Ferens Dyurçan

Ferens Dyurçan – (mac. Ferenc Gyurcsány d. 4 iyul 1961, Papa, Macarıstan) Macar siyasətçi. 2004-2009-cu illərdə Macarıstanın Baş naziri olmuşdur.

Ferens Dyurçan
Ferenc Gyurcsány
29 sentyabr 2004 14 aprel 2009
ƏvvəlkiPiter Medyeşi
SonrakıQordon Baynayi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Papa, Macarsıtan
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, iqtisadçı, pedaqoq
Həyat yoldaşı Klara Dobrev
Uşağı 5[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

4 iyul 1961-ci ildə Macarıstanın Papa şəhərində orta təbəqəyə mənsub bir ailədə anadan olmuşdur. Atası bir neçə dəfə müxtəlif səbəblərə görə həbs edilmişdir. Orta məktəbi Budapeştdə bitirdikdən sonra Papa şəhərinə geri qayıdır. 1979-cu ildə Peç Universitetinin iqtisadiyyat fakültəsinə daxil olur. 1988-1989-cu illərdə Macar Gənc Kommunist Partiyasının universitet və kolleclərdəki komitələrinə rəhbərlik edir. 1990-1992-ci illərdə "Creditium Financial Consultant Ltd"-də çalışır. 2002-ci ildə Macarıstanın ən varlı insanları siyahısına daxil olur.[2]

Siyasi karyerası

Siyasi karyerasına Piter Medyeşinin Baş nazir seçilməsi ilə başlayır. 2003-cü ilin May ayından etibarən yeni yaradılan hökumətdə İdman naziri vəzifəsini yerinə yetirir.  2004-cü ilin yanvar ayından sentyabr ayına qədər Macar Sosialist partiyasının rəhbəri olur. Piter Medyeşinin koalisya ortağı ilə münaqişəsindən sonra istefaya getməsi ilə 25 avqust 2004-cü ildə Ferens Dyurçan baş nazirlik postu üçün öz namizədliyini irəli sürür. 29 sentyabr 2004-cü ildə Macarıstan Milli Məclisində aparılan seçkilər nəticəsində 197 səs toplayaraq Macarıstanın baş naziri seçilir. 2006-cı ildə keçirilən seçkilərdə də qalib gələn Dyurçan Baş nazirlik vəzifəsini davam etdirir. 14 aprel 2009-cu ildə bu postu Qordon Bonyayiyə ötürür.

Azərbaycana səfəri

2008-ci il noyabrın 14-də Azərbaycana səfər edən Ferens Dyurçan Prezident İlham Əliyevlə görüşür.[3] Görüşdə Azərbaycanla Macarıstan arasında münasibətlərin genişlənməsindən məmnunluğunu ifadə edən Baş nazir əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığı bildirir. Bundan başqa Bakıda keçirilən Enerji Sammitinin önəmi, enerji sahəsində beynəlxalq əməkdaşlığın inkişafında bu tədbirin əhəmiyyəti xüsusi vurğulanır. O bildirir ki, Avropa İttifaqı enerji əməkdaşlığının genişləndirilməsində maraqlıdır və Bakı sammiti enerji sahəsində beynəlxalq əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət daşıyır.[4]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.