Fiume kronu

Fiume kronu (it. corona Fiumana) — 1919—1920-ci illərdə Fiumedə pul vahidi.

"Citta di Fiume" yazısı olan 10 krona

Tarixi

Avstriya-Macarıstan imperiyasının dağılmasından sonra, Avstriya və Macarıstanın ortaq şəkildə idarə etdikləri Avstriya-Macarıstan Bankı Avstriya-Macarıstan kronunun emissiyasını davam etdirdi, hansı ki Avstriya, Macarıstan, Çexoslovakiya və digər ölkələrin tərkibinə girən ərazilərdə dövriyyədə idi. Lakin 1919-cu ildə yeni dövlətlər milli kredit və pul sistemləri yaratmağa başladılar.[1]

1919-cu ilin yanvar ayında Serblər, xorvatlar və slovenlər krallığına daxil olan Avstriya-Macarıstanın keçmiş ərazilərində Avstriya-Macarıstan Bankının əskinaslarının ştempelvurması baş tutdu. Həmin ilin mart ayında Çexoslovakiya və Avstriya əskinasların ştempelləməsini icra etdi

İtaliya Milli Şurasının (Fiume hökuməti) qərarı ilə 18 Aprel 1919-cu ildə Avstriya-Macarıstan pul nişanlarının iki növ yuvarlaq ştempel ilə ştempelvurma prosesini həyata keçirtdi, ştempeller Savoya gerbi və "CITTA DI FIUME" yazısından ibarət idilər. 1919-cu ilin sentyabr ayında italyan millətçiləri tərəfindən şəhərin ələ keçirilməsi və D'Annuntsio hökumətinin hakimiyyətə gəlməsindən sonra, Avstriya-Macarıstan Bankının yeni banknot seriyası buraxıldı, onların üstündə 45 × 60 mm düzbucaqlı ştamp və "CITTA DI FIUME. INSTITUTO CREDITO del CONSIGLIO NAZIONALE" yazısı qeyd olunmuşdu.[2]

Fiume kronu 26 sentyabr 1920-ci il tarixinədək Fiumenin pul vahidi idi, onu italyan lirəsı əvəz etdi. Buna baxmayaraq, krona bir neçə il daha dövriyyədə qaldı. 24 fevral 1924-cü ildə kral fərmanı ilə kronanın dövriyyədən çıxma tarixi və məzənnəsi elan olundu: 30 aprel 1924-cü il, 1 krona = 0.40 lirə.

İstinadlar

  1. Травин Д., Маргания О. Европейская модернизация. — Глава 4. «Австро-Венгрия: Развод по Габсбургскому счёту»
  2. Rádóczy, 1984. səh. 33

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.