Flora Əhmədova

Əhmədova Flora Cəfər qızı (d.9 dekabr, 1934, İrəvan-v.3 avqust, 2012, Bakı) — Respublikanın Baş Dövlət arbitri, əməkdar hüquqşünas.

Flora Əhmədova
Əhmədova Flora Cəfər qızı
Azərb. Resp. Ali Arbitraj Məhkəməsinin sədri
Vəzifədədir
1979-cuildən
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İrəvan
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Bakı
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Atası Cəfər

Həyatı

Flora Əhmədova 1934-cü il dekabrın 9-da İrəvan şəhərində doğulub[1].

Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri (1979-cu ildən), əməkdar hüquqşünas. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1962). Əmək fəaliyyətinə Məhkəmə Ekspertizası İnstitutunda ekspert-kriminalist kimi başlamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində idarə rəisi, respublikanın Baş Dövlət arbitri olmuşdur[2].

Azərbaycan müstəqillik qazandıqdan sonra Ədliyyə Nazirliyində və Respublika Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində mühüm postlarda işləyib. Ölkədə məhkəmə islahatları aparılan dövrə – 2000-ci ilə qədər Azərbaycan İqtisad Məhkəməsinin Rəyasət Heyətinin sədri olub[1].

F.Əhmədova 3 avqust 2012-ci il saat 05.00 radələrində ürək tutmasından vəfat edib. O, həmin gün Bakının Yasamal rayon qəbiristanlığında torpağa tapşırılıb[1].

İstinadlar

  1. "İqdisad məhkəməsinin sədri vəfat edib. gunxeber.com saytı". 2016-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-28.
  2. "ƏHMƏDOVA Flora Cəfər qızı". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.