Firudin Həsənov
Həsənov Firudin Əli oğlu (20 yanvar 1969, Yeni Daşkənd, Bərdə rayonu – 3 fevral 1994, Kəlbəcər rayonu) — azərbaycanlı şəhid.[1]
Bu məqalə Azərbaycanlı şəhid haqqındadır. Azərbaycanlı siyasətçi üçün Firudun Həsənov səhifəsinə baxın. |
Həsənоv Firudin | |
---|---|
Həsənоv Firudin Əli оğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 yanvar 1969 |
Doğum yeri | |
Vəfat tarixi | 3 fevral 1994 (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Həsənоv Əli |
Anası | Həsənova Gülara |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1993-1994 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Həyatı
20 yanvar 1969-cu ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur.[2]
1976–1986-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur. Qazax Kənd Təsərrüfatı texnikumunun şərabçılıq fakültəsində təhsil almışdır.[3]
1987–1989-cu illərdə Özbəkistanda Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.[4]
10 fevral 1993-cü ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən Milli Orduya çağrılmışdır.
Sıravi əsgər Firuddin Həsənov 701-ci hərbi hissənin avtomatçısı idi.
3 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Buzlaq yüksəkliyində gedən döyüşdə həlak olmuşdur.
Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.[5]
Xatirəsi
EL TV "Əsgər" verilişinin 2015-ci il tarixli "Qarabağ şəhidləri" rubrikasında Firudin Həsənovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.
İstinadlar
- Mir Cəfər, Bərdə şəhidləri, Bakı, Sabah, 2005. səh. 220–221
- "Azərbaycan Respublikası Xatirə Kitabı", V cild, H hərfi, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2005. səh.325.
- Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə (PDF) (az.). Bakı: Elm və təhsil. 2023. səh. 264. ISBN 978-9952-568-22-6.
- Mir Cəfər. Bərdə şəhidləri Arxivləşdirilib 2023-06-27 at the Wayback Machine. Bakı, Sabah, 2005. səh. 221–221
- Səyyad Şairov. "Yaralı Göyçə" Bakı. Nurlan-2006. səh.48–49