Filds medalı
Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildə bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır. Bu mükafat onu təsis edən Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılmışdır. Filds medalı riyaziyyat sahəsində ən yüksək mükafatlardan biri hesab olunur və həm bu mükafata, həm də riyaziyyatçılara verilən digər bir mükafat olan Abel mükafatına bəzən "riyaziyyatçıların Nobel mükafatı" deyirlər.
İlk dəfə 1936-cı ildə Finlandiya riyaziyyatçısı Lars Ahlfors və ABŞ riyaziyyatçısı Cessi Duqlasa təqdim edilmişdir. Bundan sonra, İkinci dünya müharibəsinə görə növbəti mükafat yalnız 1950-ci ildə verilmiş və bu zamandan başlayaraq mütəmadi olaraq hər dörd ildən bir təqdim olunur.
Laureatlar
- 1936
- Lars Ahlfors
- Cessi Duqlas
- 1950
- Loran Şvarts
- Atle Selberq
- 1954
- Kunihiko Kodayra
- Jan-Pyer Serr
- 1958
- Klaus Rot
- Rene Tom
- 1962
- Lars Hörmander
- Con Milnor
- 1966
- Maykl Atiya
- Pol Kohen
- Aleksandr Qrotendik
- Stiven Smeyl
- 1970
- Alan Beyker
- Heysuke Hironaka
- Sergey Novikov
- Con Tompson
- 1974
- Enriko Bombieri
- Devid Mamford
- 1978
- Pyer Delin
- Çarlz Fefferman
- Qriqori Marqulis
- Daniel Kvillen
- 1982
- Alen Konn
- Uilyam Törston
- Şin-Tan Yau
- 1986
- Saymon Donaldson
- Qerd Faltinqs
- Maykl Fridman
- 1990
- Vladimir Drinfeld
- Von Cons
- Siqefumi Mori
- Edvard Vitten
- 1994
- Yefim Zelmanov
- Pyer-Lui Lions
- Jan Burqen
- Jan-Kristof Yokkoz
- 1998
- Riçard Borçerds
- Timoti Qauers
- Maksim Kontseviç
- Körtis MakMullen
- 2002
- Loran Lafforq
- Vladimir Voyevodski
- 2006
- Andrey Okunkov
- Qriqori Perelman
- - Terens Tao
- Vendelin Verner
- 2010
- Elon Lindenştrauss
- - Nqo Bao Tyau
- Stanislav Smirnov
- Sedrik Villani
- 2014
- - Artus Avila
- - Mancul Bharqava
- Martin Hayrer
- - Məryəm Mirzəxani
Bəzi faktlar
1954-cü ildə 27 yaşında ikən Filds medalını qazanan ən gənc alim olan Jan-Pyer Serr hələ də bu titulu qoruyub saxlayır.
1966-cı ildə Aleksandr Qrotendik, 2006-cı ildə isə Qriqori Perelman bu medala layiq görülsələr də, onu almaqdan imtina etmişlər.
1970-ci ildə Sergey Novikov, 1978-ci ildə isə Qriqori Marqulis Sovet hökumətinin qoyduğu qadağalara görə mükafatlandırma mərasimlərində iştirak edə bilməmişlər.
1990-cı ildə Edvard Vitten bu mükafatı alan ilk və hələ ki yeganə fizik olmuşdur.
2014-cü ildə Artus Avila bu mükafatı alan ilk Braziliyalı və Latın Amerikalı olmuşdur. Eyni ildə Məryəm Mirzəxani bu mükafata layiq görülən ilk qadın və eyni zamanda ilk İran əsilli şəxs olmuşdur.
Ədəbiyyat
- Atiyah M., Iagolnitzer D. (eds.) Fields medallists’ lectures. World Scientific, 2003. ISBN 981-238-256-9
- Casacuberta C., Castellet M. (eds.) Mathematical research today and tomorrow. Viewpoints of seven Fields medalists. Springer-Verlag, 1992. ISBN 3-540-56011-4
- Monastyrsky M. Modern mathematics in the light of the Fields medals (with a foreword by Freeman Dyson). A K Peters, 1998. ISBN 1-56881-065-2
Xarici keçidlər
- Rəsmi saytı, Filds medalı haqqında ətraflı məlumat (ing.)
- List of Fields Medallists, Laureatların siyahısı (ing.)