Fernando Dias de Mendosa
Fernando Dias de Mendosa (7 iyun 1862[1], Mursiya, Mursiya – 20 oktyabr 1930[1], Viqo) – ispan aktyoru və teatr xadimi.
Fernando Dias de Mendosa | |
---|---|
isp. Fernando Díaz de Mendoza y Aguado | |
Doğum adı | Fernando Díaz de Mendoza y Aguado |
Doğum tarixi | 7 iyun 1862[1] |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 1930[1] (68 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, teatr rejissoru |
Mükafatları | |
IMDb | ID0246445 |
Vikianbarda əlaqəli mediafayllar |
1895-ci ildə Madriddə "Teatro Espanyof"un səhnəsində teatr truppasında çıxış etməyə başlamışdır. 1929-cu ildə Dias de Mendosa Buenos-Ayresdə Latın Amerikası ölkələrində ispan teatr mədəniyyətini yayan "Teatro Servantes" truppasını (hazırda Milli Komediya Teatrı) təşkil etmişdir. Teatrın repertuarında klassik və müasir milli dramaturgiya nümunələri əsas yer tutmuşdur. 20-ci əsrin bir çox ispan və Argentina aktyorlarının yetişməsində Dias de Mendosanın böyük rolu olmuşdur.
İstinadlar
- Fernando. Marqués de Fontanar (VI), conde de Balazote (XI) y de Lalaing (VI) Díaz de Mendoza y Aguado // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.