Firuz mirzə Nüsrətəddövlə
Firuz mirzə Əbdülhüseyn mirzə oğlu Nüsrətəddövlə Qovanlı-Qacar (1889–1937) — İranın xarici işlər naziri.
Firuz mirzə Nüsrətəddövlə | |
---|---|
Firuz mirzə Əbdülhüseyn mirzə oğlu Qovanlı-Qacar | |
Digər adı | Nüsrətəddövlə |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Atası | Əbdülhüseyn mirzə Fərmanfərma[1] |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
II Firuz mirzə Əbdülhüseyn mirzə oğlu Qovanlı-Qacar 1889-cu ildə Tehran şəhərində anadan olmuşdur. Orta təhsilini bitirəndən sonra ali savad almaq üçün 1897-ci ildə Beyrut şəhərinə yollanmışdı. Təhsilini tamamlayandan sonra, 1905-ci ilin yanvarında Tehrana qayıtmışdı. Fransız dilini mükəmməl bilirdi. Həmin ildə atası tərəfindən Kerman əyalətinin vali naibliyinə təyin edilmişdi. Nüsrətüddövlə ləqəbini daşıyırdı.
Nüsrətüddövlə Qacar səltənətinin yıxılmasında yaxından iştirak etmişdi. O, respublika tərəfdarı idi.
Nüsrətüddövlə 1920-ci ilin payız və qışını İngiltərədə olmuşdu. O, vaxtının çoxunu ingilis məqamları, məmurları ilə danışıqlarda keçirirdi.
Məsud Behnud yazır: "Londonda Nüsrətüldövləni Əhməd şahın yerinə qoymaq üçün təklif verənlər də var idi. Bəziləri də onu qüdrətli baş nazir kimi görürdülər. Nüsrətüldövlə qələbəyə yaxınlaşdığına inanaraq atasının ona verdiyi məsləhəti də Avropada açıb, meydana tökdü. O, bir neçə gün də Avropada qaldı ki, "Rulez Ravis" markalı maşını hazır olsun ki, onu da Tehrana özü ilə aparsın. Bağdadda Serares Koasdan eşitdi ki, zaman inanmaz sürətlə bizim ziyanımıza dəyişir, indi gərək ondan hər dəqiqə fayda götürməyi bacarasan. Lakin Nüsrətüldövlə onu bilmədi ki, atası nə üçün mülkündə qaldı və bir neçə öz hərəkətini də dəyişirdi. Tehranda olan Britaniyanın səlahiyyətli səfiri onun təcili surətdə Tehrana gəlməsini istəmişdi. Nüsrətüldövlə Tehrana gələrkən yolda Əsədabad kərdənəsini möhkəm qar tutmuşdu, o maşını yolda saxlayıb, bir at kirayə eləyib, özünü fevral ayının axırınadək Tehrana çatdırdı. Nüsrətüldövlə Tehrana çatan günün birinci gecəsi atası Fərmanfərma ondan soruşdu "şəhərdə nə dəyişikliklər vardır?" Nüsrətüldövləni götürməyə hazır olan Sipəhdar ona kabinədə iştirak edəcəyi vədini verdiyi üçün atasının sualına çox soyuq cavab verdi".[2]
Keçmiş İngiltərə səfiri Lord Korzen yeni səfir Ser Presli Lorenə demişdi: "Birinci fürsətdə xain şahzadə Nüsrətüddövlə Firuzun ağzından möhkəm bir yumruq vur, Britaniyanın əldən getmiş nüfuzunu özünə qaytar".
Nüsrətüddövlə bibisiqızını boşayandan sonra Müsəddiq ailəsi ilə araları soyumuşdu. Atası da ondan incimişdi. Amma çalışırdı ki, oğlunu yüksək vəzifəyə çatdırıb, ailəsini Rza şahın basqısından xilas etsin. Buna görə də Əbdülhüseyn xan Teymurtaşla əlaqəyə girmişdi. Nüsrətüddövlə Rza şah Pəhləvinin hakimiyyətinin ilk illərində maliyyə vəziri oldu. Onun vəzifə alması bəzi köhnə tanışlarının xoşuna gəlmədi. Bu tanışlardan biri də Müdərris idi. Onlar ingilislərə qarşı həmfikir idilər.
Nüsrətüddövlə doktor Milispo ilə çəkişirdi.
Nüsrətüddövlə maliyə naziri işlədiyi dövrdən heç bir il keçmədən Rza şahın gözündən düşdü. Müxbirüssəltənə araçılıq edib, barışdırmaq istəsə də nəticə alınmadı. Rza şah onun həbsinə göstəriş verdi.
Nüsrətüddövlə Firuz mirzə 1937-ci ildə Rza şah Pəhləvi tərəfindən öldürülüb.
Ailəsi
Nüsrətüddövlə Firuz mirzə öncə bibisiqızı Dəftərülmülk xanım Mirzə Fəzlullah xan qızı Diba ilə yaşam qurmuşdu. Onu boşayandan sonra Mirzə Hidayət Aştiyaninin qızı ilə evlənmişdi. Müzəffər mirzə adlı oğlu vardı.
Mənbə
- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.
İstinadlar
- bioqrafiya.
- M. Behnud, Bu üç qadın, Bakı, "Yurd" NPB, 2004, səh.40–41.