Fil İli
Fil İli (Ərəbcə: عام الفيل, Amm'ul- Fil) — İslam tarixində, təxminən miladi 570-ci ildə yaşandığı, hadisə ilə bağlı verilən addır.[1] Məhəmməd peyğəmbər 571-ci ildə bu hadisədən çox qısa müddət sonra doğulmuşdu.[2]
570-ci ildə bu ad Həbəşistandakı Aksum krallığına bağlı Əbrəhə adlı bir Xristiyan əmirin, Kəbəni yıxmaq məqsədi ilə qurduğu ordusundakı əsas başçı olan döyüşçü filin az qala çökərək hərəkət etməməsi və digər fillərin də ayağı üstünə çökməsi, eləcədə Əbabil quşlarının ordunu məhv etməsi ilə əlaqədar olaraq qoyulmuşdu. Baş verən bu hadisəyə "Fil hadisəsi" adı verilmişdir.
Fil hadisəsi haqqında Quranda Fil surəsi yer almaqdadır. Fil hadisəsi ilə əlaqədar tarixi mənbələrdə bilinən məlumat verilməyib.
Yazaçı Turan Dursun bu hadisənin bir büdpərəst əfsanəsi olduğunu iddia etmişdir.[3]
Yaşar Nuri Öztürk,"Qurandakı İslam" adlı kitabında , Əbrəhə ordusunu həlak edən siccin daşlarının, Əbabil quşları tərəfindən bu orduya bulaşdırılan vəba mikrobları olduğunun iddia etmişdir. Yəni Əbabil quşlarının Əbrəhə ordusunun üstünə buraxdığı siccin daşları, onların bədənlərinə hər hansı fiziki yara açmadığı sadəcə olaraq orduda vəba epidemiyasının yayılması və bu səbəbdən tələf olduğunu iddiasını irəli sürmüşdü.[4]
Əbrəhə ordusundakı çiçək xəstəliyinin epidemiyası ortaya çıxdığını və bu səbəbdən Kəbəyə çatmadan ordunun geri dönmək məcburiyyətində olduğunu iddia edən tarixçilər də var.
Fil Hadisəsi, İslam inancına görə Məhəmməd Peyğəmbərin doğumundan 52 gün əvvəl Kəbəni yıxmaq məqsədi ilə Məkkə üzərinə filləriylə hücum edən Əbrəhənin və ordusunun Allah tərəfindən göndərilən Əbabil quşları tərəfindən məhv edilməsini izah edən hadisənin adıdır.
Sənədlər və mənbələr
Məlumatlar qısa hekayələr şəklində Ərəbistan tarixi baxımından şifahi tarix kimi xarakterizə edilir. Fil hadisəsinin 547, 552 və ya 563-cü illərdə olduğu rəvayət olunur. Geniş yayılmış inanca görə Məhəmməd Peyğəmbərin doğumuna əlli, əlli beş gün və ya üç ay əvvələ, Məhərrəm ayının çıxmasına on üç gün qala bazar günü baş verdiyini, buda bəziləri üçün miladi təqviminə görə 569, bəzilərinə görə 570 və ya 571-ci ilə təsadüf edir.
Quranda izahı(Fil Surəsi)
Kəbəni yıxmaq istəyən Əbrəhə fillərlə Məkkəyə hücum etdiyi üçün bu adı almışdır.Kafirun surəsindən sonra Məkkədə enmiş,5 ayyətdən ibarətdir.
Rəhman və Rəhim (olan) Allahın adıyla.
- (Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə’bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
- Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!
- Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.
- (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.
- (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi![5]
Fil hadisəsinin tarixi, ordunun və fillərin sayısı haqqda dəqiq məlumatlar mövcud deyil.[6]
Əbrəhə Yəməndə bir xristian əmiri idi və o, ərəblərin həcc üçün hər il Məkkəyə getməsini istəmirdi. Sanada böyük bir kilsə tikdi və adını Kuleys qoydu. Əbrəhə Həbəş kralı məktubunda xalqın həcc üçün ancaq Kuleysə gedə biləcəklərini və Məkkəyə getmək istəyənlərə icazə verməyəcəyini yazaraq, onun dəstəyini aldı. Ebrehe, həcci maneə törətmək niyyətini Yəmən Ərəblərini hirsləndirdi.
Əbrəhə, həccə maneə törətmək niyyəti Yəmən Ərəblərini hirsləndirdi. Rəvayətə görə Nukayl adlı bir yerlı sakin hec kimin olmadığı bir zaman Kuleyse gedərək içərini xarabaya döndərmiş, çirkləndirdi və qeyb oldu. Əbrəhə çox pis təhqirə məruz qalmışdı.
Əmir Əbhərə hadisədən intiqam almaq qərarına gəldi və əmir, on üç fil və altmış min Həbəşlidən ibarət olan orduyla Kəbəni parçalamaq üçün hərəkət etdi. Məkkənin kənarına gələn məkkəlilər, Məkkənin qoyunlarını və dəvələrini götürüb onları Taifə yerləşdirdikləri yerə qaçırdılar. Əbrəhə Məkkə əmiri Əbdülmütallibin danışıq təklifini də geri çevirdi.
Ordu Məkkə üzərinə hücum etməyə hazırlaşarkən, göy üzü Əbabil quşları ilə doldu, dimdiklərində və ağızlarında gətirdikləri daşlar ilə Əbrəhə ordusunu daş yağışına tutdular. İşğalçılar məhv edildilər. Sağ qalanlar, içlərində Əbrəhə də olmaqla, Yəmənə tərəf qaçdılar. Sanaya dönərkən, Əbrəhə yaralarına tab gətirməyərək öldü.[7]
Həmçinin bax
İstinadlar
- Hajjah Adil, Amina, "Prophet Muhammad (PBUH)", ISCA, Jun 1, 2002, ISBN 1-930409-11-7
- "Peyğəmbərimiz neçənci ildə doğulub? Arxivləşdirilib 2021-06-22 at the Wayback Machine". Giriş tarixi.20 iyul 2016
- "Arxivlənmiş surət" (PDF). 2013-08-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-02-15.
- "YAŞAR NURİ ÖZTÜRK". 13 iyul 2013-cü il tarixli mənbədən arxivləşdirildi.
- "105-əl-Fil". 15 yanvar 2016-cı il tarixli qaynaqdan arxivləşdirildii. Giriş tarixi 29 iyul 2016.
- "Fil hadisəsi nədir, nə zaman oldu, necə oldu". 5 aprel 2016-cı il tarixli mənbədən arxivləşdirildi.
- "Fil hadisəsi(Əbabil quşları)"3 aprel 2016-cı il tarixli mənbədən arxivləşdirildi.