Fitnəkarlıq
Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir.[1]
Fitnə
Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir.[2]
Fitnənin növləri
Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur."[3]
"Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır."[4]
Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs."[5]
Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar."[6]
Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür.
Finə-fəsad baş verən zaman necə davranmalı?!
Peyğəmbər (s): "Məndən sonra fitnələr ümmətimi zülmət gecələrtək bürüyəcək. Elə fitnələr ki, onun təsirindən insan gecə mömin olar, gündüz isə kafir, gündüz mömin olar, gecə isə kafir. Camaat öz dinini azacıq dünya malına satar."[7]
İslam peyğəmbəri (s): "Ağıllı insanın xüsusiyyəti budur ki, nadanın ona qarşı cahilyana rəftarına səbir etsin, ona zülm edəni bağışlasın, kasıbların müqabilində təvazökar olsun, özündən yuxarı olanı yaxşılıqda ötüb keçsin, söz demək istədikdə düşünsün, demək istədiyi yaxşı olarsa desin və faydalansın. Əgər pis olsa, sussun və salamat qalsın. Fitnə ilə qarşılaşdıqda Allaha sığınsın və əlini, dilini saxlasın. Fəzilət gördükdə onu qənimət sansın, abır-həya ondan ayrılmasın, tamahkarlıq ona yaxın düşməsin. Bunlar ağıllı insanları tanıtdıran on xüsusiyyətdir."[8]
İstinadlar
- Mizanul hikmət. 4937-ci hədisin şərhi.
- İslamda böyük günahlar. III cild, səh. 273.
- Bəqərə surəsi, 191-193
- Ənfal surəsi, 28.
- Kənzul-Ummal, hədis 44129
- Biharul-Ənvar, c.73, səh. 140, hədis 12
- Kənzul-Ummal, hədis 30893
- Tuhəful-Uqul, səh. 28.