Five Nights at Freddy's (videooyun)

Five Nights at Freddy's (FNaF) — Skott Kouton tərəfindən 2014-cü ildə hazırlanmış və yayımlanmış survival horror janrında videooyun. Pizza restoranında keçən bu oyunda oyunçular gecə növbəsində çalışan mühafizəçi Mayk Şmidti idarə edirlər. Şmidt gecə saatlarında canlanan qatil animatroniklər tərəfindən yaxalanmadan iş növbəsini tamamlamalıdır. Oyunçu animatroniklərdən qorunmaq üçün kameralara nəzarət etməli və qapıları kilidləməlidir. Oyunçular bu alətləri istifadə edərkən ehtiyatlı olmalıdırlar, çünki hər istifadədə elektrik enerjisi azalır və oyunçunun sahib olduğu enerji bitərsə bu alətlər artıq yararsız hala düşür.

Five Nights at Freddy's
Hazırlayanlar Skott Kouton
Yayımlayanlar Skott Kouton
Seriya Five Nights at Freddy's
Buraxılış tarixləri 8 avqust 2014
Janr survival horror
Texniki məlumat
Platforma Android, Microsoft Windows, Xbox One, Nintendo Switch[d], PlayStation 4, iOS
Oyun rejimi birnəfərli oyun
İnterfeysin dili ingilis dili
Daşıyıcı rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d]
İdarəetmə kompüter klaviaturası, sensor ekran, oyun pultu[d]
Rəsmi saytı

Məşhur oyun seriyasının yaradıcısı Skott Kouton əvvəlki oyunu olan "Chipper & Sons Lumber Co" haqqında bildirilən mənfi rəylərə cavab olaraq bu oyunu yaradıb. Bu oyun oyunçuların narazılığına səbəb olmuşdu, onlar oyundakı personajların qorxuducu animatroniklərə oxşadığını düşünürdülər. Bunu görən Kouton məyus olmaq əvəzinə, parlaq bir fikir irəli sürdü, beləliklə FNaF ortaya çıxdı. "Five Nights at Freddy's" oyunu Clickteam Fusion 2.5 adlı oyun mühərrikinin köməyilə yaradılmışdır. Oyunun hazırlanması altı ay çəkib. Oyun əvvəlcə 8 avqust 2014-cü ildə Desura adlı platforma vasitəsilə Windows kompüterləri üçün buraxılıb, daha sonra 18 avqustda Steam adlı məşhur oyun platformasında istifadəyə verilmişdir. Oyunun Android, iOSWindows Phone üçün mobil versiyaları 2014-cü ilin sonlarında işıq üzü görüb. Oyun Nintendo Switch, PlayStation 4Xbox One üçün isə 2019-cu ildə yayımlanıb.

"Five Nights at Freddy's" tənqidçilər tərəfindən müsbət rəylərlə qarşılanıb, bir çoxu oyunu qorxulu və bənzərsiz hesab etmişdir. Oyunu nəzərdən keçirən insanlar onun verdiyi hissi, səslərin dizaynını və oynanma mexanizmini bəyəndiklərini bildirdilər. Ancaq bəzi insanlar oyundakı ani qorxutmaların (ing. jumpscare) çox tez-tez baş verdiyini və təkrarlandığını qeyd etdilər. Bundan əlavə, şərhçilər oyunu tamamladıqdan sonra onu yenidən oynamaq üçün çox da həvəsləndirici olmadığını da demişdilər. Oyun həmçinin YouTube-da böyük populyarlıq əldə etmişdir, oyunçular oynanış videolarını "Let's Play" başlığı ilə öz kanallarına yerləşdirməyə başlamışdılar. Oyun böyük bir uğur qazandı və bu media franşizasının yaradılmasına səbəb oldu. Bu franşizaya davam oyunları və kitablar daxil idi. Oyun əsasında çəkilmiş "Freddi ilə beş gecə" filmi 27 oktyabr 2023-cü ildə buraxılmışdır.

Gameplay

Oyunçunun ofisindən görüntü, animatronik Çika sizə sağ dəhlizin pəncərəsindən baxır.

"Five Nights at Freddy's" tap-kliklə və həyatda qalma qorxu janrında olan videooyundur.[1][2] Burada oyunçular "Freddy Fazbear's Pizza" adlı ailəvi pizza restoranında gecə növbəsində çalışan mühafizəçi Mayk Şmidti idarə edirlər. Oyunçular gecə yarısından səhər saat 6:00-a qədər olan gecə növbəsini tamamlamalıdırlar. Onların məqsədi gecə vaxtı pizza restoranında canlanan təhlükəli animatronik personajlara tutulmamaqdır. Oyunçular növbənin sonuna qədər onlarla qarşılaşmadan sağ qalmağı bacarmalıdırlar.[1][3][4]

Ofisdə müdafiəsiz vəziyyətdə qalan oyunçu personaj restoranın müxtəlif yerlərini göstərən güvənlik kameralarına nəzarət edə bilməkdədir.[1][5] Oyunçu gecə boyu kameraların köməyilə animatroniklərin hərəkətlərini müşahidə edir. Oyundakı animatronik personajların hər biri əsasən ekranda görünməyən fərqli davranışlar nümayiş etdirirlər. Oyunçuda dəhlizlərdə hər hansı bir animatronikin olub olmadığını öyrənmək üçün istifadə edə bildiyi məhdud sayda işıqlar var. Oyunçu işıqların vasitəsilə dəhlizlərin birində animatronik görsə, onların ofisə daxil olmasının qarşısını almaq üçün polad qapıları aktivləşdirə bilər.[6][7] Əgər animatronik ofisə girməyi bacarsa, onda oyunçunu tutacaq və onu öldürəcək, bu da oyunu uduzmaq deməkdir.

Oyunçu kameralar, qapılar və işıqlardan istifadə etdikcə onun sahib olduğu elektrik enerjisini tükənir. Enerji bitdikdə kameralar işləməyi dayandırır, qapılar açılır və işıqlar sönür.[5][8] Oyunun adını daşıyan personaj Freddy Fazbear hücum etməyə hazırlaşanda "Toreador Song" mahnısı çalmağa başlayır. Freddy hücum etməzdən əvvəl oyunçu növbəsini tamamlamalıdır.[4][9] Oyunçu növbə bitənə qədər enerjidən düzgün yararlanmalı, qapılardan və kameralardan tez-tez istifadə etməyərək enerjiyə qənaət etməlidir. Oyun "gecələr" adlanan müxtəlif səviyyələrə malikdir. Bu səviyyələrin hər biri təxminən on dəqiqə davam edir.[10] Oyunçu səviyyəni keçdikcə animatroniklər daha da aqressivləşir və bu da oyunu çətinləşdirir. Oyun altı səviyyədən ibarətdir. Bu səviyyələrə beş əsas gecə və əlavə altıncı gecə daxildir. Bu o deməkdir ki, oyunçu oyunu bitirmək üçün bu altı səviyyəni tamamlamalıdır.[5][11]

Məzmun

Oyun başlayanda Mayk Şmidt restoranda əvvəllər çalışmış olan keçmiş işçinin qoyduğu səsli mesajı dinləyir. Keçmiş işçi Şmidtə müxtəlif gecələrdə restoran və onun tarixi haqqında oxşar mesajlar verir. İşçi həmçinin izah edir ki, restoranın animatronik personajları – Freddy Fazbear, Bonnie, Chica və Foxy gecə saatlarında hərəkət edə bilər. O, Şmidtə başa salır ki, əgər kimsə gecə vaxtı animatroniklə qarşılaşarsa, animatronik onları mexaniki hissə hesab edəcək və onları zorla ehtiyat kostyuma soxaraq onların ölümünə səbəb olacaq.

Oyunçu vaxt keçdikcə restoranda əvvəllər baş vermiş qorxunc hadisələrlə bağlı məlumat əldə edir. Səsli mesajın birində "87-ci ilin dişləməsi" (ing. The Bite of '87) adlı faciəvi hadisədən bəhs olunur. Bu səsdə animatronikin kiminsə başını qopardığı qorxunc hadisədən danışılır. Kamera görüntüləri vasitəsilə ortaya çıxan qəzet parçaları restoranda baş vermiş digər qorxunc hadisəyə nəzər salır. Bu qəzetdə beş günahsız uşağı aldadıb otağa çəkən və onların həyatına son qoyan şəxs haqqında məlumatlar yazılıb. Cinayəti törədən şəxs saxlanılsa da, qətlə yetirilmiş uşaqların meyitini tapmaq mümkün olmayıb. Bir müddət sonra restoranda yemək yeyən müştərilər oradakı animatroniklərin pis qoxular yaydığından şikayətləniblər, onlar robotların gözlərindən və ağızlarından qan axdığını bildiriblər.

Dördüncü gecədə üzə çıxan səsli mesajda Şmidtən əvvəl restoranda çalışmış şəxsin mesajı yazmağa çalışarkən animatroniklərdən biri tərəfindən hücuma məruz qaldığı və ola bilsin ki, öldürüldüyü ehtimal edilir. Beşinci gecədə eşidilə bilən sonuncu səsli mesaj başa düşülməsi mümkün olmayan qəribə bir səs-küydür. Ardıcıl beş gecə işlədikdən sonra Şmidt nəhayət maaşını alır. Oyunun altıncı mərhələsini bitirən oyunçular oyunun yeddinci mərhələsi olan "xüsusi gecə"yə başlamağı seçə bilərlər. Bu yeni oyunda oyunçular animatronikləri tənzimləyərək oyunu çətin və ya asan etmə imkanına malikdirlər. Şmidt yeddinci mərhələni tamamladıqdan sonra işdən qovulur.

İstinadlar

  1. Bates, Ryan. "Five Nights at Freddy's Review". GameRevolution (ingilis). 2014-08-27. January 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-02.
  2. Milici, Lauren. "Josh Hutcherson tries to survive Five Nights at Freddy's in creepy new trailer". GamesRadar (ingilis). 2023-06-27. June 30, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-02.
  3. Clark, Justin. "Five Nights at Freddy's Review". GameSpot (ingilis). 2014-10-03. December 5, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-02.
  4. Petitte, Omri. "Five Nights at Freddy's review". PC Gamer (ingilis). 2014-08-25. October 23, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-02.
  5. Musgrave, Shaun. "'Five Nights At Freddy's' Review - One, Two, Freddy's Going To Get You". TouchArcade. October 9, 2014. December 25, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 22, 2021.
  6. Liebl, Lance. "Five Nights at Freddy's review". GameZone (ingilis). 2014-10-26. February 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-17.
  7. Mucchi, Alessandro. "I brividi e il disagio di Five Nights at Freddy's - review". Eurogamer (italyan). 2014-10-21. April 13, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-02.
  8. Conditt, Jessica. "All of the nightmares live in Five Nights at Freddy's". Engadget (ingilis). 2014-08-09. December 25, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.
  9. Dotson, Carter. "Five Nights at Freddy's Review: Lights Out". Gamezebo (ingilis). 2014-09-19. December 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-02.
  10. Vogel, Mitch. "Review: Five Nights At Freddy's - Accessible Horror That Loses Its Edge Too Quickly". Nintendo Life (ingilis). 2019-12-02. December 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-02.
  11. Liebl, Lance. "Five Nights at Freddy's review". GameZone (ingilis). 2014-10-26. February 25, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-02.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.