Fiziologiya İnstitutu (Azərbaycan)

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. Abbas Mirzə Şərifzadə küçəsində yerləşir.

Fiziologiya İnstitutu
Loqonun şəkli
Ölkə
Sayt elm.az/az/physiology/ind…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun qarşısında akademik Zərifə Əliyevanın barelyefi

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutu 1968-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Fiziologiya sektoru əsasında yaradılmışdır (Azərbaycan SSR Nazirlər Kabinetinin 21 fevral 1968-ci il tarixli 80 saylı qərarı). İnstitutun ilk direktoru akademik Abdulla İsmayıl oğlu Qarayev olmuşdur. Hazırda institut onun adını daşıyır.

Fəaliyyət istiqamətləri

  • Orqanizmin inkişafının ekoloqo-fizioloji və biokimyəvi əsasları, şərti reflektor fəaliyyəti, analizator funksiyaların neyrofizioloji və neyrokimyəvi mexanizmləri, insan orqanizminin inkişafının və qocalmasının psixofizioloji və neyroendokrin qanunauyğunluqları.
  • Azərbaycanın yüksək uzunömürlülük indeksinə malik olan regionlarında uzunömürlülərin tibbi-bioloji tədqiqi;
  • Təbii mənşəli heroprotektorların fizioloji və biokimyəvi proseslərə təsiri;
  • Prenatal ontogenezin müxtəlif dövrlərində stres faktorların təsirinə məruz qalmış baş beynin strukturlarında energetik mübadiləni tənzimləyən fermentlərin postnatal ontogenezdə fəallığının öyrənilməsi;
  • Ağır metalların balıqların və siçovulların fizioloji göstəricilərinə təsiri;
  • Sensor mərkəzlərin inkişafına hipoksiyahipokineziyanın təsiri;
  • Кütləvi istifadə edilən qeyri-ionlaşdırıcı elektromaqnit şüalanmalarının inkişafda olan orqanizmin redoks-homeostazına təsirinin öyrənilməsi;
  • Sinir proseslərinin plastiki təminatinda monoaminergik sistemin iştirakının neyrofizioloji aspektləri;
  • Qidanin zülal tərkibinin dəyişməsi fonunda toxumaların morfofunksional plastikliyi;
  • Baş beyində strukturlararası qarşılıqlı əlaqələrin, sosial və şərti-reflektor davranışların və hüceyrələrin differensiasıyanın neyrofizioloji və neyrokimyəvi tədqiqi;
  • Normada və müxtəlif funksional vəziyyətlərdə olan baş beynin inteqrativ sistemlərinin yaş xüsusiyyətləri;
  • Tamamlanmış elmi-tədqiqat işlərinin araşdırılması, innovativ əhəmiyyətli nəticələrin üzə çıxarılması və təqdim edilməsi.

Tabeliyindəki qurumlar

AMEA akademik Abdulla Qarayev adına Fiziologiya Institutu
  • "Uzunömürlülüyün fiziologiyası" laboratoriyası
  • "Təbii mənşəli heroprotektorların farmakologiyası" laboratoriyası
  • "Ontogenezin biokimyası" laboratoriyası
  • "Ekotoksikologiya" laboratoriyası
  • "Mühit amillərianalizatorların formalaşması" laboratoriyası
  • "Hüceyrə metabolizminin fiziologiyası" laboratoriyası
  • "Neyrofiziologiya" laboratoriyası
  • "Hüceyrənin morfofunksional plastikliyi" laboratoriyası
  • "İnteqrativ fəaliyyətin molekulyar əsasları" laboratoriyası
  • "Görmənin fiziologiyası" yaradıcı qrupu
  • "Kliniki neyrofiziologiya" laboratoriyası
  • "Vivari" qrupu
  • "İmmunofiziologiya və eksperimental transplantologiya" laboratoriyası

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.