Fikrət Süleymanoğlu

Əhmədov Fikrət Süleyman oğlu – filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, naşir, tərcüməçi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük elmi işçi.

FİKRƏT SÜLEYMANOĞLU
Fikrət Süleyman oğlu Əhmədov
Doğum tarixi
Doğum yeri Saraçlı, Bolnisi, Gürcüstan
Elmi adı
  • böyük elmi işçi[d]

Həyatı

Fikrət Süleymanoğlu 1955-ci il dekabrın 11-də Gürcüstan Respublikası Bolnisi rayonunu Saraçlı kəndində anadan olmuşdur. Orta təhsilini Saraçlı orta məktəbində almışdır (1962-1972).

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini (1972–1977), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasını (1981-1984) və Bakı Ali Partiya Məktəbini (1986-1988) bitirmişdir. Jurnalistlər Birliyinin üzvüdür. "Yazıçı" nəşriyyatında korrektor və redaktor (1978–1981), Azərbaycan Dövlət Mətbuat Komitəsində şöbə müdiri və idarə rəisinin müavini (1981–1986), AMEA-nın "ELM" nəşriyyatında baş redaktor və direktor (1988–1997), AMEA "ELM" Nəşriyyat-Poliqrafiya Mərkəzində direktor müavini və "Pedaqogika" nəşriyyatındda baş redaktor (1997-2011) vəzifələrində çalışmışdır. Hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsində işləyir.

"Səhənd (mühiti, həyatı və yaradıcılığı)" və "Borçalı Saraçlısı" monoqrafiyalarının, bir neçə elmi kitabın, 50-dən artıq elmi, 200-ə yaxın elmi-publisistik məqalənin müəllifidir. Tədqiqat işlərinin nəticələri Azərbaycan, Türkiyə və İranın nüfuzlu elmi jurnallarında dərc olunmuşdur.

Qazax xalq nağıllarını, Şimali Amerika xalqlarının nağıllarını, Litva yazıçısı A.Zurbanın "İnteqral" romanını, bir sıra bədii və elmi əsərləri azərbaycan dilinə tərcümə etmişdir.

Azərbaycanda ilk inteqrativ fənn olan "Həyat bilgisi" fənni proqramının və kurrikulumunun, eləcə də dərsliklərinin (I-IV siniflər) müəlliflərindən biridir. Rus və gürcü dillərinə tərcümə olunmuş həmin dərsliklərdən Azərbaycanın təlim rus və gürcü dillərində aparılan məktəblərində də istifadə olunmuşdur.

Nəşr olunmuş kitabları

Monoqrafiya və kitabları

  1. Səhənd (mühiti, həyatı və yaradıcılığı). B.: Nurlar, 2017,- 174 s.
  2. Borçalı Saraçlısı. B.: Pedaqogika, 2009, - 240 s.
  3. Qulu xan Borçalının Milli Hökumət dönəmi şeirləri. B.: Optimist, 2022,- 64 s.
  4. Ana dili problemi Cənubi Azərbaycan ədəbiyyatında. B.: Optimist, 2023,- 84 s.
  5. Dərslik siyasıti – köhnə və təzə problemlər.B.: Pedaqogika, 2007,- 80 s.

Dərslik və dərs vəsaitləri

  1. Həyat bilgisi: 1-ci sinif. Z.Qaralov, Ə.Osmanlı, F.Süleymanlı, V.Məmmədov; elmi red. Y.Kərimov; rəyçilər A.Mehrabov, Ə.Əlizadə, Ə. Ağayev [və b.].- B.: Osmanlı yayınları, 2006.- 104 s.[1]
  2. Гаралов, З. Познание мира: учебник для 1 классa /Захид Гаралов, А.Османлы, Ф.Сулейманоглы, В.Мамедов; ред. Я.Керимов; пер. с азерб. Г.Сафарова.- Б.: Osmanlı yayınları, 2006.- 104 с.[1]
  3. Həyat bilgisi: 2-cü sinif /Z.Qaralov, Ə.Osmanlı, F.Süleymanoğlu [və b.]; elmi red. Y.Kərimov; rəyçilər Ə.Əlizadə, Ç.Bədəlov, Ə.Hüseynov [və b.].- B.: Pedaqogika, 2005.- 104 s.[1]
  4. Гаралов З. Познание мира [Текст]: учебник для 2 класса /Захид Гаралов, А.Османлы, Ф.Сулейманоглы, В.Мамедов; ред. Я.Керимов; пер. с азерб. Н.Бедалова.- Б.: Osmanlı yayınları, 2006.- 104 с.[1]
  5. Həyat bilgisi: 3-cü sinif üçün dərslik/Z.Qaralov, Ə.Hüseynov, Ə.Osmanlı [və b.]; elmi red. Y.Kərimov; rəyçilər A.Mehrabov, Ə.Əlizadə, V.Xəlilov [və b.].- B.: Osmanlı yayınları, 2006.- 128 s.[1]

Elmi məqalələri

  1. Osmanlı Hakimiyeti Döneminde Tiflis Eyaleti’nin Demircihasanlı Nahiyesine Dair (1723-1728). Akademik Tarih ve Düşünce Dergisi 4 (13), s. 199-212.
  2. İran'da Azerbaycan Türkçesi Sorunu ve Sehend'in Konuya Bakış Açısı. Türk Kültürü ve Medeniyeti Araştırmaları Dergisi 1 (1), s. 114-123.
  3. BULUT KARAÇURLU SEHEND’İN SOSYO-POLİTİK DÜŞÜNCELERİ ÜZERİNE NOTLAR. Vankulu Sosyal Araştırmalar Dergisi, s. 55-69.
  4. "Kitabi-Dədə Qorqud"un XVI-XVIII əsr Borçalısındakı izləri. “Xəzər. Azərbaycan araşdırmaları jurnalı”, 2001, № 3-4. s.74-79.
  5. "Başıaçıq Tatyan qələsi”nin yeri və bu toponimin eposa düşmə tarixi haqqında. AMEA Xəbərləri.-“Humanitar və ictimai elmlər” seriyası,

2003, № 3-4. s.260-265

Mənbə

Azərbaycanda kim kimdir? (Sorğu-məlumat kitabı). "Azərbaycan Ensiklopediyası" NPB,1999,s.217

  1. "Arxivlənmiş surət" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-09-24.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.