Fikrət Axundov

Axundov Fikrət Xosrov oğlu (14 mart 1951, Şuşa şəhəri) — Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Elmi Tədqiqat İnstitutunda şöbə rəisi.

Axundov Fikrət
Axundov Fikrət Xosrov oğlu
Doğum tarixi
Doğum yeri Şuşa şəhəri
Vətəndaşlığı
Təhsili Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsi
İxtisası İqtisadçı
Mükafatları Əməkdar dövlət qulluqçusu

Həyatı

Axundov Fikrət Xosrov oğlu 14 mart 1951-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur.

Fikrət Axundovun atası Axundov Xosrov Mirzə Əli oğlu müəllimlik etməklə yanaşı şerlər yazmış, Qarabağın o cümlədən Şuşanın tarixi ilə bağlı dərin biliklərə malik olmuşdur. Həmçinin babası Mirzə Əli Aşiq Axunzadə[1] və ulu babası Molla Zeynalabdin Sağəri dövrünün tanınmış müəllim, şair və musiqişünaslarından olmuşlar.

Fikrət Axundov 1959-cu ildən 1965-ci ilədək Şuşada orta məktəbdə təhsil almışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq 1965-ci ilin sonunda Bakıya köçmüş və təhsilini Bakıda davam etdirmişdir.

Fikrət Axundov 1969-cu ildə Bakıda 240 saylı orta məktəbi bitirərək D. Bünyad-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsinə daxil olmuş və 1973-cü ildə oranı iqtisadçı ixtisası üzrə bitirmişdir. Həmin ilin avqustunda təyinatla Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda əmək fəaliyyətinə başlamış və 1976-cı ilədək iqtisadçı vəzifəsində işləmişdir.

1973–1974-cü illərdə Ukraynada Sovet ordusu sıralarında xidmət etmişdir.

1976–1986-cı illərdə Kənd Tikinti Nazirliyinin "Tikinti-quraşdırma" trestində böyük iqtisadçı, Əmək haqqı, kadr və Plan şöbələrində rəis vəzifələrində çalışmışdır.

1986-cı ılin aprelindən 1991-ci ilin dekabrınadək Dövlət Aqrar Sənaye Komitəsində əməyin təşkili və əmək haqqı idarəsində baş məsləhətçi vəzifəsində işləmişdir.

Struktur dəyişikliyi ilə əlaqədar Komitə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə çevrilmiş və 1991-ci ilin dekabrından 1993-cü ilin mart ayınadək Baş Plan İqtisad idarəsinin Əməyin təşkili və əmək haqqı idarəsində baş məsləhətçi vəzifəsində çalışmışdır.

1993-cü ilin martından 2007-ci ilin yanvarınadək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Plan-iqtisad idarəsinin rəsi, Proqnazlaşma departamentinin direktoru vəzifələrində işləmişdir.

2007-ci ilin yanvar ayından 2021-ci illin martınadək Müdafiə Sənayesi Nazirliyində iqtisadiyyat sektorunun, İqtisadi təhlil, proqnozlaşdırma və əməyin ödənilməsinin tənzimlənməsi şöbəsinin və son 2 ildə isə (2019–2021) İqtisadiyyat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

1986–2021-ci illərdə — 35 il müddətində dövlət qulluğunda xidmət etmiş, dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə yiyələnmişdir. Dövlət qulluğunda işlədiyi müddət ərzində özünü bacarıqlı mütəxəssis kimi göstərmiş, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən bacarıqla gəlmişdir. Ölkədə gedən ictimai-siyasi, iqtisadi prosesləri dərindən dəyərləndirmiş, öz səlahiyyətləri daxilində aparılan islahatların həyata keçirilməsində yaxından iştirak etmişdir.

Fəaliyyəti

1977-ci ilin mayın 30-dan iyulun 1-dək, 1978-ci ilin oktyabrın 3-dən noyabrın 4-dək və 1983-cü ilin sentyabrın 6-dan oktyabrın 12-dək V. Kuybışev adına Moskva İnşaat Mühəndisliyi İnstitutunda ixtisasartırma kurslarında iştirak etmişdir.[2]

22–28 noyabr 1993-cü il tarixlərində Almaniyanın Berlin şəhərində Sosial müdafiə fondlarının fəaliyyətinin aktual problemlərinə həsr olunmuş konfransda iştirak etmişdir.

20–22 may 1998-ci il tarixlərində Türkiyənin Ankara şəhərində keçirilən Türkiyə və Azərbaycanın sosial müdafiə qurumları arasında pensiya təminatı və sosial sığorta məsələlərinin müzakirəsi üzrə işçi qrupunda iştirak etmişdir.

06–17 sentyabr 1999-cu il tarixlərində Beynəlxalq Valyuta Fondunun Birləşmiş Vyana İnstitutunda "Dövlət xərclərinin siyasəti və sosial müdafiiə sistemi" mövzusunda keçirilmiş beynəlxalq seminarda iştirak etmiş və müvafiq sertifikata layiq görülmüşdür.

18–24 fevral 2002-ci il tarixlərində Moskva şəhərində AzərbaycanRusiya Federasiyasının sosial müdafiə qurumları arasında pensiya təminatı və sosial sığorta məsələlərinin müzakirəsi üzrə işçi qrupunda iştirak etmişdir.

Fikrət Axundov 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, işlədiyi qurumların ilk partiya təşkilatlarının keçirdiyi tədbirlərdə yaxından iştirak etmişdir.

Fəxri adları və təltifləri

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 11 dekabr 2010-cu il tarixli 1231 №-li sərəncamı ilə Azərbaycanda müdafiə sənayesinin inkişafındakı xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Axundov Fikrət Xosrov oğlu "Əməkdar dövlət qulluqçusu" fəxrı adı ilə təltif olunmuşdur.

Uzunmüddətli qüsursuz iş fəaliyyətinə görə və anadan olmasının 70 illik yubileyi münasibətilə Axundov Fikrət Xosrov oğlu Müdafiə Sənayesi Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

Müdafiə Sənayesi Nazirliyin 02 fevral 2022-ci il tarixli 20/K nömrəli əmri ilə Fikrət Axundov Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

İstinadlar

  1. https://www.azerbaycanli.org/page/292/news/2297
  2. "Arxivlənmiş surət". 2021-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-17.

https://president.az/az/articles/view/1242

https://mgsu.ru/

https://www.azerbaycanli.org/page/292/news/2297

Həmçinin bax

Mirzə Xosrov axunzadə

Molla Zeynalabdin Sağəri

Pərviz Axundbəyli

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.