Fitch Ratings

Fitch Ratingsreytinq agentliyi kimi tanınan beynəlxalq korporasiya[2].

Fitch Ratings
Ümumi məlumatlar
Tipi məhdud məsuliyyətli cəmiyyət
Məhsulu kredir qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatlar
Təsis tarixi 1913
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri $732.5 milyon (2011) [1]
Struktur
İşçi sayı
  • 2.300 nəf.
Fitch Ratings
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas fəaliyyəti dünya kredit bazarlarına kredit qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatların nəticələrini və məlumatları hazırlamaqdır.

Fitch

Fitch qrupunun tərkibinə aşağıdakılar daxildir:

  • Fitch Ratings
  • Fitch Solutions — Fitch Ratings məhsullarını və xidmətlərini yayan xidmət
  • Algorithmics — şirkətlərin risklərinin idarə edilməsi qərarının verilməsi sahəsində dünya lideri
  • FitchTraining - kredit qabiliyyəti və korporativ maliyyələşmə üzrə treninqlərdə ixtisaslaşıb[3].

Mülkiyyətçilər və rəhbərlik

Fitch qrupunun səhmlərinin majoritar zərfi Fimalac S.A. şirkətinə məxsusdur (qərargahı Parisdədir)[2].

Tarixi

Fitch Ratings Nyu-Yorkda Con Noulz Fitç tərəfindən 24 dekabr 1913-cü ildə Fitch Publishing Company nəşriyyatı kimi yaradılıb.

1924-cü ildə Fitch «AAA»-dan «D»-ya qədər reytinq şkalası dövriyyəyə buraxdı.

1997-ci ildə Fitch ilə IBCA Limited şirkətinin (qərargahı Londondadır) birləşməsi baş verdi və Fitch sahibi Fimalac S.A. holdinq şirkəti oldu.

2000-ci ilin aprelində Fitch qərargahı Çikaqoda olan Duff & Phelps Credit Rating Co-nı aldı. Fitch həmin il Thomson BankWatch şirkətini aldı.

2006-cı ilin oktyabrında Fitch Ratings brinci ixtisaslaşmış Derivative Fitch reytinq şirkətini təsis etdi. Şirkət kredit derivativləri bazarında reytinqlərin verilməsi, analitik tədqiqatların keçirlməsi və bu bazarın ehtiyaclarını ödəmək üçün reytinqlərin verilməsi ilə məşğupl olur.

Kredit reytinqləri şkalası

  • AAA — kredit qabiliyyətinin ən yüksək səviyyəsi
  • AA — kredit qabiliyyətinin çox yüksək səviyyəsi
  • A — kredit qabiliyyətinin yüksək səviyyəsi
  • BBB — kredit qabiliyyətinin kifayət qədər səviyyəsi
  • BB — kredit qabiliyyətinin kifayət etməyəcək səviyyəsi
  • B — kredit qabiliyyətinin çox kifayət etməyəcək səviyyəsi
  • CCC — defolt mümkün olan səviyyə
  • CC — defoltun mükünlüyünün yüksək səviyyəsi
  • C — defolt qaçılmazdır
  • D — defolt

Mənbə

İstinadlar

  1. Group, Fitch. "2011 Fiscal". FIMALAC. 27 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2012.
  2. "Fitch Ratings". 2010-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-21.
  3. "Fitch Ratings". 2013-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.