Feofil (imperator)

Feofil (yun. Θεόφιλος) (81320 yanvar 842, Konstantinopol) — Bizans imperatoru.[1]

Feofil
yun. Θεόφιλος
2 oktyabr 829 20 yanvar 842
ƏvvəlkiII Mixail
SonrakıIII Mixail
Şəxsi məlumatlar
Doğum tarixi 813
Vəfat tarixi 20 yanvar 842
Vəfat yeri
Fəaliyyəti rəhbər[d]
Atası II Mixail
Uşağı III Mixail
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Babəklə əlaqələri

Babək Bəzzi itirəndən sonra Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837–838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi."[2][3]

Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır"[3][4].

Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi.[5]. Necə olsa da, Feofil 100 min nəfərlik ordu ilə ərəblərin üstünə getdi. Ət-Təbəri bildirir ki, o, Zibatranın üstünə həmin Mühəmmirə ilə birlikdə getmişdi ki, onlar Cibalda üsyan edəndə və İshaq ibn İbrahim ibn Müsəb onlarla vuruşanda bunların bir hissəsi bizanslıların yanına qaçmışdı (onların rəisi Barsis idi). Bizans padşahı onlara təqaüd təyin edib onları evləndirdi, özünə əsgər etdi və özünün ən mühüm işləri üçün onlardan istifadə etdi[6][7].

Feofil, gec də olsa, Babəkə qoşunla[8] kömək etdi və bu qoşunun içərisində xürrəmi hissələri də var idi; ola bilər, imperator üsyanın müvəffəqiyyətlə nəticələnəcəyi və Xilafət üzərində qələbə əldə ediləcəyi halda, Babəkin tərəfdarları içərisində dəyişiklik əmələ gələcəyi ümidində idi.

Həmçinin bax

Bizans İmperiyası

İstinad

  1. Martindale, J.R. (2001). Prosopography of the Byzantine Empire. ISBN 978-1-897747-32-2
  2. Ət-Təbəri, III, səh. 1234
  3. İbn əl-Əsir, VI, səh. 339
  4. Ət-Təbəri, III, səh. 1231, 1235
  5. Chronique de Tabari, IV, p. 532
  6. Ət-Təbəri, III,səh. 1235
  7. İbn əl-Əsir, VI, səh. 310–312
  8. Əbu Səid əl-Qərdizi. Zeyn əl-əxbar. Tehran, 1333, səh. 50
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.