Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi

Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi və ya qısa olaraq FHVMM – Xalq artisti Fidan Hacıyeva tərəfindən təsis edilmiş və öz adını daşıyan özəl, ödənişli musiqi məktəbi.

Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi
Əsası qoyulub 03 oktyabr 2017
Tip Musiqi məktəbi
Direktor Fidan Hacıyeva
Şagird sayı 10-30 arası
Müəllim sayı 2-10 arası
Şəhər Bakı
Ölkə
Ünvan Şəmsi Bədəlbəyli küçəsi 106

Haqqında

2016-cı ildə fəaliyyətinə başlayıb və 9 avqust 2017-ci ilədək "Fidan Hacıyevanın Musiqi Mərkəzi" adı ilə fəaliyyət göstərib. 2017-ci il 25 Fevralda Musiqi Mərkəzinin tədris zalında ilk tələbələrin konserti olub. Konsert Xocalı soyqırımına həsr olunub. Tamaşaçı sayının az olmasına baxmayaraq, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Meri Krofts konsertin izləyiciləri sırasında olub. 2017-ci il 28 Mayda Fidan Hacıyeva tələbələri ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 99-cu il dönümünə həsr olunan, Zirə Mədəniyyət Mərkəzində, sayca ikinci, böyük auditoriya qarşısında isə ilk konserti ilı çıxış edib. Hətda tələbələrinin opera ifası bacarıqlarını nümayiş etdirmək üçün tələbəsi Elçin Əliyevlə Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" operasından "Əskər və Gülçöhrənin ariyası"nı da ifa edib. Bu ifa ən uzun sürəli alqışlarla qarşılanıb. [1] [2] [3] [4] 2017-ci il 11 İyun tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Musiqi Mərkəzinin yaranmasının bir illiyi münasibətilə sayca üçüncü dəfə "Yeni Səslər" adlı konsert proqramı tamaşaçılara təqdim olunub. [5] Bu konsert proqramı digər konsertlərdən tamaşaçı sayının daha çox olması ilə yanaşı ifalar və janrlarla da fərqlənir. Xüsusi ilə Elçin Əliyev adlı tələbəsinin Cakomo Puççininin "Turandot" operasından "Nessun Dorma" ariyasını ifa etməsi tamaşaçıları heyrətə gətirir. [6] [7] [8] Bununla yanaşı Nəzrin Həsənzadə adlı tələbəsinin Jorj Bizenin "Karmen" operasından "Habanera" ariyasını ifa etməsi Fidan Hacıyevanın opera davamçılarının olmasını bir daha sübuta yetirir. Daha bir opera parçasını Fidan Hacıyeva, tələbəsi Elçin Əliyevlə birgə ifa edir. Üzeyir Hacıbəyovun "Arşın mal alan" operasından "Əskər və Gülçöhrənin ariyası"nı ifa edən tələbə-müəllim cütlüyünün bu ifası tamaşaçılar tərəfindən xüsusi heyrətlə və ən uzun alqışlarla qarşılanır. [9] [10] [11] [12] [13] [14]

09 avqust 2017-ci ildə Fidan Hacıyevanın tələbəsi Elçin Əliyevi mərkəzə direktor təyin olunur.[15] Bu andan etibarən Elçin Əliyev mərkəzin adını dəyişdirərək "Fidan Hacıyeva adına Vokal Musiqi Mərkəzi" adlandırır. [16] Uzun zaman gedən prosseslərdən sonra Elçin Əliyevin başlıca təşəbbüsü ilə musiqi mərkəzi "məktəb" statusu alır və o, məktəbin ilk rəsmi direktoru vəzifəsinə təyin edilir. [17] Oktyabr ayının 20-də isə tenor Elçin Əliyev musiqi məktəbindəki vəzifəsindən ayrılır və direktorluğu məktəbin vokal müəllimi Arzu Qurbanovaya təhvil verir. 2017-ci il noyabrın 6-da Xalq Artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva rəhbərlik etdiyi musiqi məktəbinin tələbələri ilə birlikdə Rəşid Behbudov r.adına Dövlət Mahnı Teatrında konsert proqramı ilə çıxış edir. Konsertdə Vokal Musiqi Məktəbinin tələbələri öz istedadlarını nümayiş etdirirlər. Eyni zamanda, Fidan Hacıyeva tələbələri ilə birlikdə duet səsləndirir. Konsert proqramı dünya şöhrətli Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə sona çatır. [18]

2018-ci il martın 18-də — Novruz bayramı ərəfəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Fidan Hacıyevanın Vokal Musiqi Məktəbi "Baharın səsi" adlı ikihissəli konsert proqramını təqdim edir. Konsert proqramı həm iştirakçıların çıxışları, həm də səhnə dekorasiyası ilə salona əsl bahar ətri, təravəti gətirirlər. Sonda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbi kollektivinin birgə ifa etdiyi "Azərbaycan" mahnısını tamaşaçılar ayaq üstə alqışlara qarşılayırlar [19]

İxtisaslar

İxtisasın adıŞöbəTədris müddəti
1Vokalsərbəst
2Skripkasərbəst
3Gitarasərbəst
Cəmi: 3

İstinadlar

  1. https://web.archive.org/web/20170719122952/https://report.az/i-ncesenet/fidan-haciyeva-telebeleri-ile-birge-konsert-verib/
  2. https://web.archive.org/web/20170719123237/https://www.trend.az/life/culture/2761665.html
  3. https://web.archive.org/web/20170719123424/http://www.primetime.az/news,22409,7c2bcc69/page,1/lang,az/
  4. https://web.archive.org/web/20170719123424/http://www.primetime.az/news,22409,7c2bcc69/page,1/lang,az/
  5. https://web.archive.org/web/20170719123856/http://azertag.az/xeber/Fidan_Haciyeva_Dunyanin_en_meshur_opera_ifachilarinin_oz_musiqi_merkezleri_var-1070294
  6. "Arxivlənmiş surət". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
  7. https://web.archive.org/web/20180704083339/http://baymedia.az/news.php?id=69361#.WzyGpNUzbIU
  8. https://web.archive.org/web/20170719124604/http://baymedia.az/news.php?id=69361#.WW9VvBO0ns0
  9. https://web.archive.org/web/20170719125152/http://apa.az/medeniyyet-xeberleri/incesenet-haqqinda/fidan-haciyeva-telebeleri-ile-birge-mahni-teatrinda-konsert-verib-foto-4718.html
  10. https://web.archive.org/web/20170719125340/http://www.avropa.info/az/post/172515.html
  11. https://web.archive.org/web/20170719125558/http://www.movqe.az/news/medeniyyet/102334.html
  12. https://web.archive.org/web/20170719130032/http://palitranews.az/news.php?id=70785
  13. https://web.archive.org/web/20170719130217/http://azturk.tv/index.php?newsid=5897
  14. https://web.archive.org/web/20170719130523/https://www.trend.az/life/culture/2766987.html
  15. https://web.archive.org/web/20180711124912/https://azertag.az/xeber/Fidan_Haciyeva_Musiqi_Merkezinin_telebeleri_istedadlarini_bir_daha_numayis_etdiribler-1096482
  16. "Arxivlənmiş surət". 2017-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
  17. "Arxivlənmiş surət". 2017-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
  18. "Arxivlənmiş surət". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
  19. "Arxivlənmiş surət". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.