Ferens Dyulai
Ferens Dyulai fon Maroş-Nemet und Nadaşka (mac. Ferencz Gyulai von Maros-Német und Nádaska, alm. Franz Gyulai von Maros-Német und Nádaska, 1 sentyabr 1798[1], Peşt[d], Peşt medyesi[1] – 21 sentyabr 1868[2][3][…], Vyana[4]) — Avstriya hərbi və dövlət xadimi.
Ferens Dyulai fon Maroş-Nemet und Nadaşka | |
---|---|
mac. Ferencz Gyulai von Maros-Német und Nádaska | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 sentyabr 1798[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 21 sentyabr 1868[2][3][…] (70 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Avstriya imperiyası |
Qoşun növü | Avstriya-Macarıstan quru qoşunları |
Xidmət illəri | 1815—1859 |
Rütbəsi | Feldtseyxmeyster |
Döyüşlər | |
Təltifləri |
Mariya Thereza hərbi ordeni Macarıstan Müqəddəs Stefan ordeni Dəmir tac ordeni Müqəddəs Yanuariya ordeni Müqəddəs Georgi Konstantin ordeni Fəxri orden(Saksoniya) Ağ Qartal ordeni (Rusiya imperiyası) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Ferens Dyulai Transilvaniyadan olan qədim Macar zadəgan ailəsinə mənsub idi. 1694-cü ildə Dyulailər baron,1704-cü ildə isə qraf oldular. Atası məşhur Avstriya generalı İqnas Dyulai idi.[5]
1815-ci ildə Ferens karyerasına atasının adını daşıyan 60-cı piyada alayına qoşulmaqla başladı. Bir sıra hərbi əməliyyatlarda göstərdiyi cəsarətinэ görə Avstriya ordusundakı karyerasını sürətlə inkişaf etdirdi: 1820-ci ildə leytenant,1829-cu ildə polkovnik-leytenant,1830-cu ildə polkovnik,1839-cu ildə general-mayor oldu.
1845-ci ildə imperator I Ferdinand onu 33-cü piyada alayının komandiri təyin etdi,1846-cı ildə - Triest qubernatoru və Seebesirk bölgəsinin general-qubernatoru oldu,feldmarşal-leytenant rütbəsini aldı.
Hərbçi karyerası
1848-ci il inqilabı zamanı əvvəlcə Triest donanmasına rəhbərlik etdi,dağınıq gəmiləri topladaraq, təmizlətdirdi və donanmanı işlək vəziyyətə gətirdi, beləliklə 25 mayda Triestin önünə çıxan İtalyan gəmiləri 4 iyulda buranı tərk etmək məcburiyyətində qaldı. Sonra briqadası ilə İtaliyadakı feldmarşal Yozef Radetskinin köməyinə getdi və 1848-ci il 24-25 iyul tarixlərindəki Kustoz döyüşündə iştirak etdi.
1849-1850-ci illərdə Ferens Dyulai Avstriya imperiyası üçün müharibəyə naziri idi. 1850-ci ildə II İmperator və Kral Avstriya ordularına rəhbərlik etmək üçün Milana göndərildi.
28 fevral 1857-ci ildə imperator I Frans İosif Radetskini istefaya göndərdi və qardaşı I Maksimilanı Lombardiya-Venesiya krallığının canişini etdi.
1859-cu ilin əvvəllərində Sardiniya krallığı,Fransa ilə ittifaqda ordusunu səfərbər etməyə başladı. Bunun Avstriyanın nəzarətində olan İtalyan ərazilərini istila etməsi üçün potensial bir hazırlıq kimi görən Avstriya imperiyası,23 aprel tarixində Sardiniya krallığına ultimatum verərək təcili olaraq xaric olunmasını tələb etdi. Ultimatum rədd edildi.
Şimali İtaliyadakı Avstriya qoşunlarına komandanlıq edən qraf Dyulai,Lombardiya-Venesiyanın vitse kralı təyin edildi. Ona Avstriya ərazisini Sardiniya ilə ayıran Ticino çayını keçmək əmri verildi. Patris de Mak-Maqon komandirliyindəki Fransız ordusu,Sardiniya müttəfiqlərinin köməyinə gəldi. Mayın 20-də Stadion qrafının komandanlığı altında Avstriya ordusu Montebello döyüşündə məğlub oldu,bundan sonra Dyulai qoşunları ilə birlikdə Avstriya ərazisinə çəkildi. Onu təqib edən Fransız ordusu Ticino çayını keçdi.
4 iyun 1859-cu ildə Dyulai Magenta döyüşündə məğlub oldu və Milana doğru geri çəkildi. İyun 16-da imperator qoşunların komandanlığını şəxsən öz əlinə alaraq Dyulaini komandirlikdən uzaqlaşdırdı. Avstriya imperiyasına olan sadiqliyini ifadə etməsi üçün Dyulai,ona fürsət verilməsini tələb etdi və adını daşımağa başlayan alaya komandanlıq etməyə başladı. Dyulai qoşunları ilə İtaliyanın birləşdirilməsi prosesində sona qədər müqavimət göstərən sonuncu Avstriya qalası — Mantuaya geri çəkilməli oldu.
İstinadlar
- Wurzbach D. C. v. Gyulay von Maros-Németh und Nadaska, Franz (VI.) Graf (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 6. S. 70.
- http://www.cultura.regione.lombardia.it/cs/Satellite?c=Redazionale_P&childpagename=DG_Cultura%2FDetail&cid=1213514283869&packedargs=NoSlotForSitePlan%3Dtrue&pagename=DG_CAIWrapper.
- https://books.google.fr/books?id=eML3pVUiqGgC&lpg=PR132&dq=Ferencz%20Gyulai%201868&hl=fr&pg=PR132#v=onepage&q=Ferencz%20Gyulai%201868&f=false.
- Deutsche Nationalbibliothek Record #136742815 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
Mənbə
- Ferens Dyulai Ümumi Alman Bioqrafiyasında (alm. Allgemeine Deutsche Biographie)