Firuzə Əsədullayeva
Firuzə Əsədullayeva (14 may 1950, Şağan) — jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "20 yanvar" qəzetinin redaktoru, "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medal təltifçisi.[1]
Firuzə Əsədullayeva | |
---|---|
Firuzə Əsədullayeva Bəyməmməd qızı | |
Doğum tarixi | 14 may 1950 (73 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Azərbaycan dili və ədəbiyyatı fakültəsi |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Həyatı
Firuzə Bəyməmməd qızı Əsədullayeva 1950-ci ildə Bakının Şağan kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Bakıda 20 il müəllim kimi fəaliyyət göstərən Firuzə xanım I dərəcəli müəllimdir.[1]
Fəaliyyəti
Ədəbi fəaliyyətə uşaq şeirləri ilə başlayan müəllif Azərbaycan dövlət müstəqilliyini qazanandan ölkəmizin bir çox aparıcı kütləvi informasiya vasitələrində jurnalist kimi fəaliyyət göstərib. Müxtəlif vaxtlarda aparıcı mətbuat orqanlarında və informasiya agentliklərində işləyib. Həmçinin, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin və Daxili İşlər Nazirliyinin "Dinamo" cəmiyyətlərinin mətbuat rəhbəri vəzifəsində çalışıb.
Hərbi-jurnalist kimi Azərbaycanın bütün bölgələrində olub. 450-yə yaxın vətən övladlarının ailələrinə jurnalist kimi baş çəkməklə yanaşı, 90-dan çox şəhid haqqında mətbuatda silsilə yazılar yazıb. Şəhidlərə ithaf olunan "Şəhidlik çələngi" silsiləsindən 3 kitabın "Bircə günün şəhidləri" (1995), "Vağzalı çalınır" (1996), "Bulaqların göz yaşı" (1998) müəllifidir. Bundan başqa "Dəniz çağırır" (2000), "Uşaqlar üçün şeir və tapmacalar" (2004) və "Xarı bülbül" (2014) kitabları geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1994-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
İştirak etdiyi müsabiqələr
- 2002-ci ildə Ən fədakar jurnalist ödülünün sahibi Kütləvi informasiya vasitələrində ən yaxşı yazı üçün elan edilmiş "Qarabağ harayı" müsabiqəsinin "Müharibə qəhrəmanları" nominasiyası üzrə qalibi;
- 2004–2005-ci illərdə Ukraynada keçirilən prezident seçkilərində beynəlxalq müşahidəci qismində Beynəlxalq müxtəliflik institutunun seminar-treninqlərinin iştirakçısı;
- 1992–2006-cı illərdə Mütamadi olaraq Azərbaycanda keçirilən seçki proseslərinin fəal iştirakçısı;
- D. Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin həyata keçirdiyi bir çox layihələrdə jurnalist qismində;
- 2004–2005-ci illərdə Beynəlxalq "Procejt Harmoni " təşkilatı tərəfindən Azərbaycan Qadınlarının Liderliyi Proqramı çərçivəsində keçirilən seminar-treninqlərin iştirakçısı;
- 2005-ci ildə Azərbaycan Qadınlarının Liderliyi proqramı Çərçivəsində (Trenerlər üçün seminar–treyninq, Beynəlxalq Procejt Harmoni, ABŞ Dövlət Departamenti.) ABŞ-da təcrübə Mübadiləsini iştirakçısı;
- 2007-ci illərdə Beynəlxalq Starlinq Extension Proqramı üzrə Təhlükəsizlik sektorunun Demokratik surətdə İdarə olunması: Müdafiə seminar-treninqin iştirakçısı;
- 2007-ci ildə "Hüquq – Mühafizə Orqanları və KİV-lər arasındakı Münasibətlərn tənzimlənməsi yolları" layihəsinin rəhbəri;
- 2008-ci ildə "Azərbaycanın cənub bölgəsində miqrasiyanın səbəblərinin öyrənilməsi və ictimai müzakirələrin təşkili" layihəsində jurnalist;
- 2009-cu ildə "Hüquq-Mühafizə Orqanları və KİV-lər arasındakı münasibətlərin tənzimlənməsi yolları"-2 layihəsini rəhbəri;
- 2009-cu ildə QHT-lərin ictmaiyyətlə əlaqələrinin gücləndirilməsi üçün kadrların hazırlanması layihəsinin rəhbəri;
- 2011-ci ildə İctimai davranış qaydalarının təkmilləşdirilməsinə dair təşəbbüslər layihəsinin rəhbəri;
- 2012–2019-cu illərdə 8 layihənin rəhbəri.[1]
Publisistik fəaliyyəti (kitabları)
- "Bircə günün şəhidləri"
- "Vağzalı çalınır"
- "Bulaqların göz yaşı"
- "Dəniz çağırır"
- "uşaqlar üçün "Şerlər və tapmacalar"
- "Xarı bülbül"
- "Bir Ocağın üç közü"[1]
İş təcrübəsi
- 1974–1978-ci illərdə 12 saylı internat- məktəbi, Azərbaycan dili və ədəbiyyatı müəllimi;
- 1978–1996-cı illərdə 53 saylı texniki – peşə məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi;
- 1994-cü ildə "20 yanvar" qəzetinin redaktoru və digər müxtəlif mətbu orqanlarının əməkdaşı;
- 1992-ci ildə D. Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri;
- 2004-cü ildə "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin təsisçisi və rəhbəri olmuşdur.[2]
Mükafatları
2018-ci ildə Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur.[1]
İstinadlar
- "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin sədri
- "Azərbaycanda hüquq mühafizə orqanları ilə KİV münasibətləri". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-21.