Fikrət Məlikov
Fikrət Məlikov (30 sentyabr 1966, Bakı) — Azərbaycannın aktyoru və rejissoru, qabaqcıl təhsil işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti,[1]
Fikrət Məlikov | |
---|---|
Doğum tarixi | 30 sentyabr 1966 (57 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Təhsili |
Həyatı
Fikrət Məlikov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonu 111 saylı orta məktəbi bitirmişdir. Lütfi Məmmədbəyovun rəhbərliyi ilə fəaliyyət göstərən Mədəniyyət Sarayında fəaliyyət göstərmişdir. 1984–1985-ci illərdə III Zaqafqaziya Festivalının laureatı olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Orada Böyükağa Kazımov, Ağakişi Kazımov, Şəfiqə Məmmədova, Eldar Quliyev kimi sənətkarlardan dərs almışdır.
Artıq təhsil aldığı dövrdə Azərbaycan Dövlət Yuğ Teatrında çalışmağa başlayan Fikrət Məlikov orada rejissor kimi tamaşalar hazırlamışdır. Fikrət Məlikov 1991-ci ildə ali məktəbi bitirən gənc mütəxəssis kimi ADMİU-da dərs deməyə dəvət olunub. Fikrət Məlikov "Mən Azərbaycanlıyam" bədii qiraət müsabiqəsinin münsiflər heyətinin üzvüdür.[2]
Hazırda uğurlu pedaqoji fəaliyyətlə məşğuldur. İncəsənət sahəsi üzrə bir çox elmi-metodik vəsaitləri, eləcə də rejissorluq və aktyorluq sənəti üzrə bir çox proqramları çap olunub. "Əməl yükü və yaxud əqrəb bürcünün təəssüratları", "Qodo həsrətində tamaşaçı və Absurd teatrı", "K. S. Stanislavski sistemi və B. Brext poetikasının fərqli və oxşar cəhətləri", "Aktyorluq sənəti haqqında mülahizələr", "Leyli və Məcnun" operasının 100 illiyi ərəfəsində yazdığı "Rejissor sənətində musiqinin tədqiqi problemləri" kitabları bunlara misal ola bilər.
Mütəmadi olaraq bir çox səhnə əsərlərinə quruluş verir. Sonuncu dəfə Səda Tədris Teatrında Cəfər Cabbarlının "Aydın" əsərini fərqli rakursda səhnəyə qoymuşdur. Tənqidçilərin fikrinə görə, rejissor bu tamaşada müəllif fikrinə toxunmadan müasir fikrin assosiasiyalarını səsləşdirə bilmişdir.
Tanınmış teatr rejissoru Cənnət Səlimova ilə birlikdə hazırladığı Anton Çexovun "Üç bacı" tamaşası İran İslam Respublikasının 20-ci beynəlxalq tələbə teatr festivalının laureatı olmuşdur.[3]
İstinadlar
- ADMİU. "ADMİU "Dram rejissoru" kafedrası" (az.). Admiu.edu.az. 13.01.2017. 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-13.
- Aytən Səfərova. ""Mən Azərbaycanlıyam" bədii qiraət müsabiqəsi keçirilib" (az.). Liderxeber.az. 08.05.2014. 2017-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-13.
- ""SƏDA" TƏDRİS TEATRI". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.