Find a Grave

Find a Grave (azərb. "Məzar tap") — məşhur adamların məzarları haqqında məlumatların toplandığı ən böyük veb-sayt və məlumat bazası.

Find a Grave
Loqonun şəkli
URL findagrave.com
Tipi Onlayn verilənlər bazası, təşkilat
Dilləri ingilis dili
Sahibi Ancestry.com[1]
Açılma tarixi 1 iyul 1996[2]
Alexa reytinqi
  • 5.033 (11 mart 2019)[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sayt 1995-ci ildə Solt-Leyk-Siti sakini Cim Tipton tərəfindən[4] məşhur adamların dəfn olunduğu yerlər haqqında ümumi bir məlumat bazası olmaması problemini aradan qaldırmaq məqsədi ilə yaradılıb. Sayt sürətlə böyümüş və 2015-ci ilin fevral ayına olan məlumatlara görə burada artıq 121 milyon qeyd toplanmışdır.[5]

Şəxs haqqında fərdi səhifədə onun doğum və ölüm tarixi, bioqrafik məlumatlar, dəfn olunduğu qəbiristanlığın adı, sahənin nömrəsi və şəxsin özünün, eləcə də məzarının fotosu yer alır.[6]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.