Filiz Akın

Filiz Akın (2 yanvar 1943[1], Ankara) — Türkiyəli kinoaktrisa.

Filiz Akın
türk. Filiz Akın
Filiz Akın (2016)
Filiz Akın (2016)
Doğum tarixi 2 yanvar 1943(1943-01-02)[1] (81 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti Aktrisa
Fəaliyyət illəri 1962-ci ildən
Təhsili
IMDb ID0015360
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türk kinosunun nəcib, müasir, şəhərli və zərif siması kimi kinosevərlərin rəğbətini qazanan Filiz Akın həm də Avropa siması, kollec qızı və böyük ekranın sarışın ulduzu kimi tanınır. O, kino aktyorları Türkan Şoray, Hülya KoçyiğitFatma Girik ilə yanaşı türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli aktrisadan biri hesab olunur.[2]

Filiz Akın orta təhsilini başa vurduqdan sonra bir turizm şirkətinin Ankara agentliyində işləməyə başlayıb. Göndərdiyi fotoşəkillə 1962-ci ildə Artist jurnalının müsabiqəsinin qalibi olur. Memduh Ün təkidi ilə Akasyalar Açarken filmi üçün kamera qarşısına keçməyə razılıq verdi. Beləliklə, onun 13 il davam edəcək aktiv aktyorluq karyerası başladı. 1964-cü ildə "Qadın Bərbər" filminin çəkiliş meydançasında tanış olduğu prodüser-rejissor Türker İnanoğlu ilə evləndi.[3] 1965-ci ildə oğlu İlkər İnanoğlu dünyaya gəlib. 1974-cü ildə Türker İnanoğlu ilə boşanan Akın 1975-ci ildə "Ataların atası" filmi ilə kinoya vidalaşıb.[4]

İstinadlar

  1. Filiz Akın // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. "Dört Yapraklı Yonca". altinkozafestivali.org.tr. Altın Koza Film Festivali". Archived from the original on 2014-02-09. İstifadə tarixi: 2021-12-10.
  3. "Filiz Akın". Archived from the original on 2020-05-20. İstifadə tarixi: 2021-12-10.
  4. "Çekirge, Pınar (2014). Başrolde Filiz Akın : biyografi. Birinci basım. Beyoğlu, İstanbul". 2021-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.