Maamme

Bizim diyar (fin. Maamme, isv. Vårt land) – Finlandiyanın dövlət himni. Musiqisi alman immiqrant Fredrik Paçiusa aid olan himnin isveç dilindəki original sözləri İohan Lüdviq Runeberqə məxsusdur. Himn bu musiqinin sədaları altında ilk dəfə 1848-ci il 13 mayda ifa olunub.[1] Əslində bu sözlər Porvoonun 500 illiyi üçün yazılmışdı. Yubileydə çalınacaq və bu sözləri müşayiət edəcək musiqini də Runeberq məhz özü bəstələmişdi.[2]

fin. Maamme, isv. Vårt land
Bizim diyar
“Maamme”nin fin dilində olan tərcüməsinin ilk bəndi
“Maamme”nin fin dilində olan tərcüməsinin ilk bəndi

Finlandiya Finlandiya rəsmi himni
Bəstəkar Fredrik Paçius
Sözlərin müəllifi İohan Lüdviq Runeberq, 1848
Audio nümunəsi
“Maamme”(instrumental)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Bizim diyar"ın melodiyası eyni zamanda Estoniyanın “Ata yurdum, xoşbəxtliyim və sevincim” (est. Mu isamaa, mu õnn ja rõõm) adlı himninin musiqisi kimi istifadə olunub.[3]

Qalereya

İstinadlar

  1. "The Finnish national anthem". This Is Finland. 2016-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-08.
  2. Gábor, Richly. "A finn nemzeti himnusz" [The Finnish national anthem]. Kortárs (macar). 54 (2). 2010. 2022-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-01.
  3. Lassander, Uolevi (1998). "Vårt land - Maamme - Mu isamaa, mu õnn ja rõõm" Arxivləşdirilib 2016-10-20 at the Wayback Machine. Tuglas Society (in Finnish)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.