Firudin Qurbansoy

Firudin Qurbansoy (tam adı: Firudin Əliağa oğlu Qurbanov; 1954, Bakı) — yazıçı, ssenarist.

Firudin Qurbansoy
Doğum tarixi
Doğum yeri Bakı

Həyatı

Firudin Əliağa oğlu Qurbanov Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb (1977). 100-dən artıq elmi məqalənin müəllifi, beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır. Qədim Babil, Fars və Elam ölü dillərini müstəqil öyrənərək bu dillərdəki tarixi sənədləri orijinaldan dilimizə tərcümə edib. Bədii yaradıcılıqla da məşğul olur. Pyesləri "Canım Qırat, gözüm Qırat" Abdulla Şaiq adına Kukla Teatrında, "Xəta" Naxçıvan Dövlət Dram Teatrında, "Cənnətin astanasında", "Oxu tar" Muğam Teatrında, "Dədə Qorqud sorağında", "Haray" digər teatrlarda səhnələşdirilib. Mikayıl Müşfiq və Cəfər Cabbarlı mükafatları laureatıdır. Azərbaycan Milli Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışır. Filologiya üzrə fəlsəfə doktoru (1990), dosentdir.

Fəaliyyəti

Firudin Qurbansoyun qələmə aldığı pyeslər – "Canım Qırat, Gözüm Qırat" Abdulla Şaiq adına Kukla Teatrında, "Xəta" Naxçıvan Dövlət Dram Teatrında, "Cənnətin Astanasında", "Oxu Tar" Muğam Teatrında, "Dədə Qorqud Sorağında", "Haray" digər teatrlarda səhnələşdirilib.

Əsərlərinin demək olar ki, hamısı konkret tarixi şəxsiyyətlərdən bəhs edir.

Filmoqrafiya

  1. Aləmdə qalan səs (film, 2001)
  2. Səbrli adamın fəryadı (film, 2002)
  3. Sonuncu orden (film, 2002)
  4. Yenə o bağ olaydı (film, 2002)
  5. Dağlı çörəyi (film, 2007)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.