Firdovsi Atakişiyev
Atakişiyev Firdovsi Nurəddin oğlu (7 iyun 1970) — Azərbaycan aktyoru, Azərbaycan Respublikası Əməkdar Artisti (2008), Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru (1992-ci ildən).
Firdovsi Atakişiyev | |
---|---|
Firdovsi Nurəddin oğlu Atakişiyev | |
Doğum tarixi | 7 iyun 1970 (53 yaş) |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Təhsili | |
Mükafatları |
![]() |
Həyatı
Firdovsi Nurəddin oğlu Atakişiyev 1970-ci il iyunun 7-də anadan olub[1].
1992-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsində Nəsir Sadıqzadənin kursunu bitirib. Elə həmin ildən bu günədək Səməd Vurğun adına Rus Dram Teatrında aktyor vəzifəsində işləyir.
Lider TV-də "Bakımız" layihəsinin aparıcısı olmuşdur.[2]
28 oktyabr 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə, o cümlədən "Sənətkarın taleyi" tamaşasında canlandırdığı Ərəblinski obrazına görə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[3]
Əsas rolları
- Təhminə və Zaur (Anar) — Nadir
- İblis (H. Cavid) — Vasif
- Mnimıy bolnoy (J. B. Molyer) — Fleran
- 12-ci gecə (U. Şekspir) — Orsina
- Arzu tramvayı (T. Vilyams) — Stenli Kovalski
Filmoqrafiya
- Tələ (film, 1990)
- Yad qızı (film, 1990)
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
- Vahimə (film, 1998)
- Dronqo (serial, 2002)
- Xeyirlə şərin rəqsi (film, 2015)
- İçəri şəhər (film, 2016)
- Laləli saray (teleserial, 2017)
İstinadlar
- "Aktyor Firdovsi Atakişiyevin doğum günüdür". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.
- "Xəzərin sahilində — Firdovsi Atakişiyev (02.10.2015)". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- Art Kaspi. "Cəfər Cabbarlı Mükafatı – 2019" (az.). Artkaspi.az. 10.10.2019. 2019-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.