Firəngiz Qurbanova

Firəngiz Ağadadaş qızı Qurbanova — Kino rəssamı, Animasiya rejissoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, "Birlik" animasiya studiyasının rəhbəri, Azərbaycanın əməkdar incəsənət xadimi (2000).[2]

Firəngiz Qurbanova
Firəngiz Ağadadaş qızı Qurbanova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Fikrət Əhədov[1]
Atası Ağadadaş Qurbanov
Fəaliyyəti rejissor, kino rəssamı, ssenarist
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 2000

Həyatı

12 mart 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əzim Əzimzadə ad. Dövlət Rəssamlıq Məktəbinin və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunudur. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi çalışmış, "Birlik" studiyasına rəhbərlik etmişdir. "Alma almaya bənzər", "Şir evdən getdi", "Gümüşü furqon", "Ad günü" və s. bədii filmlərin quruluşçu rəssamı, "Seans", "Bulud niyə ağlayır", "Anam ağacda" və s. cizgi filmlərin quruluşçu rəssamı və rejissorudur.

2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Ad günü (film, 1992) (cizgi filmi)
  2. Akvarium (film, 1983)
  3. Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — quruluşçu rəssam
  4. Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — rol: Ayna
  5. Anam ağaca çıxıb (film, 1986)
  6. Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) — quruluşçu rəssam
  7. Arzunu yarat (film, 1977)
  8. Beləliklə, biz başlayırıq (film, 1976)
  9. Bir ailəlik bağ evi (film, 1978)
  10. Bir axşam... (film, 1985)
  11. Bulud niyə ağlayır? (film, 1973)
  12. Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)
  13. Gümüşü furqon (film, 1982)
  14. Humayın yuxusu (film, 1985)
  15. Xatirələr sahili (film, 1972)
  16. İfritə Meymunə (film, 1992)
  17. İstiqlal şairi (film, 1996)
  18. Keşikçi (film, 1990)
  19. Kölgədə 40 dərəcə isti (film, 1988)
  20. Kürən (film, 1989)
  21. Leyli və Məcnun (film, 1961) — rol: Zeynəb
  22. Naməlum torpaq (film, 1992)
  23. Nə vaxta qədər? (film, 1974)
  24. Ömrün səhifələri (film, 1974)
  25. Seans (film, 1988)
  26. Şahzadə qız (film, 1991)
  27. Şir evdən getdi (film, 1977)
  28. Yaramaz kral (film, 1990)
  29. Yeraltı əhvalat (film, 1975)
  30. Yunanlar (film, 1973)
  31. Zəka yatarsa... (film, 1996)

İstinadlar

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 313–318.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.