Firudin bəy Məlik-Aslanov
Firudin bəy Məlik Aslan oğlu Məlik-Aslanov (1811, Tuğ, Qarabağ xanlığı – 27 may (8 iyun) 1857, Tuğ, Şuşa qəzası) — Qarabağ atlı alayının zabiti, mülkədar.
Firudin bəy Məlik-Aslanov | |
---|---|
Firudin bəy Məlik Aslan oğlu Məlik-Aslanov | |
Doğum tarixi | 1811 |
Doğum yeri | |
Vəfat tarixi | 27 may (8 iyun) 1857 |
Vəfat yeri | |
Həyat yoldaşı | Xatay xanım |
Uşağı | Nəriman bəy |
Atası | Məlik Aslan |
Fəaliyyəti | hərbi qulluqçu |
Mükafatları |
Həyatı
Məlik Aslanın dördüncü oğlu Firudin bəy 1811-ci ildə Dizaq mahalının Tuğ kəndində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Rus və şərq dillərinin əksəriyyətini bilirdi. Çar ordusunda qulluq edirdi. Kapitan rütbəsi vardı.
Firudin bəy çar ordusunun tərkibində Polşada olarkən atasının dostu feldmarşal Paskeviçlə rastlaşır. Paskeviç ona xeyli kömək edir. Tarixçi Mir Mehdi Xəzani bu barədə yazır: "Bir növ ilə sərdar feldmarşal Varşavada olanda dəxi onu razılıqla yad etmiş və xatırlamış, oğlu kapitan Firudin bəyə o mükafata görə çox iltifat və mərhəmətlər eləmişdi".[1]
Firudin bəy 3-cü və 4-cü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə ödüllənmişdi.
Firudin bəy 1857-ci ildə vəfat etmişdi[2].
Ailəsi
Həyat yoldaşı Xatay xanım. Nəriman bəy adlı oğlu vardı.
İstinadlar
- Qarabağnamələr. II kitab. Bakı: Yazıçı, 1981.
- "Qarabağlı Hərbçilər" (PDF). www.millikimlik.az – Qasım Hacıyev, Ənvər Çingizoğlu, Bakı-Təknur-2011, səh 182 ( (az.)). 2011. 2021-08-01 tarixində arxivləşdirilib (PDF).
3. Нурлана А.Джаваншир историко-родословное общество