Figani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir.
Həyatı
Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır. İlk şeirlərini Hüseyni təxəllüsü ilə yazmış, ancaq sonra Fiqani təxəllüsünü özünə götürmüşdür. Mənbələrdə Fiqaninin nimazsız həyat tərzi keçirdiyi və içki düşkünü olması barədə bir çox sənədlər vardır. Fiqani gənclik dövründə dövlət məmurlarına yazdığı qəsidə, qəzəllər və məthiyyələr vasitəsilə dolanışığını təmin edirdi. Fiqani bir neçə dəfə dövlət vəzifəsinə təyin olunsada, bu vəzifələrdə uzun müddət işləməmişdir.
Dövrünün baş dəftərdarı olmuş İsgəndər Çələbi Figani və bir çox şairi himayə etmişdir. İsgəndər Çələbinin Fiqani və bir çox şairə maddi dəstək göstərməsi məlumdur. Figani bir müddətlik Ədirnə şəhərinə gəlmiş və burada Səyid Battal Qazi türbəsində yaşamışdır. Ancaq bir neçə ildən sonra yenidən İstanbul şəhərinə qayıtmışdır. Fiqaninin nüfuzu Sultan Süleyman Qanuninin şahzadələri Mustafa, Mehmed və Səlimin 1530-cu ilin yazında keçirilmiş sünnət mərasimi şərəfinə yazdığı Suriya Qəsidəsi adlı qəsidədən sonra daha da artmışdır. Qəsidə yüksək rütbəli Osmanlı məmurlarının iştirak etdiyi mərasimlərdə tez-tez oxunmuş və böyük alqış qazanmışdır.
Ölümü
Figani tərəfindən yazılmış kiçik bir şeir onun ölümünə səbəb olmuşdur.
Dü İbrāhīm āmed be-deyr-i cihān Yeki büt-şiken ü yeki büt-nişān
Dünyaya iki İbrahim gəldi, biri büttləri məhv etdi, digəri isə bütləri yenidən bərpa etdi |
Şeirdə Figani Dünyaya iki İbrahimin gəldiyini onlardan birinin büt dağıdan, digərinin isə büt tikən olduğunu göstərilir. Burada birinci İbrahim kimi İbrahim Peyğəmbərdən bəhs olunur. İbrahim Peyğəmbər peyğəmbərliyi dövründə, bir dəfə yeri əhalinin inandığı bütləri dağıtmışdır. Şeirin ikinci misrasında adı çəkilən İbrahim isə dövrünün vəziri Parqalı İbrahim Paşadır. Parqalı İbrahim Paşa Moxaç döyüşündən qayıdarkən Budin şəhərindən çoxlu sayda heykəllər gətirmişdir. Heykəllərin sarayın baxçasına yerləşdirilməsindən sonra yerli əhalidə müxtəlif şübələr yaranmışdır. Bir çoxları Parqalı İbrahim Paşanın bütpərəst olduğunu və bunların büt olduğunu bildirmişdir. Fiqani Parqalı İbrahim Paşanın əmri ilə 1532-ci ildə Taxtaqala adlanan ərazidə həbs olunmuş, daha sonra isə meydan adlanan ərazidə edam edilmişdir. Figani gənc yaşında edam olunduğu üçün tərəfindən yazılan əsərlərlərin bir çoxu günümüzə qədər gəlib çatmamışdır.