərin arasında ilk sırada kral və Domnikan rahibi gedir, onların arxasında üç bakirə, yepiskop, rahib və keşiş gəlirlər.

İncəsənət tarixçiləri birmənalı olaraq Cəhənnəm səhnəsini Koppo di Markovaldoya, bədii cəhətdən daha sadə olan hissələri isə digər rəssamlara aid edirlər.[2] Səhnədə qara yarasa qanadlı iyrənc cin fiqurları lənətlənmiş insanları İsa fiqurundan sol tərəfə itələyirlər. Lənətlənmişlər bir-birini itələyir və tapdalayır, ikrahdan göz və ağızlarını yumurlar. Cəhənnəmin hakimi olan böyük Şeytan fiquru alovlu taxtında əyləşib. O, insanları yeyir və ayaqlayır, qulaqlarından çıxan iki ilan isə insanları dişləyir. Onun bədənindən peyda olan ilan, qurbağa və sürünən formalı bədheybətlər isə lənətlənmişlərə hücum edirlər. Bu Şeytanın bitməyən həvəsini simvolizə edir. Şeytanın eşşək qulaqları onun vəhşi təbiətini vurğulamaqla LusiferAntixristin atributları hesab edilir, buynuzları isə kelt tanrısı Kernunnundan gəlməklə kilsənin paqan dinlər tərəfindən zədələndiyini göstərir.[5] Cinlər insanları quyuya ataraq yandırır, ərimiş qızıl içməyə məcbur edirlər. Bir qrup lənətlənmiş ruh isə alovlarla əhatələnmişdir.

Yaradılış hekayələri

Mələklər iyerarxiyasından aşağıdakı birinci registrda yerləşən hər seqmentdə Yaradılış kitabından üç hekayə təsvir olunmuşdur. Aşağıdakı şablonda həmin səhnələr saat istiqamətinin əksinə göstərilmişdir.

ŞəkilAdQeydlər
Elementlərin yaradılmasıPesenti iddia edir ki, mozaika Cotto və ya Qaddo Qaddinin Siena məktəbindən təsirlənmiş ardıcılı tərəfindən yaradılmışdır.
Adəmin yaradılması1898–1907-ci illərdə zədələnmədən sonra ciddi bərpa edilmişdir; orijinal mozaikadan qalan yalnız Tanrının başı və arxa fonda xırda elementlərdir.
Həvvanın yaradılması1898–1907-ci illər restavrasiyası zamanı Tanrı fiquru tamamilə yenidən yaradılmışdır.
İnsanın qovulmasıAğacın tacı, Həvvanın və ilanın başı restavrasiya zamanı yenidən yaradılıb. Digər bir çox yaradılış səhnələri kimi, bu iş də Qaddo Qaddiyə aid edilir.
Allah Adəmlə Həvvaya töhmət edirTanrının başı, Adəm və Həvvanın bədənləri yenidən qurulub.
Cənnətdən qovulmaMələk fiqurunun qanadları və Adəmin bədənin böyük bir hissəsi yenidən qurulmuşdur.
Adəm və Həvva işləyərkənSağdakı kurqan xaric bütün hissələr orijinaldır.
Kain və Abelin qurbanıAbel quzu, Kain izə qarğıdalı təklif edir, Tanrı əlini quzuya tərəf uzadır. Altar və ondan aşağıdakı hissələr tamamilə yenidən qurulub.
Kainin Abeli öldürməsiAğac tacı, Tanrı fiquru, qayalar və Abelin ölü bədəni yenidən qurulmuşdur.
Lamexin Kain və Tubelkaini öldürməsiOrijinal panel 1819-cu ildə qoparaq tökülmüşdür; 1906-cı ildə köhnə panelin yerində Arturo Viliciardinin dizaynı əsasında yeni panel quraşdırılmışdır.
Tanrının Nuha gəmi tikməyi əmr etməsiOrijinal panel 1819-cu ildə qoparaq tökülmüşdür; 1906-cı ildə köhnə panelin yerində Arturo Viliciardinin dizaynı əsasında yeni panel quraşdırılmışdır.
Nuhun gəmi tikməsiOrijinal panel 1819-cu ildə qoparaq tökülmüşdür; 1906-cı ildə köhnə panelin yerində Arturo Viliciardinin dizaynı əsasında yeni panel quraşdırılmışdır.
Nuh və heyvanların gəmiyə daxil olmasıDİkiqat səhnədə heyvanların növləri göstərilir. Pontiçelli mozaikanın 1483–1499-cu illərdə Alesso Baldovinetti tərəfindən yenidən qurulduğunu və Baldovinettinin öz növbəsində Paolo Uçello tərəfindən Santa Mariya Novella kilsəsində yaradılmış "Nuhun həyatından səhnələr" freskasından ilhamlandığını qeyd edir. Roberto Lonqi bunun əksinə mozaikanın freskadan daha əvvəl yaradıldığını qeyd edir. Sulye isə mozaikada Misir və Suriya təsirləri görür.
DaşqınƏnənəvi olaraq Qaddo Qaddiyə aid edilir.

İosif haqqında hekayələr

Mələklər iyerarxiyasından aşağıdakı ikinci registrda yerləşən hər seqmentdə İosifin həyatından üç hekayə təsvir olunmuşdur. Aşağıdakı şablonda həmin səhnələr saat istiqamətinin əksinə göstərilmişdir.

ŞəkilAdQeydlər
İosifin birinci və ikinci yuxusuİosifin həyatından bəhs edən, sfumato və işıq-kölgə effektləri ilə zəngin olan ilk üç səhnəsi Pesenti (1978–1979) tərəfindən Koppo di Markovaldonun dairəsinə aid edilir. Xüsusilə İosifin ay (anasını təmsil edir) və günəş (atasını təmsil edir) altında oturaraq on ikinci dəstəyə (İosifi təmsil edir) baş əymiş on bir buğda dəstəsi arzulayarkən (on bir yarım-qardaşı təmsil edir) təsvir edən ilk səhnə bu baxımdan daha çox diqqət cəlb edir. 1895-1905-ci illərdə bu səhnələrin yuyulması zamanı mozaikanın emalı da tesselyasiyaya məruz qalmış və zədələnmiş hissələr yenidən doldurulmuşdur.
İosifin valideynlərinə yuxuları haqqnda danışmasıRoberto Lonqi (1939) bu səhnənin müəllifinin "Daşqın" səhnəsinin də müəllifi olan rəssam olduğunu qeyd edir və onları Şimali Avropa incəsənəti ilə əlaqələndirir, Pesenti isə rəssamın Koppo di Markovaldo dairəsindən olduğunu yazır. İosif fiquru və onun üç qardaşının başı restavrasiya zamanı bərpa edilmişdir.
İosifin yarım-dardaşlarına yuxuları haqqnda danışmasıRoberto Lonqi (1939) bu səhnənin müəllifinin "Daşqın" səhnəsinin də müəllifi olan rəssam olduğunu qeyd edir və onları Şimali Avropa incəsənəti ilə əlaqələndirir, Pesenti isə rəssamın Koppo di Markovaldo dairəsindən olduğunu yazır. Bütün hissələri orijinaldır.
İosifin qardaşları tərəfindən quyuya atılması və satılmasıKompozisiya, üz tipləri və drap nümunələri bu və sonrakı iki səhnəni Çimabue ilə əlaqələndirməyə (Mario Salmi, Roberto Lonqi, Roberto Salvininin fikrincə) imkan verir, buna baxmayaraq rəng tonları onu Master della Maddalena ilə də əlaqələndirməyə şərait yaradır.
Yarım-qardaşlar tərəfindən İoasifin qanlı köynəyinin atasına verilməsiPesenti və digərləri bu səhnənin Çimabuedən ilhamlanan Master della Maddalena tərəfindən çəkildiyini və işçi mozaikaçılar tərəfindən qurulduğunu düşünürlər.
İosifin ismaililər tərəfindən Misirə aparılmasıƏvvəlki səhnə kimi Master della Maddalenaya aid edilir. Sağ tərəfdəki iki tacir fiquru XIX əsrin sonlarında bərpa edilmişdir.
Potifarın İosifi ismaililərdən almasıRaqqianti növbəti üç səhnəni Master della Maddalenanın dairəsinə aid edir, mozaikanın naxışlarının isə Qalereya dell Akademiyada saxlanan "Mariya Maqdalena həyatından səkkiz səhnə ilə" tablosu ilə müqayisə edir.
Potifarın həyat yoldaşının saxta ittihamına görə İosifin həbs edilməsiƏvvəlki səhnəyə aid olanlar bura da aiddir.
İosif həbsxanada saqi və çörəkçinin yuxusunu təfsir edirStilistik baxımdan İosifin Potifardan əvvəlki səhnələri ilə oxşarlıq təşkil edir.
Fironun yuxusuBu səhnə daha əvvəlkilərdən zəngin rənglər palitrası ilə seçilir və onu başqa bir mozaikaçı sənətkarla əlaqələndirməyə əsas verir. Patetik tonlarda olan canlı kompozisiya isə mozaikanı Master della Maddalenaya aid etmək üçün əsasdır.(Pesenti, 1978–1979) Fironun yatağı üzərindəki pərdə XIX əsin sonlarında bərpa edilmişdir.
İosif tərəfindən Fironun yuxusunun təfsir edilməsiBu səhnə daha əvvəlkilərdən zəngin rənglər palitrası ilə seçilir və onu başqa bir mozaikaçı sənətkarla əlaqələndirməyə əsas verir. Patetik tonlarda olan canlı kompozisiya isə mozaikanı Master della Maddalenaya aid etmək üçün əsasdır.(Pesenti, 1978–1979) Bütün hissələri orijinaldır.
İosifə Misir üzərində hakimiyyət verilirBu səhnə daha əvvəlkilərdən zəngin rənglər palitrası ilə seçilir və onu başqa bir mozaikaçı sənətkarla əlaqələndirməyə əsas verir. Patetik tonlarda olan canlı kompozisiya isə mozaikanı Master della Maddalenaya aid etmək üçün əsasdır.(Pesenti, 1978–1979)
İosif yarım-qardaşlarının buğda yükləməsinə baxırLonqi bu səhnəni "Vəftizxananın son ustadı" adlandırdığı "Daşqın" səhnəsinin müəllifinə aid edir, stilistik baxımdan isə Qaddo Qaddiyə yaxınlıq müşahidə edir. Luçiano Bellosi kimi digərləri isə razılaşırlar ki, müəllif Cotto dairəsindən olub Skroveni kapellasında işləmiş rəssamlardan biri ola bilər. Pesenti Siena məktəbinin təsiri olduğunu qeyd edir.
Cüzeppenin ögey qardaşları ilə barışmasıLonqi bu səhnəni "Vəftizxananın son ustadı" adlandırdığı "Daşqın" səhnəsinin müəllifinə aid edir, stilistik baxımdan isə Qaddo Qaddiyə yaxınlıq müşahidə edir. Luçiano Bellosi kimi digərləri isə razılaşırlar ki, müəllif Cotto dairəsindən olub Skroveni kapellasında işləmiş rəssamlardan biri ola bilər. Pesenti bu səhnənin Assisidəki Yuxarı bazilikada olan "İosifin həyatından səhnələr" freskası ilə yaxın olduğunu qeyd edir. Lonqi də mozaikanın həmin bazilikadakı "Müqəddəs Fransis alov arabasında" freskası ilə fiqur kompozisiyası yaxınlığı olduğunu yazır.
Yakovun İosiflə görüşməsiBu səhnə daha əvvəlkilərdən zəngin rənglər palitrası ilə seçilir və onu başqa bir mozaikaçı sənətkarla əlaqələndirməyə əsas verir. Patetik tonlarda olan canlı kompozisiya isə mozaikanı Master della Maddalenaya aid etmək üçün əsasdır.(Pesenti, 1978–1979)

Məryəm və Məsih haqqında hekayələr

Mələklər iyerarxiyasından aşağıdakı üçüncü registrda yerləşən hər seqmentdə Bakirə MəryəmMəsihin İncillərdə təsvir olunmuş həyatından üç hekayə təsvir olunmuşdur. Aşağıdakı şablonda həmin səhnələr saat istiqamətinin əksinə göstərilmişdir.

ŞəkilAdQeydlər
MüjdəPesenti səhnəni Koppo di Markovaldonun dairəsinə aid edərək onun Santa-Mariya-Maccore kilsəsindəki Madonna relikvariyasındakı "Müjdə" ilə oxşar olduğunu qeyd edir. Lakin, hazırda həmin relikvariyadakı təsvirin də 1200-1250-ci illərdə Bizans sənətkarı tərəfindən yaradıldığını düşünürlər.
SəfərSəhnənin eskizi Çimabueyə aid edilir. Soldakı qadın fiqurunun orta hissəsi XIX əsrin sonlarında bərpa edilmişdir.
MiladSəhnənin eskizi Çimabueyə aid edilir. Uosifin geyiminin bir hissəsi bərpa edilib.
Maqların ibadətiPesenti səhnəni XIII əsrə aid edir və müəllifin Master della Maddalena olması ehtimalını irəli sürür.
Maqların yuxusuPesenti səhnəni XIII əsrə aid edir və müəllifin Master della Maddalena olması ehtimalını irəli sürür.
Maqların səfərdən qayıtmasıPesenti səhnəni XIII əsrə aid edir və müəllifin Master della Maddalena olması ehtimalını irəli sürür.
Məsihin Məbəddə təqdim edilməsiPesenti səhnəni Master della Maddalenaya aid etsə də, Körpə Məsih və Simeon fiqurlarında daha çox Bizans təcrübəsi olan sənətkarın izini görür. Lakin, həmin sənətkarı "Hakim Məsih" fiqurunun müəllifi ilə eyniləşdirmir. O, qeyd edir ki, ikinci sənətkarın stili daha sərtdir və geyim daha kobuddur. Anna əlində psevdo-ivrit yazılı kağız tutur.
İosifin yuxusuMaster della Maddalenaya aid edilir.
Misirə qaçışMaster della Maddalenaya aid edilir.
Günahsızların qətliamıSəhnədəki izdiham və dinamik stil, onu və altında yerləşən Vəftizçi İohannın həyatından bəhsədən səhnənin Lonqi tərəfindən "Karolinq barokkosu" ilə əlaqələndirilməsinə, həmçini Qaddo Qaddiyə aid edilməsinə şərait yaratmışdır. Pesenti də mozaikanın texniki xüsusiyyətlərini nəzərə alaraq Lonqinin fikirləri ilə razılaşır.
Sonuncu şam yeməyiSəhnədəki izdiham və dinamik stil, onu və altında yerləşən Vəftizçi İohannın həyatından bəhsədən səhnənin Lonqi tərəfindən "Karolinq barokkosu" ilə əlaqələndirilməsinə, həmçini Qaddo Qaddiyə aid edilməsinə şərait yaratmışdır. Pesenti də mozaikanın texniki xüsusiyyətlərini nəzərə alaraq Lonqinin fikirləri ilə razılaşır. Venturi əsərdə Roma mozaikaları və Kosmatesko inkrustasiyaları ilə güclü oxşarlıq görür, böyük fiqurları isə Çimabuenin işləri ilə əlaqələndirir. Lakin, Toeska və Mario Salmi Çimabuenin iştirakı ideyasına qarşı çıxır. Ən son araşdırmalarda səhnə, işlərində güclü plastiklik olan Vəftizxananın sonuncu ustadına aid edilir.
İudanın Məsihi satmasıSəhnədəki izdiham və dinamik stil, onu və altında yerləşən Vəftizçi İohannın həyatından bəhsədən səhnənin Lonqi tərəfindən "Karolinq barokkosu" ilə əlaqələndirilməsinə, həmçini Qaddo Qaddiyə aid edilməsinə şərait yaratmışdır. Pesenti də mozaikanın texniki xüsusiyyətlərini nəzərə alaraq Lonqinin fikirləri ilə razılaşır. Venturi əsərdə Roma mozaikaları və Kosmatesko inkrustasiyaları ilə güclü oxşarlıq görür, böyük fiqurları isə Çimabuenin işləri ilə əlaqələndirir. Lakin, Toeska və Mario Salmi Çimabuenin iştirakı ideyasına qarşı çıxır. Ən son araşdırmalarda səhnə, işlərində güclü plastiklik olan Vəftizxananın sonuncu ustadına aid edilir.
Çarmıxa çəkilmə1285–1295-ci illərdə Qaddo Qaddi ilə birlikdə vəftizxananın günbəz mozaikaları üzərində çalışmış və tədqiqatçılar tərəfindən "Vəftizananın sonuncu ustadı" adlandırılan sənətkara aid edilir. Onun işləri proto-Cotto stilində ifadəlilik və kompozisiya balansının plastikliyi ilə seçilir. 1481-ci ildə ehtimal ki, Alesso Baldovinetti tərəfindən bərpa edilmişdir.
Ölü Məsihin üstündə mərsiyə"Vəftizananın sonuncu ustadı" adlandırılan sənətkara aid edilir.
Qadınlar məzar başında"Vəftizananın sonuncu ustadı" adlandırılan sənətkara aid edilir. Hakim Məsih səhnəsi dirilmiş İsanı təsvir etdiyinə görə tsiklda "Dirilmə" səhnəsi yoxdur.

Vəftizçi İohann haqqında hekayələr

Mələklər iyerarxiyasından aşağıdakı dördüncü və ən aşağı registrda yerləşən hər seqmentdə Vəftizçi İohannın İncillərdə təsvir olunmuş həyatından üç hekayə təsvir olunmuşdur. Aşağıdakı şablonda həmin səhnələr saat istiqamətinin əksinə göstərilmişdir.

ŞəkilAdQeydlər
Zaxariyanın müjdələnməsiMozaikanın eskizi Çimabueyə aid edilir.
Vəftizçi İohannın doğulması və adlandırılması
Zaxariyadan sağdakı fiqurun üzünün Çimabuenin işlərini xatırlatdığını əsas gətirən Toeska səhnəni ona aid edir. Bu nəzəriyyə Bernard Berenson və Salmi tərəfindən də dəstəklənir, sonuncu isə bütün mozaikanı Çimabueyə aid edir. Gənc oğlanın üzü Assisidəki Yuxarı bazilikanın "Sol transept çarmıxa çəkilməsi" səhnəsindəki kişi başı ilə çox oxşardır. burun, saç və qulaqlar isə hər iki fiqurda identikdir. Həmin üz həm də Çimabue tərəfindən Piza kafedralında çəkilmiş Müqəddəs İohann freskasının üzü ilə oxşarlıq təşkil edir.[6]
İohann səhradaNaməlum florensiyalı rəssama aid edilir. Dağ yarılmış qaya şəklində təsvir edilmiş və diqqət çəkən hissələrdə Bizans stilində işıqlandırılmışdır. Əsər həm də Çennino Çennininin "Libro dell'arte" əsərində təsvir edilmişdir. Səhnənin bir hissəsi XIX əsrdə bərpa edilmişdir.
İohannın səhrada vəziFlorensiyalı rəssama aid edilir.
İohannın kütləni xaç suyuna çəkməsiFlorensiyalı rəssama aid edilir.
İohann Məsihin Tanrı quzusu olduğunu göstərirFlorensiyalı rəssama aid edilir.
Məsihin xaç suyuna çəkilməsiÇimabuenin eskizindən çəkildiyi ehtimal edilir. Sinəsinə qədər suya batrılmış Məsih və Cottonun Skroveni kapellasında çəkdiyi "Məsihin vəftizi" freskasnda göstərildiyi formada ətrafda sabit su kütləsi kimi Bizans konvensiyaları göstərilmişdir.
İohann Herodiada ilə evləndiyinə görə Herod Antipası qınayırFlorensiyalı rəssama aid edilir.
İohann həbsxanadaRoberto Lonqi tərəfindən "Vəftizxananın son ustadı" və Qaddo Qaddiyə aid edir. O, hər iki snətkarın üslubunu "barokko" adlandırır və həmin seqmentdəki digər səhnələrdə də bu üslubu görür.
Ardıcılları həbsxanada İohannı ziyatər edirlərRoberto Lonqi tərəfindən "Vəftizxananın son ustadı" və Qaddo Qaddiyə aid edir. O, hər iki snətkarın üslubunu "barokko" adlandırır və həmin seqmentdəki digər səhnələrdə də bu üslubu görür.
İohannın ardıcılları Məsihin möcüzələrinə şahidlik edirlərRoberto Lonqi tərəfindən "Vəftizxananın son ustadı"na aid edilir.
Herodun ziyafətiLonqi tərəfindən növbəti "barokko" səhnəsi adlandırılır; "Vəftizxananın son ustadı"na aid edilir.
İohannın başının kəsilməsiFlorensiya məktəbi, cəlladın ifadəli jesti və hadisənin açıq qəddarlıqla təsvir edilməsi ilə seçilir.
Salome tərəfindən İohannın başı ziyafət iştirakçılarına təqdim edilirFlorensiya məktəbi.
İohannın dəfniFlorensiya məktəbi; bəzi tədqiqatçılar tərəfindən Çimabueyə aid edilir.

Qadınlar qalereyası

Vəftizxananın interyerlərində mozaikalarla bəzədilmiş son hissə Qadınlar qalereyasıdır və burda mozaika işləri 1300-1330-cu illərdə həyata keçirilmişdir.[1] Bu mozaikalarda mələklər və müqəddəslər təsvir olunmuşdur. Onların üslub özəllikləri Covanni Villaninin göstərdiyi tarixlərlə üst-üstə düşür. Müəllif mozaikalar üzərində 1330-cu illərdə tamamlandığını, təxminəm 1300-1315-ci illərdə onlar üzərində işə başlandığını göstərir. Qadınlar qalereyasındakı mozaikaların tədqiq edilməsi üçün xüsusi araşdırmalar aparılmasa da, Venturi qısa olaraq onların 1300-cü ildən sonra hazırlandığını qeyd edir. Tağ ulduzlu səmanı xatırladan mərkəzi motivə malikdir.

Digər mozaikalar

Qaddo Qaddi - Obadaya
Andrea Tafi - Malaxay

Günbəzin təməlini əhatə edən frizdə XIV əsrdə Lippo di Korsonun eskizləri əsasında hazırlanmış müqəddəslərin mozaik təsvirləri vardır. Həmin mozaikalarda aşağıdakı şəxslər təsvir olunub:

  • Ambrouz
  • Qriqori Nazianzin (?)
  • Cerom
  • Avqustin
  • Stefan
  • I Lev
  • İsidor
  • Filip (?)
  • Silvester
  • Nikolas Bari
  • Naməlum şəhid dyakon
  • İqnati
  • Dionisi
  • Naməlum dyakon
  • Vasili
  • Protasi (?)
  • Böyük Qreqori
  • Karfagenli Kiprian
  • Vinsent
  • Fulgenti
  • Martin
  • Naməlum dyakon
  • Zenobiya
  • Hilari
  • Lourens (?)
  • İohann Xrisostom (?)

Qadınlar qalereyasında peyğəmbərlər və patriarxların portretləri vardır. Vazari onların XIII əsrdə Qaddo Qaddi tərəfindən yaradıldığını qeyd etsə də, müasir sənət tarixçiləri həmin işlərdə Andrea Tafinin dəst-xəttinigörürlər. Həmin mozaikalarda aşağıdakı şəxslər təsvir edilib:

  • Yesaya
  • İyeremiya
  • Daniel
  • Ezekiel
  • Hosea
  • Coel
  • Obadaya
  • Amos
  • Mixey
  • İona (?)
  • Nahum
  • Habbakuk
  • Zefaniya
  • Haqqai
  • Zaxariya
  • Malaxay
  • David
  • Solomon
  • Mattafiya
  • İuda Makabus
  • Neyemiya
  • Esra
  • Zerubbabel
  • Jozadak (?)
  • Yelişa
  • Onias
  • Samuel
  • Coşua
  • Nuh
  • Barux
  • İsaak
  • Abraham
  • Yenox

İstinadlar

  1. Touring, cit. p. 152.
  2. Enio Sindona, Cimabue e il momento figurativo pregiottesco, Rizzoli Editore, Milano, 1975.
  3. Frugoni, cit., pp. 222–223.
  4. cf. "venite benedicti Patris mei possidete paratum vobis regnum a constitutione mundi" Vulg.: Matt. 25:34 Arxivləşdirilib 2019-12-17 at the Wayback Machine
  5. Simboli e allegorie, Dizionari dell'arte, ed. Electa, 2003, pag. 158.
  6. Sindona, cit., p. 87.

Ədəbiyyat

  • AA.VV., Guida d'Italia, Firenze e provincia "Guida Rossa", Touring Club Italiano, Milano 2007.
  • Enio Sindona, Cimabue e il momento figurativo pregiottesco, Rizzoli Editore, Milano, 1975.
  • Chiara Frugoni, La voce delle immagini, Einaudi, Milano 2010. ISBN 978-88-06-19187-0

Xarici keçidlər

  • "Apse mosaics" (italyan).
  • "Dome mosaics" (italyan).
  • "Mosaics of the first women's gallery" (italyan).
  • "Mosaics of the second women's gallery" (italyan).
  • "Mosaics of the third women's gallery" (italyan).
  • "Mosaics of the fourth women's gallery" (italyan).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.