Feyzulla Qasımzadə
Feyzulla Qasımzadə (22 fevral 1898, Mərdəkan, Bakı qəzası – 29 mart 1976, Bakı) — ədəbiyyatşünas, pedaqoq, Azərbaycan EA-nın həqiqi üzvü (akademik), filologiya elmləri doktoru (1955), professor (1957), Azərbaycanın Əməkdar elm xadimi (1958) və Əməkdar müəllimi (1943).[1][2]
Feyzulla Qasımzadə | |
---|---|
Feyzulla Qasımzadə | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | Tubu Qasımzadə |
Uşağı | |
Atası | Səməd Qasımzadə |
Anası | Püstəxanım Qasımzadə |
Elmi dərəcələri | filologiya elmləri doktoru, |
Elmi adı | professor |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
Feyzulla Qasımzadə 22 fevral 1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur.[3] Ali təhsilini əvvəlcə 1923-1925-ci illərdə Azərbaycan Pedaqoji Unistitutunda, daha sonra 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində almışdır. 1929-1931-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspirantı olmuşdur.[1]
Əmək fəaliyyəti
Feyzulla Qasımzadə əmək fəaliyyətinə 1916-cı ildən Abşeron kəndlərində və Bakı şəhərinin məktəblərində müəllimliklə başlamışdır. O, 1928-1929-cu illərdə Bakı Pedaqoji Texnikumunda 1929-1931-ci illərdə APİ-də müəllim kimi fəaliyyət göstərmişdir. 1931-1938-ci illərdə Xalq Maarif Komissarlığında metodist-təlimatçı vəzifəsində çalışmışdır.[1]
Feyzulla Qasımzadə SSRİ EA Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Azərbaycan Pedaqoji İnstitutunda dosent, kafedra müdiri, Bakı Dövlət Universitetində kafedra müdiri, 1959-cu ildə Azərbaycan Pedaqoji İnstitutunda Ədəbiyyat kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir.[1]
Elmi fəaliyyəti
Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olmuş, bir neçə nəsil onun dərslikləri ilə təhsil almışdır. Feyzulla Qasımzadə ədəbiyyat tarixçisi kimi tanınan ilk alimlərdən biri olmuşdur. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin ilk və əsaslı tədqiqi bilavasitə alimin adı və fəaliyyəti ilə bağlıdır.[1]
Feyzulla Qasımzadə "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" adlı fundamental tədqiqatın (1956, 1962, 1974), həm də M.F.Axundzadə (1938), A.Bakıxanov (1956) və N.Vəzirov (1954) haqqındakı monoqrafiyaların müəllifidir.[1]
Feyzulla Qasımzadə 1939-cu ildə "M.F. Axundovun həyat və yaradıcılığı" mövzusunda namizədlik, 1955-ci ildə isə "XIX əsr Azərbaycan ədəbiyyatında realist-demokratik cərəyanın inkişafı tarixi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.[1]
Alim 30 elmlər doktoru və 120 elmlər nazmizədi yetişdirmişdir. O, 600-dək çap edilmiş elmi məqalənin, 400-dən artıq qəzet və jurnal məqaləsinin, 34 kitabın (monoqrafiya, dərslik, dərs vəsaiti, müntəxabat və s.) müəllifidir.[2]
Kitabları
- "Xalq aşıq poeziyası" (1950)
- "Tənqidi realizm" (1952)
- "Vaqifin ədəbi məktəbi" (1954)
- "M.F.Axundovun həyat və yaradıcılığı" (1962)
- "Ədəbiyyatdan terminlər lüğəti" (1940)
- "N.B.Vəzirov" (1954)
- "XIX əsr Azərbaycan ədəbiyyatında realist-demokratik cərəyanlar" (1955)
- "A.A.Bakıxanov Qüdsi" (1956)
- "XIX əsr Azərbavcan ədəbiyyatı tarixinə dair tədqiqlər" (1960)
- "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" (1947, 1956, 1966, 1974, 2017)[1][2]
Təltifləri
Vəfatı
Feyzulla Qasımzadə 1976-cı ilin 29 martında Bakıda vəfat etmiş və Mərdəkan kəndində dəfn edilmişdir.[1][2][3]
İstinadlar
- "Qasımzadə Feyzulla Səməd oğlu" (Azərbaycan). science.gov.az. 17-09-2021 tarixində arxivləşdirilib.
- Himalay QASIMOV. "Akademik Feyzulla Qasımzadə və müasirləri" (Azərbaycan). 525.az. 2023-07-13 tarixində arxivləşdirilib.
- "Feyzulla Qasımzadə" (Azərbaycan). medeniyyet.az. 2023-07-13 tarixində arxivləşdirilib.