Fikrət Əhmədov

Fikrət Həmid oğlu Əhmədov (8 may 19301989) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1980–1987).

Fikrət Əhmədov
27 mart 1980 20 noyabr 1987
SədrƏli İbrahimov
Həsən Seyidov
Şəxsi məlumatlar
Doğum tarixi 8 may 1930(1930-05-08)
Vəfat tarixi 1989
Dəfn yeri
Partiya
Uşaqları

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni

Həyatı

Fikrət Həmid oğlu Əhmədov 1930-cu ildə hərbi qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmiş, 1952–1954-cü illərdə komsomol işində çalışmışdır. 1954–1957-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda assistent, baş müəllim olmuşdur. 1957-ci ildən 1960-cı ilədək Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı, şöbə müdirinin müavini vəzifələrində işləmiş, 1960-cı ildən İctimai Elmlər Akademiyasının aspirantı olmuşdur. Tarix elmləri namizədi elmi dərəcəsini, dosent elmi adını almışdır.[1]

F. Əhmədov 1963-cü ildən Azərbaycan KP MK ideoloji şöbəsinin təlimatçısı, mühazirəçilər qrupunun rəhbəri vəzifələrində çalışmışdır. 1969-cu ildən Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsi müdirinin birinci müavini, 1972-ci ilin noyabr ayından isə elm və tədris müəssisələri şöbəsinin müdiri olmuşdur.[2] 1980-ci ilin mart ayından Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmışdır.[3]

Fikrət Əhmədov 1955-ci ildə Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin dörd çağırış (8–11-ci çağışlar) deputatı seçilmişdir.[4] 1971–1976-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1976-cı ildən isə üzvü olmuşdur.[3] İki dəfə "Qırmızı əmək bayrağı" ordeni, iki dəfə "Şərəf nişanı" ordeni, eləcə də medallarla təltif edilmişdir.[5]

Fikrət Əhmədov Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun və bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Mehriban Əhmədovanın atasıdır.[5]

İstinadlar

  1. Әһмәдов Фикрәт Һәмид оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 161.
  2. Әһмәдов Фикрәт Һәмид оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 171.
  3. Akhmedov, Fikrat Gamidovich // Who's who in the Soviet Union (ingilis). München; New York; London; Paris: Saur. 1984. səh. 9. ISBN 3-598-10467-7.
  4. Әһмәдов Фикрәт Һәмид оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 173.
  5. Fikrət Əhmədov // Musiqi dünyası. № 3 (80). 2019. S. 8129–8137.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.