Qafqaz çöl pişiyi
Qafqaz çöl pişiyi[2], və ya Qafqaz meşə pişiyi[3] (lat. Felis silvestris caucasica) — Çöl pişikləri növünə daxil olan yarımnöv. Əsasən Qafqaz və Türkiyə ərazilərində yayılmışdır.
Qafqaz çöl pişiyi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: ???: Qafqaz çöl pişiyi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xüsusiyyətləri
Qafqaz çöl pişikləri xarici görünüş baxımından Ortaavropa çöl pişiklərinə bənzəyirlər. Kütlələri 4-11 kq arasında dəyişir. Erkəkləri iri olmaqla yanaşı daha ağır çəkiyə sahib ola bilirlər. Erkəklərdə uzunluq 63—75 sm, dişilərdə isə 52—63 sm təşkil edir. Bu yarımnöv çöl pişikləri arasında ən iriləridir. Yumru başa və böyük cəzbediçi gözə sahibdirlər. Dişiləri cəlb etmək məqsədi ilə aşağı tonlu səslər çıxarırlar. Qış zamanı tükləri quru və uzun olur. Baş hissəsindən quyruğuna qədər qara zolaqların keçdiyi aşkar şəkildə görünür.
Arealı və yayılma şəraiti
Qafqaz çöl pişiyi əsasən Qafqazın hündürlüyü 2500-3000 metr olan ərazilərində yayılmışlar.[4] Enliyarpaq meşələrin sıx sahələrində tənha həyat sürür. Əsasən gəmiriçilər, kiçik quşlar ilə qidalanır. Bəzən onlar özlərindən həcmcə böyük olan fazan, dovşan hətta cavan dırnaqlı məməliləri ovlaya bilirlər. Onlar insanların yaşadığı ərazilərdə fərdi təsərrüfatlara hücum edir və quşları ovlayır.[5].
Pişiklər üzmək xüsusiyyətinə malik olsada, buna ehtiyac olmayınca suya girmirlər.
Çoxalması
Çütləşmə dövrü əsasən fevral-mart aylarına təsadüf edir. Boğazlıq dövrü 70 gün davam edir. Bir qayda olaraq üç bala verir. Dişi öz balalarını dörd ay müddətində südlə bəsləyir. Bununla belə öz balalarını daha tez ova alışdırır.
Qoruması
Qafqaz çöl pişiyi Rusiyanın Qırmızı kitabına daxil edilmişdir.
İstinadlar
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- Аристов А. А., Барышников Г. Ф. Млекопитающие фауны России и сопредельных территорий. Хищные и ластоногие (В серии: Определители по фауне России, издаваемые Зоологический институт РАН. Вып. 169). — СПб., 2001. — С. 408. — 560 с.
- Кавказская лесная кошка // Красная книга Российской Федерации. Том 1. Животные. — М.: АСТ, 2001. — С. 643—645. — 862 с. — ISBN 5-17-004878-5 Arxivləşdirilib 2020-11-15 at the Wayback Machine
- Heyvanlar aləmi. "Çöl pişiyi" (rus). 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.
- "Кавказская Лесная Кошка (Felis Silvestris)". 2012-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.