Ferqus Urkhart

Ferqus Urkhart (ing. Feargus Urquhart; 19 aprel 1970, Tastin[d], Kaliforniya) — Şotlandiya əsilli ABŞ geymdizayneri və "Obsidian Entertainment" şirkətinin baş direktoru.[1][2][3]

Ferqus Urkhart
Doğum tarixi 19 aprel 1970(1970-04-19) (53 yaş)
Doğum yeri
Fəaliyyəti mühəndis, video oyun tərtibatçısı[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Urkhart xüsusilə "Black Isle Studios" studiyasının rəhbəri olaraq "Interplay Entertainment" şirkətindəki işləri ilə tanınır.[4][5] Studiya Urkhartın 1997-ci ildə qurduğu "Interplay"in daxili rol videooyun şöbəsi idi. Urkhart onlarla birlikdə ilk iki "Fallout" oyunu üzərində çalışmışdır.[6]

Urkhart və bir neçə digər işçi "Interplay" şirkətinin maddi çətinliklərlə üzləşdiyi və "Black Isle Studios" studiyasının gələcəyi qeyri-müəyyən olduğu bir dövrdə şirkəti tərk etmişdir. Onlar 2003-cü ildə "Obsidian Entertainment" şirkətini qurmuşdur.[7]

Şəxsi həyatı

Urkhart ABŞ-nin Kaliforniya ştatının Vest-İrvin şəhərində yaşayır. O, Marqo adlı bir qadınla evlidir və cütlüyün iki övladı var.[3]

Mükafatlar

1999-cu ildə "IGN" saytının "RPG Vault" layihəsi ona "İlin elan edilməmiş qəhrəmanı" mükafatını vermiş və əlavə etmişdir ki, "o, həmişə şan-şöhrəti özündən uzaqlaşdırmağa tələsdiyi üçün azarkeşlərin böyük əksəriyyəti Ferqusun "Black Isle" buraxılışlarına verdiyi töhfələrdən xəbərsiz qalır".[8]

İstinadlar

  1. Ian Hamilton. "Gamemaker scores big". Orange County Register. 17 October 2012.
  2. Tyler Todd. "In the Game". The Gazette. 8 April 2006. səh. I2.
  3. Debbie Sklar. "Spotlight". The Orange County Register. 31 March 2005.
  4. Stephen Lynch. "The new face of film? With sophisticated animation and complex plots, Irvine video game companies are creating the interactive movies of the future". The Orange County Register. 24 December 2000. səh. C1.
  5. Everard Strong. "Keeping the Faith: Obsidian's Feargus Urquhart on RPGs and PCs". Game Developer. 1 December 2003. səh. 16.
  6. "Post-nuke Sin City stars in Fallout: New Vegas". The New Zealand Herald. 18 October 2010.
  7. "'Fallout: New Vegas' takes post-apocalypse play to Sin City". Agence France-Presse, reprinted in The Independent. 18 October 2010. 11 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2011.
  8. "1999 Vault Network Awards". 4 February 2001. 4 February 2001 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.