Firdovsi Məmmədov

Firdovsi Məmmədov (Fahralı) (d.31 oktyabr, 1954) —həkim-nevropotoloq, şair- publisist, "İlin Həkimi" diplomu, "Qızıl Qələm" və "İnam-İlham" mükafatları laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.

Firdovsi Məmmədov
Firdovsi Əli oğlu Məmmədov
Doğum adı Firdovsi Məmmədov
Təxəllüsü Firdovsi Fahralı
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Əli (Alı)
Təhsili Ali
İxtisası Terapevt
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "İlin Həkimi" fəxri diplomu (2013), "Qızıl Qələm" və "İnam-İlham" mükafatları laureatı

Həyatı

Firdovsi Əli (Alı) oğlu Məmmədov (Firdovsi Fahralı) 31 oktyabr 1954-cü ildə Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1961-ci ildə Kirovabad (indiki Gəncə) şəhər 15 saylı orta məktəbin birinci sinfinə daxil olmuş və 1966–1970-cı illərdə təhsilini 41 saylı orta məktəbdə davam etdirmişdir. 1970-ci ildə ata yurdu Faxralı kəndinə gələrək bir il Faxralı kənd orta məktəbində oxuyaraq 1971-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1977-ci ildə həmin institutu bitirirək terapevt ixtisasına yiyələnmişdir. Həmin ildən etibarən təyinat üzrə Gəncə şəhərində həkimlik fəaliyyəyinə başlamış və hal-hazırda Gəncə şəhər Dəqiq Nəticələr Klinikasında (DNK) həkim-nevropotoloq işləyir. BakıMoskva şəhərlərində təkmilləşmə kursları keçib. Beyin müayinəsinin elektroensefaloqrafiya və exoensefaloqrafiya metodlarından istifadə edir. Əldə etdiyi nailiyətlərə dair bir sıra tibbi məqalələr hazırlayaraq dərc etdirmişdir. 2013-cü ildə "İlin Həkimi" fəxri diplomuna layiq görülmüşdür.
Firdovsi Məmmədov (Fahralı) həkimlik fəaliyyəti ilə yanaşı poeziya və publisistikayaya maraq göstərmiş və yüksək nailiyyətlər əldə etmişdir. 4 ser kitabının, çoxlu publisistik yazıların müəllifidir. "Qızıl Qələm" və "İnam-İlham" mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür.

"Kaş ki, bu dünyaya gəlməz olaydım", "Mən" və "Vətənə gileyim" adlı şerləri Vüsal Xoyluyevin ""Unutmayaq ki, unudulmayaq" Faxralı elinin izi ilə" adlı kitabına daxil edilmişdir.[1]

10 sentyabr 2014-cü il tarixində "Qərb informasiyası" qəzetində "O Təhsilin Fədaisi İdi…" adlı geniş məqaləsini Azərbaycan Respublikasının əməkdar müəllimi Rafil İmanova həsr etmişdir. Həmin məqalənin qısa mətni Tamilla Həmidqızının "Sayların işığı" kitabına daxil edilmişdir.[2]

2018-ci ildə "Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu (ASKEF)" tərəfindən təşkil edilən "KARABAĞ'DAN KERKÜK'TEN ÇANAKKALE'YE" adlı antologiyanın iştirakçı olmuşdur.

Ailəlidir. 2 övladı, 4 nəvəsi var.
Həkim Firdovsi Fahralının babası İslam Мəhəmməd oğlu Məmmədov Cümhuriyyət əsgəri olmuşdur.
Firdovsi Məmmədov (Fahralı) əslən Goranboy royununun Fəxralı kəndindəndir.

Fəaliyyəti

  • 2009-cü ildə "İnnən sonra nolasıyam, nolası?" adlı ilk şerlər kitabı işıq üzü görmüşdür.
  • 2010-cü ildə "Qəlbimin pıçıltıları" adlı şerlər kitabı nəşr olunmuşdur.
  • 2014-cu ildə "Daha mənə sevgi şeri yazma…" adlı kitabı nəşr olunmuşdur.
  • 2018-ci ildə "Daha məhəbbətdən yazan deyiləm" adlı kitabını nəşr etdirmişdir

Mükafatları

Kitabları

  • İnnən sonra nolasıyam, nolası?
  • Qəlbimin pıçıltıları.
  • Daha mənə sevgi şeri yazma…
  • Daha məhəbbətdən yazan deyiləm.

Həmçinin bax

Mənbə

  • Vüsal Xoyluyev, "Unutmayaq ki, unudulmayaq" Faxralı elinin izi ilə, Bakı, (2011), 323 səh.
  • Tamilla Həmidqızı "Sayların işiğı". Bakı "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2016, 360 səh.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.