Firəng Cəfər Paşa

Firəng Cəfər Paşa (v. 1609, Konstantinopol, Osmanlı imperiyası) — III MehmedI Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.

Firəng Cəfər Paşa
1604 18 yanvar 1606
ƏvvəlkiMustafa Paşa
SonrakıBosniyalı Dərviş Mehmed Paşa
21 iyun 1606 9 fevral 1608
ƏvvəlkiBosniyalı Dərviş Mehmed Paşa
SonrakıHafiz Əhməd Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1609
Vəfat yeri

Həyatı

Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Kaptan-ı dərya Qılınc Əli Paşanın kölələrindən olduğu və onun xidmətində yetişdiyi bilinir. Bir çox mənbədə firəng ləqəbiylə anılması, onun əcnəbi əsilli olduğunu göstərir. Paşanın vəfatının ardından 1592-ci ildə Trablusqərb bəylərbəyliyinə gətirildi. Ardından Kipr bəylərbəyi, 1596-cı ildə yenidən Trablusqərb, 1600-cü ildə yenidən Kipr bəylərbəyi təyin edildi.

1604-cü ilin sonlarında Mustafa Paşanın yerinə kaptan-ı dəryalığa təyin olunan Cəfər Paşa ilk iş olaraq Prevezə və Adriatik dənizi sahillərindəki Osmanlı torpaqlarına hücum edən ispanitalyan donanmalarıyla mübarizə apardı. Osmanlı donanmasına aid 60 gəmiylə 1605-ci ilin mayında yola çıxan Cəfər Paşa bölgədəki ispanitalyan quldurlarından şikayətçi olan Venesiya ilə danışıqlar apararaq onları da öz tərəfinə çəkmək istəsə də, bu təklifi geri çevrildi. Bu səfərini nəticəsiz başa vuran Cəfər Paşa qışın gəlməsiylə əmrindəki donanma ilə birlikdə İstanbula qayıtdı. Bu uğursuz dəniz səfərinin nəticəsi olaraq 18 yanvar 1606-cı ildə vəzifədən alındı.[1] Üstəlik, dövlət gəlirləri də kəsilərək xələfi Dərviş Mehmed Paşaya təsis edildi.[2] Ancaq xələfinin 6 ay kimi qısa zamanda sədarətə təyin olmasıyla kaptan-ı dəryalıq vəzifəsi boşaldı və Cəfər Paşa 21 iyun 1606-cı ildə ikinci dəfə bu vəzifəyə təyin edildi.

16061607-ci illərdə dəniz səfərləri tərtibləmiş, ancaq bu səfərlərin heç birində düşmən donanmalarıyla qarşılaşmamışdır. 9 fevral 1608-ci ildə yaşlılığı bəhanə edilərək vəzifədən alınan Cəfər Paşa ertəsi il İstanbulda vəfat etmişdir.[3][4]

İstinadlar

  1. BA, KK, Ruûs Arxivləşdirilib 2023-04-11 at the Wayback Machine, nr. 256, s. 31
  2. BA, Ali Emîrî Arxivləşdirilib 2023-04-11 at the Wayback Machine, I. Ahmed, nr. 339
  3. Sicill-i Osmani II, səh. 49
  4. "Hafız Ahmed Paşa - İslam Ansiklopedisi". 2023-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.