Filippe Kolombe
Filippe Kolombe (Paris – mart 1722, Günabad şəhristanı, Rəzəvi Xorasan ostanı) — fransız zabit. Daha çox Sultan Hüseyn dönəmində Səfəvi ordusunda artilleriya korpusuna komandanlıq etməsi ilə məşhurdur.
Filippe Kolombe | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | mart 1722 |
Vəfat yeri | |
Vətəndaşlığı |
|
Milliyyəti | Fransız |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Səfəvi imperiyasının ordusu |
Rütbəsi | general |
Döyüşlər | Gülnabad döyüşü |
Həyatı
Dəqiq doğum tarixi bilinməməkdədir. Parisdə dünyaya gələn Flippe Kolombe Səfəvi ordusunda xidmət etməyə başlamamışdan əvvəl Rus çarlığı ordusunda xidmət etmişdir.[1] Sultan Hüseynin (1694-1722) daxil olan Kolombe, tədricən imperiyanın artilleriya bölmələrinin komandanı postuna qədər yüksəlməyi bacarmışdır.[2] Əfqan üsyançılarına qarşı baş vermiş Gülnabad döyüşündə o, rəsmi olaraq Əhməd xan adı və topçubaşı vəzifəsiylə iştirak etmişdir. Onun komandanlığı altında döyüşdə 24 top iştirak edirdi.[1] Döyüş zamanı o və onun korpusu heç gözlənilmədən qorumasız buraxıldıqdan sonra birbaşa əfqanların hücumuna məruz qalmışdır. Hücum zamanı o və onun komandanlığı altındakı Səfəvi döyüşçüləri öldürülmüşdür.[1]
Həmçinin bax
İstinadlar
- Floor, Herzig, 2015. səh. 319
- Fisher, Jackson və Lockhart, 1986. səh. 584
Mənbə
- Fisher, William Bayne; Jackson, Peter; Lockhart, Lawrence, redaktorlar The Safavid Period // The Cambridge History of Iran (Vol. 6). Cambridge: Cambridge University Press. 1986. ISBN 978-0521200943.
- Floor, Willem; Herzig, Edmund, redaktorlar Iran and the World in the Safavid Age. I.B.Tauris. 2015. ISBN 978-1780769905.
- Mikaberidze, Alexander, redaktor Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia (Vol. 1). ABC-CLIO. 2011. səh. 352. ISBN 978-1598843378.