Fləş-mob
Fləş-mob (ing. flash mob — flash — an; ani parıltı; mob — kütlə, "ani toplanan kütlə" , "toplumun parıltısı") — kütləvi bir qrup gəncin ("mobberlər") ani surətdə əvvəldən danışılan yerdə toplaşaraq, kütləvi aksiya keçirməsi, danışılan hərəkətin edilməsi və həmin yerdən tez ayrılmaları. Fləş-mob internet hadisəsi olduğu üçün, iştirakçılar fləş-mobun keçiriləcəyi zaman və məkan barədə əvvəlcədən internet vasitəsilə məlumatı alırlar.
Əsaslar
Fləş-mobun əsas cəhətlərindən biri odu ki, bütün dünya mobberlərinin əməl etməli olduğu ümumi qaydaları var. İlk öncə mobberlər fləş-mobun maraqlı və gözlənilməz olması üçün aksiyanın təşkil olunacağı yerə əvvəlcədən gəlməməlidirlər. Onlar təsadüfi, yoldan keçən, hətta tanıdıqları insanları da tanımayan təəssüratı yaratmalı, qəfildən peyda olub fləş-mobu keçirib sakitcə öz yollarına davam etməlidirlər. Fləş-mobun ssenarisi maraqlı və qeyri-adi olmalı, əvvəlki aksiyaları tam olaraq təkrarlamamalıdır. Kənardan seyr edən tamaşaçılar elə düşünməlidirlər ki, bu hərəktlərin xüsusi mənası var, sadəcə onlar tapmaqda çətinlik çəkirlər, aksiyanın təəccüblü hissəsi də elə budur.
Məqsəd
Ən çox suallar fləş-mobların mənası ilə bağlıdır. Fləş-mob iştirakçıları hər hansı bir fləş-mobda iştirak etmək üçün heç bir maddi maraq güdmür. Fləş-mob təmamilə könüllü məşğuliyyətdir. Eyni tədbir iştirakçılarının müxtəlif məqsədi ola bilər. Misal üçün (aşağıdakılar):
- əylənmək
- özünü cəmiyyətdə azad hiss etmək
- stereotiplərdən azad olmaq
- ətrafdakılara təəssürat bağışlamaq
- özünü təsdiqləmək / özünü sınaqdan keçirmək: "Mən bunu insanlar arasında bacararammı?"
- kəskin hisslər yaşamaq
- özünü böyük işin bir hissəsi hiss etmək
- qrup psixoterapiyasındakı olan hissləri keçirmək
- pozitiv hisslər yaşamaq / yaşatmaq
- yeni dost tapmaq
Bu məqsədlərə "kütlə effekti" sayəsində nail olunur. Psixoloqların dediklərinə görə adi həyat və gündəlik qayğılar insanları qane etməyib, yorur; nəticədə, depressiyanın xüsusi forması – apatiya yaranır. Fləş-mob kimi tədbirlərdə iştirak "rəngsiz" həyata əvəzolunmaz maraq gətirir.
Fləş-mob təşkilatçılarından biri bu suala belə cavab verir : Fləş-mobların heç bir birbaşa mesajı yoxdur. Fləş-mob şəhər oyunudur, əyləncənin bir növüdür, onun əsas mənası isə internet arxasında lazımsız yerə çox vaxtını keçirən insanları stol arxasından qaldırmaq və real fəaliyyətlərdə birləşdirməkdir.
Lüğət
- Agentlər -…
- Mob, FM — Fləş-mob qısa
- Aftepati (AfterParty) -…
- Mober,Fləş-mober — Fləş-mobda iştirak edən insanlar
- Pingvin -…
- Mobpleys (MobPlace) -…
- Fomiçlər — yoldan keçənlər, təsadüfi tamaşaçılar
- Adminlər -…
- Moderatorlar -…
- Ban -…
- Offtop -…
Tarix
İlk dəfə ideya olaraq "SmartMob" sözünün yaradıcısı amerikalı sosioloq-yazıçı Howard Rheingold olumuşdur. Məhz onun 2002-ci ildə işıq üzü görən "Smart mob: New Social revolution" kitabında ilk dəfə Fləş-mob-un mahiyyəti kütləyə çatdırılmışdı. Qərb mobberləri onu fləş-mobun "yaradıcı atası" hesab edirlər. İlk fləş-mob aksiyası isə 2003-cü ildə Nyu-Yorkda Bil Wasik tərəfində həyata keçirildi. İlk olaraq planlaşdırılan fləş-mob polis tərəfindən dağıdıldı, amma çox keçməmiş aksiya başqa bir məkanda baş tutur və fləş-mob ideyası bütün yer kürəsinə yayılır.
Bakıda
Azərbaycanda ilk dəfə fləş-mob aksiyası 25 iyul 2009-cu ildə Bakı şəhərində baş tutmuşdur . Bu fləş-mob "Kitab oxuyaq" adı altında həyata keçmişdir .[1] Beləki, gözlənilməyən şəkildə bir qrup gənc əlində kitab oxuyaraq şəhərdə gəzərək hamının diqqətini çəkmiş və onları heyrətləndirmişdir. İlk fləş-mob aksiyasının uğurla həyata keçməsi yeni fləş-mobların hazırlamasına ruhlandırıb və bununla da Bakıda bir fləş-mob hərəkatı – FLASHMOB Azerbaijan yaranmışdır.
Bölgələr
informasiya toplanılır…
Fləş-mob təngidi
Fləş-mob təngidi Fləş-mob çox vaxt təngidlərə məruz qalır. İlk fləş-moblar peyda olanda bir çox siyasətçilər onun mahiyyətini anlamayıb fləş-mobu siyasi nöqteyi-nəzədən qiymətləndirdilər, halbuki fləş-mob ideologiyası bəyan edir ki: "Fləş-mob siyasət və iqtisadiyyatdan kənardır". Söylənilən bəzi təngidlərə görə fləş-mob "qərb sayahı sarsaqlıqdır", hərçənd fləş-mobun ideoloji tərkibi məhz MDB ölkələrində xüsusi inkişaf almışdır. Təngidçilərin çoxu fləş-mobu mənasız məşğuliyyət sayır, baxmayaraq ki, psixoloqlar fləş-mobu bəyənir, çünki fləş-mob (müəyyən dərəcədə) iştirakçıların vəziyyətinə müsbət təsir göstərir, onlara cəmiyyətin fikri qorxusundan azad olmağa kömək edir, özünü intizama salmaq bacarığını təkmilləşdirir, eyni fikirli insanlarla tanış olma imkanını yaradır və həyatlarına rəngarənglik qatır. Digər təngidçilər qeyd edir ki, Avropada fləş-mobdan suni istifadə edib, onun iştirakçılarını kütləvi xuliqanlığa vadar edənlər var. Azərbaycanda bəzi siyasi strukturlar dövlətə qarşı aksiyalar keçirib, mitinqlər təşkil edir və bu cür hərəkətləri "fləş-mob" adlandırır. Bununla onlar ölkədə baş tutan fləş-mobların adına, həmçinin həqiqi fləş-mob təşkilatçılarının adına ləkə gətirir.
Xarici keçidlər
Ədəbiyyat
- Рейнгольд Г., Умная толпа: новая социальная революция, Москва, ФАИР-ПРЕСС, 2006, ISBN 5-8183-1004-3
Istinadlar
- "Azərbaycanda ilk Fləş-mob 25.07.2009". 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-14.
Mənbə
- Флешмоб-движение в России
- "ФЕНОМЕН!" Флешмоб-движение Украины Arxivləşdirilib 2013-05-28 at the Wayback Machine
- Интервью с Говардом Рейнгольдом (ing.)
- Разновидности флешмобов Arxivləşdirilib 2009-03-12 at the Wayback Machine
- История флешмоба Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine