Firuzə Muradova (arxeoloq)

Firuzə Məmmədrza qızı Muradova (19 noyabr 1934, Bakı16 yanvar 2024) — tarix üzrə fəlsəfə doktoru, Azərbaycanın ilk qadın arxeoloqlarından biri.

Firuzə Muradova
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (89 yaşında)
Həyat yoldaşı Cəfərqulu Rüstəmov[1]
Elmi dərəcəsi

Həyatı

Firuzə Muradova 1934-cü il noyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı şəhəri 190 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1958-ci ildə universiteti bitirərək AMEA Tarix İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. 1965-ci ildən Qobustan ərazisində arxeoloji tədqiqatlar aparan Firuzə xanım 1974-cü ildə "Qobustan tunc dövründə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1979-cu ildə işıq üzü görən "Qobustan Tunc dövründə" monoqrafiyası arxeoloqlar tərəfindən yüksək qiymətləndirilib. F. Muradova Qobustanın maddi-mədəniyyəti problemi üzrə tədqiqatlarını davam etdirərək ərazinin üst paleolitdən orta əsrlər dövrünədək aktual məsələlərini tədqiq edib. Üç kitab və 100-dən artıq məqalənin müəllifidir.[2] 16 yanvar 2024-cü il tarixində vəfat edib.[3]

Kitabları[4]

  • Qobustan tunc dövründə — 1979
  • Qobustan petroqifləri — 2003
  • Kiçik dağ abidələri — 2008

İstinadlar

  1. "Arxivlənmiş surət". 2024-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  2. https://azertag.az/xeber/qobustan_abideleri_tedqiqatchisinin_yubileyi_qeyd_olunub-1359389
  3. "Azərbaycanın ilk qadın arxeoloqlarından biri vəfat edib - FOTO". Oxu.Az (az.). 2024-01-16. 2024-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  4. "Muradova Firuzə Məmmədrza qızı". science.gov.az. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.