Fikrət Məmmədov (dövlət xadimi)
Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi (2024-cü ildən), Azərbaycanın ədliyyə naziri (2000–2024), I dərəcəli dövlət ədliyyə müşaviri.
Fikrət Məmmədov | |
---|---|
Vəzifədədir | |
23 fevral 2024-cü ildən | |
Sədr | Fərhad Abdullayev |
19 aprel 2000 – 14 fevral 2024 | |
(i. e. 14–16 fevral 2024) | |
Əvvəlki | Südabə Həsənova |
Sonrakı | Azər Cəfərov (müvəqqəti) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1955 (68 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | məmur |
Rütbəsi |
I dərəcəli dövlət ədliyyə müşaviri |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fikrət Məmmədov 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir.
Evlidir, 4 övladı var.
Fəaliyyəti
Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir.
Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir[1]. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir.
I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.
Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.
2024-cü il fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. Həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə edilib.[2] Daha sonra prezidenti İlham Əliyev Fikrət Məmmədovu Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.[3] Fevralın 23-də Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.[4]
Təltifləri
- "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 21 noyabr 2008
- "Şöhrət" ordeni — 30 iyun 2005[5]
- 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20 noyabr 2018[6]
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 30 iyun 2015
Fikrət Məmmədov, həmçinin beynəlxalq təşkilatların və xarici dövlətlərin medallarına və digər mükafatlarına layiq görülmüşdür.
Həmçinin bax
İstinadlar
- "F. F. Məmmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında". 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-24.
- "Fikrət Məmmədov və Mübariz Qurbanlı yeni kabinetdə yer almayıb". Apa.az (az.). 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
- "Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilir". Report İnformasiya Agentliyi (az.). 2024-02-17. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
- "Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub". Report İnformasiya Agentliyi (az.). 2024-02-23. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
- F.F.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
- F.F.Məmmədovun «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı